nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Futzal üzrə ölkə çempionatı keçiriləcək Adalet.az | Futzal üzrə ölkə çempionatı keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Futzal üzrə ölkə çempionatı keçiriləcək

13449    |   2020-03-13 00:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkatma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Təhsil Nazirliyi, Azərbaycan Futzal Federasiyası Assosiasiyasının əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin idman klublarının rəhbərləri iştirak ediblər.

Çempionatın mövcud beynəlxalq qaydalar əsasında cari ilin 4 aprel tarixində start götürməsi və 10 may tarixində yekunlaşması nəzərdə tutulur.

Çempionatda 35 ali və orta ixtisas təhsil müəssisələrinin komandaları iştirak edəcək. Komandaların 22-si Bakı şəhərini, 13-ü isə regionları əhatə edir. Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparacaq. Yarımqrup oyunlarının beşi Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan və Gəncə şəhərləri) keçiriləcək. Sonrakı mərhələlər 1/16, 1/8, 1/4, yarımfinal və final oyunlarını əhatə edir. Oyunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək. Oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. I, II və III yeri tutan komandalar müvafiq diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa, təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi mükafatlarla təltif olunacaq.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsinin təminatı, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, həmçinin, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasıdır.

Qeyd edək ki, futzal üzrə çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futzal Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

İngiltərə Premyer Liqasının taleyi necə olacaq? - QƏRAR VERİLDİ

Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

UEFA avrokubokların bərpası barədə mayın ortası qərar verəcək

Aqil Abbasın 67 yaşına - Unikal görüntülər

Ronaldu Messini qabaqlayaraq tarixin ən yaxşı futbolçusu oldu - FOTO

Həyat yoldaşından Rüştünün səhhəti ilə bağlı AÇIQLAMA

Millimizin sabiq üzvləri həbsdən ev dustaqlığına buraxıldı

UEFA iki Avropa çempionatını ləğv etdi - YENİLƏNİB + VİDEO

“Necəsiniz, nə yazırsınız?” - Ağasəlim Mircavadov

Cinayətkarlar İngiltərə yığmasının sabiq futbolçusunun əllərini bağlayaraq evini qarət etdilər

Koronavirusa yoluxan Rüştü Rəcbərin vəziyyəti ağırdır

"Tottenhem" 550 işçisinin maaşını azaltdı

SON XƏBƏRLƏR
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK