ANA SƏHİFƏ / SİYASƏT

Milli Məclis sədri seçilən ilk qadın siyasətçi Sahibə Qafarova kimdir? - DOSYE

10692    |   2020-03-12 12:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

Adalet.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən millət vəkili Sahibə Qafarova Milli Məclisin yeni sədri seçilib.

Beləliklə, o, müstəqil Azərbaycan tarixində bu vəzifəyə seçilən ilk qadın siyasətçidir.

Qeyd edək ki, Sahibə Qafarova Şəmkir şəhərində anadan olub. O, M.F.Axundov adına Azərbaycan pedaqoji rus dili və ədəbiyyatı institunu (indiki Bakı Slavyan Universiteti) və Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Təhsil müddətində yüksək tədris göstəricilərinə görə, Lenin adına təqaüd alıb.

S.Qafarova 1978-1980-ci illərdə Şəmkir şəhərində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. O, 1981-1984-cü illərdə Bakı Slavyan Universitetində aspirantura pilləsində təhsilini davam etdirib. 1985-ci ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent və professor kimi çalışıb. 1987-ci ildə elmlər namizədi alimlik dərəcəsi alan S.Qafarova 1998-2000-ci illərdə doktoranturada elmi tədqiqatlarını davam etdirib.

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində, 2004-cü ildən isə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib. O, 2004-cü ildə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda tədqiqatlar aparıb, Birləşmiş Ştatların Prinston, Miçiqan, E.S.Tennessi Universitetlərində Azərbaycanda qadın mövzusunda mühazirələrlə və təqdimatlarla çıxış edib, bir sıra beynəlxalq elmi konfranslarda ölkəmizi uğurla təmsil edib. Çoxillik elmi və pedaqoji faliyyətin nəticəsi olaraq 80-ə qədər elmi və tədris-metodik işin, monoqrafiyanın, proqramların və dərs vəsaitlərinin müəllifidir.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Sahibə Qafarova pedaqoji sahədə olduğu kimi, siyasi faliyyətində də aktiv mövqeyi ilə seçilib.Belə ki, 2010-cu ildə Milli Məclisə seçkilərdə Şəmkir şəhərindən IV çağırış parlamentə millət vəkili seçilən Sahibə Qafarova beşinci və altıncı çağırış Milli Məclisə də deputat seçilib.Beşinci çağırış Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini olan S.Qafarova millət vəkili kimi təmsil etdiyi Şəmkir rayonunun sosial – iqtisadi məsələlərinin həllinə daim diqqət göstərib, seçicilərin müraciətlərinə həssaslıqla yanaşıb. O, rayonda bir sıra orta təhsil müəssisələrinin təmiri və yenidən qurulması, kəndlərin qazlaşdırılması, mədəniyyət, idman və digər sosial obyektlərin tikilməsi, yeni yolların çəkilməsi ilə bağlı Milli Məclis iclaslarında təşəbbüslə çıxış edib, sonradan bu məsələlərin bir çoxu Azərbaycan hökuməti tərəfindən Dövlət proqramlarına salınaraq uğurlu həllini tapıb.

Sahibə Qafarovanın təşəbbüsü ilə humanitar xarakterli sosial layihələr də həyata keçirilib. Respublikanın müxtəlif tibb müəssisələri ilə birgə reallaşdırılan layihə çərçivəsində Şəmkir rayonunda imkansız ailələrin üzvlərinin və uşaqların tanınmış həkimlərindən ibarət tibbi heyət tərəfindən səyyar klinika daxilində bir neçə dəfə pulsuz oftolmoloji müayinədən keçirilməsi, pulsuz əməliyyatların aparılması Azərbaycanda həyata keçirilən sosial siyasətə mühüm dəstək kimi qiymətləndirilərək böyük ictimai marağa səbəb olub.

S.Qafarova beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda uğurla təmsil olunması yönündə Milli Məclisin fəaliyyətində də aktiv şəkildə iştirak edib. Xüsusilə, 2010-cu ildən Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi 10 il müddətində müvəffəqiyyətlə təmsil olunan Sahibə Qafarova AŞPA komitəsinə sədrlik edən ilk azərbaycanlı parlamentari olub. Belə ki, millət vəkili 2016-2017-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri seçilib. O, bu dövrdə Avropanın bir çox ölkələrində miqrant düşərgələrində olub, Avropada miqrant böhranının həlli və beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Sahibə Qafarovanın təşəbbüsü ilə 2017-ci ildə Bakıda komitənin iclası keçirilib. Tədbirdə iştirak edən AŞPA nümayəndə heyətinin üzvləri Azərbaycanın müxtəlif dövlət qurumlarında rəsmi görüşlər keçirib, ölkəmizdə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət qayğısı siyasəti və Dağlıq Qarabağ münaqişəsi haqqında real faktlara əsaslanan məlumatlarla tanış olublar.

Sahibə Qafarovanın AŞPA komitəsinin sədri kimi fəaliyyəti ölkəmiz üçün çox əlamətdar olub. Bu dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulmuş hüquqlarının bərpası məsələlərini daim gündəmə gətirib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl reallıqları Avropa ictimaiyyətinin diqqətinə çatdırıb. O, qurumun sessiyalarında həmçinin Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti, ölkəmizin ən müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətlər, respublikamızın beynəlxalq rolu və mövqeyinə dair çoxsaylı çıxışlar edib.

Bununla yanaşı, 2015-2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi seçilən Sahibə Qafarova həmin qurumun "Qadınlara qarşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində də çalışıb. 2017-ci ildə məhz S.Qafarovanın təşəbbüsü ilə bu şəbəkənin də Bakıda seminarı təşkil olunub.

O, müxtəlif vaxtlarda AŞPA-nın Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib. Azərbaycanlı parlamentarinin fəaliyyəti AŞPA-da yüksək qiymətləndirilib, o, qurumun Büro üzvü vəzifəsinə seçilib.

Milli Məclisin sədri S.Qafarova 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, təşkilatın tədbirlərində xalqımızın və dövlətimizin mənafeyinin qorunmasında fəal mövqe nümayiş etdirib.

O, həmçinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

Martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin iclasında Sədr vəzifəsinə seçilib.




İmza:

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu

Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi

Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 100 il əvvəlki sələflərini belə yad etdi - VİDEO

Azərbaycan XİN İtaliyanı təbrik edib

Prezident İlham Əliyev: Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik

Deputatlar bu gün üç mühüm məsələ üçün toplaşır

Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum oldu

Zahid Orucdan müharibə anonsu

Adil Əliyev bəzi deputatları susqunluqda ittiham etdi

Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

Aqil Abbas: “O qədər ixtisar olunası yer var, niyə kitablardan yapışıblar”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək

SON XƏBƏRLƏR
2020-06-02
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK