nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Papağımızı atmayaq, geyinək! - Emin Piri yazır Adalet.az | Papağımızı atmayaq, geyinək! - Emin Piri yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Papağımızı atmayaq, geyinək! - Emin Piri yazır

19809    |   2020-03-18 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəllər "Novruz” deyərkən ilk ağla nə gəlirdi, bunu deyə bilmərəm, amma indiki yeniyetmə və gənclərin yadına daha çox papaq atmaq kimi düşür. Bəli, məhz papaq atmaq. Doğrudanmı, bəşəriyyətin mil illərdir qeyd etdiyi, bir Novruzdan digərinə kimi həvəslə gözlənilən bu bayram papaq atmağın simvoluna çevrilməli və yaxud yada düşməlidir?!

Bəli, papağı ayaq altına atmağı bayram qeyd edirik, bunun həsrətilə yaşayır və sonda bununla fəxr edirik. Bu günkü TV və digər təbliğat vasitələrində, verilişlərdə az qala bundan ağızdolusu danışılması, simvollaşdırılması heç də ürəkaçan deyil və türklərin minilliklər fəlsəfəsini özündə daşıyan bir bayramın mahiyyətini dəyişir.

Tarixə ekskursiya edərək sizi yormaq istəməzdim. Qısa xatırlatma kifayət edər. Sovet dönəmindən öncə bayram günlərində papaq yerinə evin bacasından çuval sallayardılar.

Bacanısa göyə-Tanrıya açılan bir "yol” kimi yozsaq, bu çuval sallamanın Tanrı xatirinə istənilən hədiyyə və təbrikləşmə olduğunu qeyd edə bilərik. Ev sahibi isə şükranlıq əlaməti olaraq bayram hədiyyələrini bacaya-Tanrıya açılan yolla geri qaytarardı. Bəlkə də bizim aradığımız bu metafizik qatlar sadə kütlənin düşünülməmiş şəkildə instinkt vərdişi idi. Amma bu, Tanrıya şükranlıq fəlsəfəsi türklərin, şərq xalqlarının İslamdan da çox uzaqlara gedən, öz genetikasında qoruyaraq saxladığı bir ayin idi.


Kommunizmin "allahsızlıq” dövründə isə tanrıya açılan "yol”-baca qapıyla əvəzləndi. Yəni göydən yerə enmək-bacadan qapıya keçmək. İdealizmdən materializmə keçmək.

Düşünürəm ki, bütün bunlarda da metafizik qat var. Ola bilsin, adi gözlə görmədiyimiz, ağlımıza gəlməyən, şüuraltı qatlarda yatan nəsnələr və simvollardır.

Şərq amili kimi qəbul etməyə çalışdığımız papaq atmaq, kimisi tərifləyərək və ya təbrik edərək papaq uzatmaq isə daha çox Qərbdə həyat şəraitinin çətin olduğu dönəmlərdə dilənmək məqsədilə yayılmışdı. Və bu daha mədəni dilənçilik sayılırdı.

Biz nə vaxtdan papaq atmağa belə meylli olduq?-Deyəsən, Qarabağın işğalından sonra bu bizdə daha çox dəbə mindi. Daha bir simvolik nəsnə...
Bəli, mentalitet söhbətlərini sevməsəm də, yenə el deyimi ilə qeyrət rəmzi olan, başımızda göz bəbəyi kimi gəzdirdiyimiz papağı hansı vicdana, əqidəyə, namusa sahib olduğu bilinməyən birinin ayağı altına atırıq. İki qoza görə dəyərmi?!

Düzü, XXI əsrdə, Bakıda bacaya, Novruz adətlərinə qayıtmağa çarə tapmaqda acizəm. Amma türk ayinlərinin ən azından mahiyyətinə varmağa və qayıtmağa dəyər.

Papağımızı atmayaq, geyinək!



İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK