nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Koronavirusla bağlı Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən monitorinqlər davam etdirilir Adalet.az | Koronavirusla bağlı Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən monitorinqlər davam etdirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Koronavirusla bağlı Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən monitorinqlər davam etdirilir

4301    |   2020-03-19 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin və sanitar-gigienik vəziyyətin öyrənilməsi üçün Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən silsilə monitorinqlər davam etdirilir

Ombudsman Aparatından Adalet.az-a bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri, o cümlədən Müvəkkilin Gəncə və Şəki regional mərkəzlərinin nümayəndələri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin və sanitariya vəziyyətinin öyrənilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə, 2 saylı İstintaq Təcridxanasına və Şəki Penitensiar Müəssisəsinə, habelə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə plandankənar başçəkmələr həyata keçirilib.

MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı həmin müəssisələrin girişində daxil olan şəxslərin hərarətinin ölçülməsi üçün tibb işçisinin xidmət apardığı, həmçinin şəxslərin əllərinin xüsusi dezinfeksiyaedici məhlulla təmizlənməsinin təşkil edildiyi, məhkumların və saxlanılan şəxslərin gündəlik məlumatlandırıldığı, müayinələrin aparıldığı müşahidə olunub. Eyni zamanda Penitensiar Xidmətin təsdiq etdiyi müvafiq qaydalara əsasən, preventiv tədbirlər məqsədilə sovqatların göndərilməsi və kənar şəxslərin məhkumlar və saxlanılan şəxslərlə görüşlərinin məhdudlaşdırıldığı müəyyən edilib.

Həmin müəssisələrin rəhbərliyi və tibb personalı ilə söhbətlər aparılıb, onlara məhkumların və saxlanılan şəxslərin sağlamlıq hüququnun təmin edilməsinə yanaşmalar, habelə cəzaçəkmə müəssisələrinin ticarət köşklərində qida və gündəlik tələbat mallarının qiymətləri yoxlanılıb. Eyni zamanda MPQ-nin həkim üzvü tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələri barədə ətraflı məlumat çatdırılıb.

Ombudsmanın MPQ üzvləri tərəfindən müəssisələrdə sanitar-dezinfeksiya tədbirlərinin mütəmadi olaraq davam etdirilməsi, əməkdaşların qoruyucu maska və əlcəklərdən istifadə etmələrinə nəzarətin gücləndirilməsi, onların xidmətdən kənar vaxtlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrinin vacibliyi vurğulanıb.

Görüşlər zamanı müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb ki, ölkəmizdə Koronavirus (COVİD-19) infeksiyasının sürətlə yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən müvafiq sosial izolyasiya tədbirlərinə uyğun olaraq Ombudsman Aparatında və regional mərkəzlərdə həyata keçirilən insanların canlı qəbulu müvəqqəti olaraq dayandırılıb. Qeyd olunanlar nəzərə alınaraq, adı çəkilən müəssisə rəhbərlərinə saxlanılan şəxslərin Müvəkkilə ünvanladıqları müraciətlərinin təxirə salınmadan poçt vasitəsilə göndərilməsi tövsiyə olunub.

Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlama şəraiti ilə bağlı məsələlər Ombudsman Səbinə Əliyevanın diqqət mərkəzindədir və monitorinqlər davam etdiriləcək.



İmza:

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda xüsusi karantin rejimini pozan 313 nəfər cəzalandı

İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO

DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

İqtisadiyyat naziri koronavirusa görə birbaşa maliyyə yardımının verilməsindən danışdı

Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA

Habil Əliyevin qızı koronavirusa yoluxdu - AÇIQLAMA

İbrahim Məmmədov: “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ

Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi - VİDEO

Daxili Qoşunların hərbçiləri Bakıda polislə birlikdə xidmətə başladı - FOTO/VİDEO

SON XƏBƏRLƏR
2020-03-31
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK