nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Qarabağda başlayıb İstanbulda bitən yaşam... – Kaan Tunceri Adalet.az | Qarabağda başlayıb İstanbulda bitən yaşam... – Kaan Tunceri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qarabağda başlayıb İstanbulda bitən yaşam... – Kaan Tunceri

4765    |   2020-03-18 09:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Firudin bəy Daryal 1901-ci ildə hal-hazırda erməni işğalı altında olan Laçında doğuldu. Kazanda hərbi təlim alan Firudin bəy 1918-də qurulan Azərbaycan Cümhuriyyətinin süvari alayında komandirlik etdi. Qarabaödakı müharibəyə qatılaraq Şuşanın erməni işğalından qurtarılmasında böyük uğurlar əldə etdi. 28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsiylə Şuşa vilayət binasındakı üçrəngli Azərbaycan bayrağını ailəsinə əmanə edərək Gəncə üsyanına qoşulmaq üçün yola çıxdı. Gəncə üsyanının yatırılmasıyla Güney Azərbaycana keçən Firudin bəy Araz çayı boyunca Türkiyəyə keçmək istəyir. Yanındakı ağır silah olan topları Türkiyəyə keçirmək istəsə də, bacarmır. Firudin bəy topları keçirə bilməsə də, çaxmaqlarını söküb özü ilə götürür. Türkiyə torpaqlarına çatan Firudin bəy və yanındakı əsgərlər Əhməd bəy Ağaoğluyla əlaqə qurur. Əhməd bəy Ağaoğlu da vəziyyəti Atatürkə çatdırır. Atatürkün əmri ilə 1200 adamlıq Azərbaycan süvari və piyada alayı Kazım Qarabəkir Paşanın komandirliyi altında vuruşmaq üçün Şark Ordusuna göndərilir. İçlərində 56 zabit olan Azərbaycan hərbi komandasının Türkiyə ordusu ilə birlikdə hərəkət edəcəyi 8 iyul 1920-ci ildə İsmət İnönü tərəfindən TBMM-də elan olunur. Firudin bəy Daryalın kamondari olduğu Azərbaycan birliyi 31 iyul 1920-ci ildə Həsənqalaya çatır. Yanlarında türk ordusunun ehtiyacı olan toplardan çıxardıqları çaxmaqlar da var idi. Firudin bəy 1920-nin payızından 1921-in əvvəllərinə qədər Şərqi Anadoluda böyük qəhrəmanlıqlar göstərir. Sarıqamışın, Qarsın və Gümrünün işğaldan azad olunmasında onun da payı var. Qurtuluş savaşının zəfərlə nəticələnməsinin ardınca Atatürk tərəfindən İstiqlal medalı ilə mükafatlandırılır. Cümhuriyyətin qurulması ilə də İstanbulda hərbi təhsilinə davam edir. Firudin bəy Daryal 1925-ci ilin fevral ayında başlayan "Şeyx Səid” üsyanının yatırılmasında, 1926-ci ildə I Ağrı, 1927-ci ildə II Ağrı, 1930-cu ildə III Ağrı hərəkatında və 1937-ci ildə Seyid Rza tərəfindən başladılan Tunceli üsyanının yatırılmasında vəzifələndirilir.

Türk ordusunda polkovnik rütbəsinə qədər yüksələn və at üstündə bir əfsanəyə çevrilən Azərbaycan türk süvarisi Firudin bəy Daryalı 1989-cu ildə İstanbulda vəfat edir. Vəfatından əvvəl yaxınların məzar daşına bu sözlərin yazılmasını vəsiyyət edir:

"Başın taclı, qızıl taxtlı dahi olsan da, millətin, Vətənin olmadan bədbəxtsən!”


Dilimizə uyğunlaşdıran Eminquey



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK