nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Faiq QİSMƏTOĞLU: YÜSÜR KİŞİNİN BOZ EŞŞƏYİ Adalet.az | Faiq QİSMƏTOĞLU: YÜSÜR KİŞİNİN BOZ EŞŞƏYİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: YÜSÜR KİŞİNİN BOZ EŞŞƏYİ

16996    |   2020-03-17 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Biri vardı, biri yoxdu, Bəhmənlidə bir Yüsür kişi vardı. Və bu Yüsür kişinin bir kərpic evi vardı, qoyun-quzusu vardı, inəyi-camışı vardı. Yüsür kişinin tay nəyi vardı? Yüsür kişinin oğuldan-qızdan payı da vardı. Oğlu Məhəmməd vardı və oğlu Məhəmmədin dəcəlliyi də vardı. Və bir də Yüsür kişinin bir boz eşşəyi vardı...

Bəhmənlidə Yüsür kişidən savayı Məmmədxan kişinin də, Saleh kişinin də, Rzaxan kişinin də, Şamil kişinin də, Qəbil kişinin də eşşəyi vardı. Amma onların heç birinin eşşəyi Yüsür kişinin boz eşşəyinə bənzəmirdi. Və o eşşəklərin hamısının rəngi qaraydı. Üstəlik də o eşşəklər bir o qədər də ipə-sapa yatmır, sahibi arabadan açıb buraxan kimi ilim-ilim itərdi...

... Və bir də görürdün ki, Məmmədxan kişi, Saleh kişi, Rzaxan kişi, Şamil kişi, Qəbil kişi itmiş eşşəklərini axtarırdılar. Və bu itmiş eşşəkləri tapmaq da elə asan deyildi. Çox axtarışdan sonra o eşşəkləri ya Selbasandan, ya da Palıdlıbağda tapmaq olardı. Və bu eşşəklər necə ilim-ilim itərdilərsə, elə də çətinliklə üzə çıxardılar.

Yüsür kişinin boz eşşəyi isə tək rəngiylə deyil, yazıqlığı, fağırlığı, bütün günü arabaya qoşulub ot daşımağıyla başqalarından seçilərdi. Yayın istisində Bəhmənlinin dörd böyük çinarının altında sərin hava olardı. Sanki burda kondisioner işləyirdi. Və bu isti havada da qoyun növbəsinə gedən uşaqlar səhər saatlarında qoyunu örüşdə otarıb günorta vaxtı çinar ağacının kölgəsinə gətirərdilər. Və çinar ağacının kölgəsində o sərinlikdə qoyunlar şellənib yatar, kef eləyərdi. Ancaq bu kefin içinə Saleh kişinin, Şamil kişinin, Qəbil kişinin eşşəkləri soğan doğrayardı. O eşşəklər gəlib kölgədə yatmaqları və dincəlməkləri bir yana, çinar ağacının altında dincələn qoyunların quyruqlarını gəmirərdi. Sanki bu eşşəklər qudurmuş itə bənzəyirdi. Gəmirdikləri quyruqlu qoyunların dişlədiyi yerdən qan axardı. Qoyunları otaran və çinar ağacının kölgəsinə gətirən uşaqlar isə quyruq gəmirən bu eşşəkləri görən kimi onları çinar ağacına yaxınlaşmağa qoymazdılar.

Yüsür kişinin boz eşşəyi isə çox sakit-sakit, fağır-fağır və yazıq bir görkəmdə çinar ağacına yaxınlaşar, ətrafına göz gəzdirər, qoyunlara zərər toxundurmadan və maneçilik törətmədən bir yerdə uzanıb yatardı. O biri eşşəklər kimi, Yüsür kişinin eşşəyi ilim-ilim itməzdi. Və Yüsür kişinin oğlu Məhəmməd yaxşı bilirdi ki, onların boz eşşəyini dəcəl uşaqlar minib Selbasana getməsə, o boz eşşək çinar ağacının kölgəsində ya uzanıb yatıb, ya da məzlum-məzlum gəlib-gedənlərə tamaşa eləyir.

... Bizim kənddə Yüsür kişinin boz eşşəyindən zəhmətkeş, yazıq və fağıq eşşək yox idi. Yüsür kişinin oğlu Məhəmməd yayın istisində 3-4 dəfə araba ilə taxıl biçilən sahəyə gedir, orda arabanı samanla doldurur və evlərinə qayıdırdı. Bu qədər əziyyətdən, bu qədər zəhmətdən sonra o eşşəyə heç doyunca ot da verməzdilər. Ən yaxşı halda onun qabağına 3-4 çəngə küləş atardılar. Yayın istisində də Yüsür kişinin boz eşşəyi bu küləşi "yavanlıq” eləyə bilmirdi. Boğazından da çox çətinliklə o küləş keçirdi. O boz eşşəklə Yüsür kişinin oğlu Məhəmməd qoyu-quzunun, mal-heyvanın otunun hamısını daşıyardı. Və "göydən od yağanda” bir də görürdün budur ey, Yüsür kişinin boz eşşəyini oğlu Məhəmməd arabaya qoşub və taxıl biçilən sahəyə gedir...

Məhəmməd bizdən 9 yaş böyük idi. Deyirdim ki, ay Məhəmməd, insafın olsun, bu eşşək yazıqdı, heç olmasa günorta bunu arabaya qoşma. Məhəmməd mənə diqqətlə baxırdı və deyirdi:

- Ay rəhmətliyin oğlu, əgər bu yay günündə taxıl sahəsindən samanı, otu daşımasın, onda qışda heyvanlar acından qırılacaq. Gərək gedim qiyməti bir-iki manata olan ot kipi alım. Onu da almağa pulumuz nə gəzir? Bilmirsən ki, Yüsür əmin qoruqçudu? Mənim də elə işim yoxdur, dəmiryoldan cüzi məvacib alıram.

Bəzən Yüsür kişinin oğlu Məhəmməd insafa gəlib o boz eşşəyi "göydən od yağanda” tay arabaya qoşmazdı. Deyəsən, bizim dediyimiz onun ağlına batmışdı, bir az insafa gəlmişdi... bir az eşşəyə rəhm eləmişdi... bir az fikirləşmişdi ki, eşşək olanda nolar, axı onu da Allah yaradıb... Eşşəyə bu qədər zülm eləmək olmaz... Və deyirdi ki, hərdən öz-özümə qorxuram ki, bu boz eşşəyə çox əziyyət vermişəm, ahı məni tutacaq! Boz eşşəyin ahı Məhəmmədi tutmadı. Məhəmməd Bakıya getdi, orda bir müddət işlədi və yenidən Bəhmənliyə qayıtdı. Qayıdanda da dostu Kamalla olan əhvalatlardan danışdı. Bakıda hara gediblər... hansı parkı gəziblər... hansı yerdə olublar... biz uşaqları başına yığıb o ki, var söhbət edirdi. Mamam oğlu Tehran, Təbriz, Əhməd, mən, əmiuşaqlarımız Məhəmməd, Nazim Mirələm ağzımızı ayırıb onun söhbətinə qulaq asırdıq. Axırda mamaoğlu Təbriz dilləndi ki, ə, Məhəmməd başdan-ayağa gop eləyir ey, siz də durub onun gopuna qulaq asırsınız.

Məhəmməd Bakıdan qayıdandan sonra da bu boz eşşəkdən əl çəkmədi. Düzdü, onun xotuğu da vardı. Amma o xotuğu hələ arabaya qoşmaq mümkün deyildi. Bütün yükü boz eşşək çəkirdi. Bir dəfə elə oldu ki, boz eşşək xəstələndi, Məhəmməd arabaya o xotuğu qoşdu. Xotuq da arabanı çəkib apara bildi. Bir müddət xotuq arabanı çəkib aparandan sonra boz eşşəyə yaxın durmadı. Və boz eşşək də gəlib çinar ağacının kölgəsində dayanar, məzlum-məzlum, yazıq-yazıq gah bizə, gah da ətrafına baxardı. Gözlərindən qəm-kədər tökülərdi. Tubunun oğlu Yavər boz eşşəyi görüb çiçəyi çırtladı. Dedi, bunu minib gedəcəm Palıdlıbağa. Ora qalınlıqdı, görüm nə iş görürəm. Tərs kimi inəyimiz də itib. Dədəm bir-iki şillə çəkdi ki, köpək oğlu, get itmiş inəkləri tap, gətir! Tapıb gətirməsən, səni dəli inək balasını ayaqlayan kimi tapdalayacağam. Tubunun oğlu Yavər bilirdi ki, dədəsi Məhərrəm kişi tərsin biridi. Dedisə, salacaq onu təpiyin altına. Eşşəyi mindi, üzü Palıddıbağa doğru getdi. İki-üç saatdan sonra sevinə-sevinə qayıtdı ki, bəs Yüsür əmimin boz eşşəyinin ayağı çox yüngüldü, inəkləri tapıb gətirdim. Yazıq boş eşşəyi Tubunun oğlu Yavər nə günə qoymuşdusa, hələ də təri soyumurdu. Boz eşşəyi buraxan kimi, eşşək qaçıb özünü verdi çinarın sərinliyinə...

Bir ay bundan əvvəl Yüsür əmimin oğlu Məhəmmədlə bir yas məclisində görüşdük. Mamam oğlu Təbriz də ordaydı. Dostu Kamalı xatırladıq. Mamam oğlu Təbriz dedi ki, sənin yaddaşına min şükür! Əlli il bundan qabaq Məhəmmədin danışdığı hadisəni yadında saxlamısan. Məhəmməd güldü və dedi ki, mən nə danışırdım, heç biri nağıl, gop deyildi. Hər şey necə baş vermişdi, elə də danışırdım. Bax, əlli il bundan qabaq çəkilmiş bir şəkili sənə göstərərəm, tüklərin biz-biz olar. Bizim boz eşşəyin üstündə mənim, sənin və rus əsgərinin şəkili çəkilib. O şəkili də zastavadakı əsgərlərdən biri lentə alıb. Ha yalvardım ki, nə desən verirəm, o şəkili mənə ver! Dedi ki, indi verə bilmərəm, başqa vaxt gələrsən göstərərm.

Yüsür əmimin yazıq boz eşşəyi həm mənim yadıma düşdü, həm Məhəmmədin, həm Təbrizin, həm də Əbişin. Və o eşşək heç bir eşşəyə bənzəmirdi... və o eşşəyin qəmli və kədərli gözləri bu gün də yadımdan çıxmır... Və yadıma böyük Ramiz Rövşənin "Gözü yaşlı yorğun eşşək” şeiri düşür:

Gözü yaşlı yorğun eşşək,
Kirimişcə yükünü çək.
Bu yol da gec-tez bitəcək,
Yorulmaq sənə qalacaq.


Sən belə fağır olanda,
Yükün lap ağır olanda,
Kürəyin yağır olanda,
Ümid palana qalacaq.


Bu palan zalımdı, zalım,
Səni hər gün zora salıb,
Axır bir gün yola salıb,
Səndən balana qalacaq.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK