nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Milli Məclisin komitələrinə üzvlər seçildi - SİYAHI Adalet.az | Milli Məclisin komitələrinə üzvlər seçildi - SİYAHI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Milli Məclisin komitələrinə üzvlər seçildi - SİYAHI

5568    |   2020-03-13 14:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin komitələrinə üzvlərin seçilməsi məsələsinə baxılıb.

İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlüyünə Fəzail Ağamalı, Əminə Ağazadə, Kamal Cəfərov, Erkin, Qədirli, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İsgəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev və Nizami Səfərovun namizədliyi ürəli sürülüb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvlüyünə Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşiroğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev, Bəxtiyar Sadıqov, Nizami Səfərovun namizədliyi irəli sürülüb.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvlüyünə Elşad Mirbəşiroğlu, Tural Gəncəliyev, Naqif Həmzəyev, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, Fazil Mustafanın namizədliyi irəli sürülüb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlüyünə Naqif Həmzəyev, Afət Həsənov, Anar Məmmədov, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, İntizam Yusifov, Mixail Zabelinin namizədliyi irəli sürülüb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlüyünə Mahir Abbasadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, İmamverdi İsmayılov, Azər Kərimli, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə. Ağalar Vəliyevin namizədliyi irəli sürülüb.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvlüyünə Novruzəli Aslanov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev, Aydın Hüseynov, Eldar İbrahimov, Eldar Quliyev, İqbal Məmmədov, Cavanşir Paşazadə, Eldəniz Səlimovun namizədliyi irəli sürülüb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvlüyünə Vüqar Bayramov, Əziz Ələkbərov, Rauf Əliyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadənin namizədliyi irəlli sürülüb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvlüyünə Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Ülvi Quliyev, Müşfiq Məmmədli, İlham Məmmədov, Soltan Məmmədov, Anatoliy Rafailov, Sədaqət Vəliyevanın namizədliyi irəlli sürülüb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyünə Nigar Arpadarai, Tamam Cəfərova, Pərvin Kərimzadə, Rəşad Mahmudov, Ramin Məmmədov, Sevil Mikayılova, Könül Nurullayeva, Sədaqət Vəliyevanın namizədliyi irəlli sürülüb.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvlüyünə Mahir Abbaszadə, Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Etibar Əliyev, Ramin Həsən, Sevinc Hüseynova, Vüqar İsgəndərov, Cəbi Quliyev, Ülvi Quliyev, Könül Nurullayeva, Cavid Osmanov, Şahin Seyidzadə, Eldəniz Səlimovun namizədliyi irəlli sürülüb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvlüyünə Azər Badamov, Nizami Cəfərov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadənin namizədliyi irəlli sürülüb.

Təklif müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.



İmza:

Tahir Süleymanov: Mübariz Mənsimov xalqın sevqisini qazana bilib

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” - Zahid Orucun yazısı

Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır

İlham İsmayıl: Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...

İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - YENİLƏNİB

Elşad Hacıyev: Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir

DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Mehriban Əliyevadan xalqa çağırış: “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”

Baş nazir Tədbirlər Planını təsdiqlədi

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

Azərbaycan neftçiləri koronavirusla bağlı həmrəylik çağırışı ediblər (VİDEO)

Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb

Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

Allahşükür Paşazadə: “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib

DİN xüsusi karantin rejimində KİV nümayəndələrinin hərəkətinə və SMS vasitəsilə icazə məsələsinə aydınlıq gətirib

Bir azdan hər şey dəyişəcək, Lalə! - İlqar Kamil yazır

Kimdir günahkar: "Rahat market", yoxsa Azericard? - Azər Sarıoğlu yazır

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK