nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əflatun Amaşov: "Sosial izolyasiya tədbirləri şəraitində media..." Adalet.az | Əflatun Amaşov: "Sosial izolyasiya tədbirləri şəraitində media..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əflatun Amaşov: "Sosial izolyasiya tədbirləri şəraitində media..."

10948    |   2020-03-14 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirusla bağlı ölkəmizdə həyata keçirilən tədbirlər mütəşəkkil, məqsədyönlü xarakter daşıyır. Demək olar, bütün sahələrdə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində intensiv işlər görülməkdədir. Belə bir durumda medianın üzərinə də böyük məsuliyyət düşür.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Mətbuat Şurasinin (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görüləcəyi vurğulanıb. "Məlumatda həmçinin KİV-lərdən məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmək tələb olunub. Azərbaycan Mətbuat Şurası da istər dünən, istərsə də martın 4-də yaydığı məlumatında medianın koronavirus infeksiyası ilə bağlı materialların təqdimatına həssas yanaşmasının zəruriliyi diqqətə çatdırıb. Güman edirəm ki, Azərbaycan mediası bunu nəzərə alacaq və alır da” - deyə, Şura sədri vurğulayıb.

MŞ sədri, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya tədbirlərinə medianın adekvat reaksiyası barərə də söz açıb. O bildirib ki, məhdudiyyətlər şəraitində media daha dinamik fəaliyyət göstərməlidir. Bunun üçünsə jurnalistlər özləri də təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməlidirlər: "Jurnalistlər müxtəlif toplantılara qatılır, reportajlar hazırlayır. İstər-istəməz insanların kütləvi toplaşdıqları yerlərdə olurlar. İlk növbədə öz sağlamlıqlarını düşünməlidirlər. Yəni başa düşməlidirlər ki, belə şəraitdə onlar ayaqda durmalı, cəmiyyəti informasiya ilə təmin etməlidirlər. Bu, böyük məsuliyyətdir. Bunun üçünsə koronavirus əleyhinə profilaktik tədbirlərə mütləq riayyət vacibdir”.

Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum belə durumlarda jurnalistləri peşəkar olmağa çağırır. Peşəkarlıq rəsmi məlumatlara istinad və ya əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Ajiotaj isə yolverilməzdir. "Əslində mediamız və jurnalistlərimiz hazırda kifayət qədər peşəkar davranırlar. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının fəaliyyətini adekvat saymaq mümkündür. Biz bununla bağlı monitorinqimizi davam etdiririk. Əgər ilk vaxtlarda koronavirusla bağlı dezinformasiya tipli bilgilərin yayılması geniş vüsət almışdısa, hazırda bu tendensiya demək olar, yox səviyyəsindədir. Əlbəttə, burada müvafiq dövlət qurumunun, yəni Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti də qiymətləndirilməlidir. Qərargah adından da göründüyü kimi, kifayət qədər opertiv fəaliyyətdədir. Cəmiyyətə sistemli şəkildə informasiya verir” - deyə, o əlavə edib.

MŞ sədri eyni zamanda onu da bildirib ki, jurnalistlər və media orqanlarımız müxtəlif sosial şəbəkələrdə koronavirusla bağlı real vəziyyəti əks etdirməyən səs yazılarına qarşı da bir növ, ictimai qınaq formalaşdırıblar. Bunun özü kifayət qədər təqdir olunmalı məqamdır. Ancaq heç bir halda arxayınlaşmaq olmaz. Jurnalistlər bundan sonra daha həssas davranmalıdırlar. Soyuqqanlılıq nümayiş etdirməlidirlər. "Ümumən nəzərə alınmalıdır ki, Azərbaycanda koronavirusla bağlı durum onsuz da hər hansı təşvişə əsas vermir. Yenə də deyirəm, dövlətimiz üzərinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırmaqdadır. İnfeksiyanın yayılma faizi çox aşağıdır, müqayisəli yanaşsaq, demək olar, yox səviyyəsindədir. Bütün bunları obyektiv şəkildə, qərəzsiz cəmiyyətə çatdırmaq lazımdır. Təbii ki, xəstəlikdən qorunma üsullarını da təbliğ etmək son dərəcə vacibdir. Diqqət etmişəm, telekanallarımız və radiolarımız məsələyə, xüsusən də maarifləndirməyə kifayət qədər geniş yer ayırırlar. Ənənəvi media və internet informasiya resurslarımız da həmçinin geri qalmırlar. Təbii ki, sayları əhəmiyyətli dərəcədə azalsa da, saytlarda müəyyən sensasiya yaratmaq meylli təqdimatları da görürük. Mən media orqanının adını çəkmədən konkret bir təqdimatın üzərində dayanacam. Təxmini belə bir sərlövhəli diqqətimizi cəlb etmişdi - Ağ Ciyər İnstitutunda iki nəfər dünyasını dəyişib. Xəbərin məzmunda koronavirusdan bir kəlmə də yoxdur. Məlum olub ki, tibb müəssisəsində yatan iki xəstə dünyasını dəyişib. Amma bilirsiniz, belə sərlövhənin özü istər-istəməz diqqət çəkir. Koronavirus da əsasən ağciyər çatışmazlığı yaradır. Kimisi məzmuna baxır, kimisi heç baxmadan yaddaşında saxlayır və gedir ətrafdakılarla bölüşür. Bu isə istər-istəməz çaşqınlıq yaradır. Əlbəttə, jurnalist də deyə bilər ki, mən xəbər çatdırıram və müəyyən mənada haqlıdır da. Amma gərəkdir ki, media təmsilçiləri hər məqamı nəzərə alsınlar. Adi bir başlığın belə doğuracağı effekt hesablanmalıdır” - deyə, Ə.Amaşov fikrinə aydınlıq gətirib.



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır

Makron Boris Consona ultimatum verdi

Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib

Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar vəsait xərcləyəcək

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

Kamaləddin Qafarov: Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifəsidir

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

BMT koronavirus əleyhinə qlobal həmrəylik qərarı qəbul etdi

Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

Rusiyalı politoloq: Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır

Milli Məclisinin Sədri struktur islahatları haqqında sərəncam qəbul edib

Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı

Azərbaycan hökumətinin hesabatı Milli Məclisdə müzakirə olunacaq

Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlığı müzakirə ediblər

SON XƏBƏRLƏR
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK