nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Osmanlının Atatürkə qoyduğu miras! Adalet.az | Osmanlının Atatürkə qoyduğu miras! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Osmanlının Atatürkə qoyduğu miras!

Osmanlıçılıq oynayanlar, bu yazını oxuyarlarmı?

2471    |   2020-03-11 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Osmanlıçılıq oynayanlar, bu yazını oxuyarlarmı?

1923-də...

13 milyon əhalisi vardı. 11 milyonu kənddə yaşayırdı. 40 min kənd vardı, 28 minində məktəb yox idi. Traktor yox idi, cütcü vardı. Beş min kənddə sığır vəbası var idi. Heyvanlar qırılırdı, insanlar qırılırdı. İki milyon adam qızdırma, bir milyon adam isə farangit, vərəm kimi xəstəliklər vardı. Üç milyon adamda göz xəstəliyi vardı. Uşaq ölümlərinin faizi mində 480 idi. Hər doğulan iki uşaqdan biri ölürdü. Məmləkətdə sadəcə 337 həkim var idi. 60 əczaçı var idi, onun da səkkizi türk idi. Diş həkimi demək olar ki, yox idi. Dörd tibb bacısı var idi. 40 min kənddə 136 mamaça vardı. Ölüm yaşı 40 idi.

Yanmış binaların sayı 115 min, zədəli binaların sayı isə 12 min idi. Ölkəni yenidən inşa etmək lazım idi, kirəmit belə xaricdən gəlirdi. Limanlar, mədənlər, dəmiryolları xaricilərə aid idi. Ümumi sərmayənin sadəcə yüzdə 15 faizi türklərin idi. Osmanlıdan Cümhuriyyətə miras qalan təkcə dörd fabrik vardı. Elektrik sadəcə İstanbul, İzmir və Tartus da var idi. Avtomobil sayı 1490 idi. Sadəcə dörd şəhərdə özəl avtomobil vardı.

Qadın insan deyildi.

(Vərəmlə boğuşan xalq, tövlədə yatarkən… Yerə-göyə sığdırılmayan Əbdülhəmidin 16 arvadı var idi. Nazikəda, Səlfinaz, Dilpəsənd, Peyvəstə, Nazlıyar, Bidar, Məzidə, Əmsalinur xanım... 16 arvad... Yaş etibarilə çoxusu uşaq idi. Kimlərinsə atamız dediyi Əbdulməcidin 22 arvadı var idi. Əhali inəyinə verməyə saman tapmazkən bu sarayında iki futbol komandası qədər qadınla yatırdı)

Teatr yox, musiqi yox, rəsm yox, heykəl yox, idman yox idi. Arxeoloji əsərlər, gizli-xəlvəti yox, padşahların hədiyyəsi olaraq qatarlarla oğurlanmışdı.

Kimisi alaturka saatından istifadə edir, saatı 12:00 olaraq qəbul edirdi, kimisi Günəşin ən təpədə olduğu vaxtı 12:00 olaraq qəbul edirdi. Kimisi Günəş batarkən qürubi saatı əsas götürürdü, kimisi Günəşin tamamən batdığı azan saatını. "Saat neçədi, dostum?” soruşsan, hər ağızdan bir səs çıxırdı.

Kimisi Hicri təqvimini, kimisi isə Rumi təqvimini istifadə edirdi. Kimisinin fevralı dekabrına təsadüf edirdi. Hər kəs eyni zamanda yaşayırdı, amma fərqli aylarda.

Dirhəm, okka, çəki vardı… Arşın, qulac, fərsah vardı. Nə ağırlığımız dünyaya ayaq uydura bilirdi, nə də uzunluğumuz. Ölçülərimiz orta əsrin ölçüləri idi.

Kişilərin yüzdə 7 faizi, qadınların yüzdə 4 faizi oxuma-yazma bilirdi. Oxuma-yazma bilənlərin çoxusu əsgər və yaxud qeyri-müsəlmanlar idi. Məktəb yaşına çatan hər dörd uşaqdan üçü məktəbə getmirdi. Cəmi 4894 ibtidai, 72 orta məktəb, 23 dənə də lisey vardı. Türkiyənin bütün liseylərində sadəcə 239 qız şagird vardı. Müəllimlərin üçdə birinin müəllimlik təhsili yox idi. Bir Universitet vardı.Ölkə bilikdən çox uzaq idi.

600 il boyunca türkcəyə osmanlıca deyilmişdi. Ərəbcə, farsca, fransızca, italyanca sözlər, terminlər dilimizi işğal etmişdi.

"Hərf inqilabı oldu, bir gecədə cahilləşdirildik, köpəkləşdirildik” filan deyirlər ha… İbrahim Mütəfərrikadan etibarən 150 il boyunca çap olunan kitabların sayı nə qədərdir, bilirsiniz? Sadəcə 417 idi. Bunların da çoxusunu qeyri-müsəlmanlar çap etmişdi. Ki, zatən Mütəfərrika da macar idi.

Bu torpaqlara kitab gələnə qədər Avropada 2,5 milyon fərqli kitab çap olunub 5 milyar ədəd satılmışdı. Volter bir kitabında yazır: İstanbulda bir ildə yazılanlar Parisdə bir gündə yazılanlardan azdır!

Və nəymiş, əfəndim, məzar daşı oxuyacaqmış…

Sən əvvəlcə iki dənə kitab oxu, sonra dünyadan xəbərin olsun biraz!


Medusa Bilir


Dilimizə uyğunlaşdıran Eminquey



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK