nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Nabrandakı dəhşətli qətlin təfərrüatı: Qonşusunu mişar daşı ilə öldürdü - VİDEO Adalet.az | Nabrandakı dəhşətli qətlin təfərrüatı: Qonşusunu mişar daşı ilə öldürdü - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Nabrandakı dəhşətli qətlin təfərrüatı: Qonşusunu mişar daşı ilə öldürdü - VİDEO

23395    |   2020-03-09 19:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xaçmaz rayonun Nabran qəsəbəsində öldürən şəxsin qətlinin təfərrüatları məlum olub.

Baku.Tv xəbər verir ki, rayon sakini 26 yaşlı Taleh Mursalov münaqişə zamanı Bakı şəhər sakini Tərlan İbrahimova mişar daşı ilə zərbələr vuraraq qətlə yetirib.

Yaxınlıqdakı marketin ön tərəfində Tərlan İbrahimovun meyiti, baş nahiyəsinin ətrafında yerdə qan izləri, mərhuma məxsus mobil telefon aşkarlanıb.

Marketdən sağ tərəfdə yerləşən su kanalında isə üzərində qana bənzər ləkələr olan mişar daşı aşkar edilib.

Həmin gecə Taleh Mursalov şübhəli şəxs qismində saxlanılıb. İstintaqla müəyyən edilib ki, avqustun 15-i saat 22 radələrində Taleh Mursalov yaşadığı Dalğalı kəndinin ərazisində, fəaliyyət göstərməyən marketin qarşısında dayananda həmin kənddə müvəqqəti qalan Tərlan İbrahimovla aralarında mübahisə baş verib.

Taleh Mursalov sərxoş vəziyyətdə olan Tərlan İbrahimovu özündən kənarlaşdırmaq üçün yumruqla üz nahiyəsindən vuraraq, onu yerə yıxıb. Sonuncunun ayağa qalxmaq istədiyini görüb, marketin qarşısında çəkisi 30 kiloqram olan mişar daşını götürərək onun sifət və baş nahiyəsindən möhkəm zərbələr endirərək öldürüb.

Taleh Mursalov bildirib ki, Tərlan İbrahimov qonşusu olub, aralarında ədavət olmayıb.

Tərlan İbrahimov Bakıda yaşayıb, yay aylarında istirahət etmək üçün Nabrandakı evində qalıb.

Avqustun 15-i saat 22 radələrində gəzmək üçün küçəyə çıxıb, evdən 200 metr aralıda yerləşən ərzaq mağazasının qarşısında Taleh Mursalovla rastlaşıb. Tərlan onu görüb nəsə soruşmaq istədikdə, Taleh sərxoş vəziyyətdə olan qonşusuna, uzaqlaşması üçün "bilmirəm” deyib. Cavab оlaraq Tərlan səbəbsiz yerə söyüş söyməyə başlayıb, qonşusunun üstünə gəlib, qollarından tutub.

Onlar dalaşaraq marketin sağ tərəfindəki su arxının yanına yaxınlaşıblar. Taleh Tərlanın əl çəkmədiyini görüb, yumruqla sifət nahiyəsinə bir dəfə güclü zərbə vurub.

Zərbədən qonşusu yerə yıxılıb. Daha sonra onun ayağa qalxmaq istədiyini görən Mursalov mişar daşını götürüb, var gücü ilə İbrahimovun başına çırpıb. Hirsi soyumadığı üçün Tərlanın baş nahiyəsinə 2-ci dəfə daşla zərbə endirib. Qonşusunun öldüyünü görüb, mişar daşını qaldırıb, yanındakı su kanalınа atıb.

Bundan sonra evə gedib, hadisə barədə heç kəsə məlumat verməyib. Bir neçə saatdan sonra polis əməkdaşları evə gələrək onu bölməyə aparıblar. O, bölmədə qonşusunu öldürdüyünü etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Mursalov 13 il müddətinə azadlıqdan məhrum olunub.




İmza:

Bərdədə baş verən qətl hadisəsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA

Salyanda əməliyyat: “Topal” ləqəbli narkotacir saxlanıldı

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşdü - VİDEO

Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Bakı sakinlərindən marixuana götürüldü

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Bakıda cibgirlik edən şəxs saxlanılıb - FOTO

Bakıda "Rais" ləqəbli narkotacir saxlanıldı: Onlayn yolla narkotik satırmış

Astara sakini narkotik vasitə satarkən saxlanıldı

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı

Bakı sakinlərindən marixuana götürüldü

Keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Həkim onu koronavirusa yoluxduran sevgilisini boğub öldürdü

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK