nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | HANSI DOSTDUR??? - Seyfəddin Altaylı yazır Adalet.az | HANSI DOSTDUR??? - Seyfəddin Altaylı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HANSI DOSTDUR??? - Seyfəddin Altaylı yazır

64768    |   2020-03-06 13:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ey iman edənlər! Yəhudiləri və xristianları dost tutmayın. Onlar ancaq bir-birlərinin yar və yoldaşıdır. Kim onları dost tutarsa, o da onlardandır. Şübhəsiz Allah (özlərinə və müsəlmanlara) zülm edən toplumu düz yola çatdırmaz. Maidə surəsi 51-ci ayə”.

02.12.2017-ci il tarixində Suriya Demokratik Qüvvələrinin sözcüsü Talal Silo adlı iraqlı türkmən ABŞ tərəfindən yaradılan, o gündən bəri dəstəklənən və adına SDG dedikləri, əslində PKK terror təşkilatının ABŞ-ın maşası olan qatillər sürüsündə hansı siyasətlərin kimlər tərəfindən yeridildiyini gördükdə gizlincə qaçıb Türkiyəyə sığınmışdı. Həmin tarixdə də Anadolu Xəbərlər Agentliyi müxbirinə Suriya Demokratik Gücləri adlı bu maşa təşkilatın iç üzünü açmışdı. Gəlin onun dediklərini xatırlayaq.

(Suriya Demokratik Gücləri adlı təşkilat əslində PYD/PKK-nın özüdür və dünyanın gözünü boyamaq məqsədilə ona bu ad qoyulmuşdur. Suriyada PYD/PKK işğalındakı bölgədən noyabrın (2017-ci il) ortalarında qaçıb gəldim.

Biz türkmənlərin hüququnu qorumaq üçün "Səlcuqlar Ordusu” adıyla fəaliyyət yeridirdik. Afrindən mənim qrupuma dəvət gəldi ki, onlarla birlikdə ərəb şovinizmi siyasəti izləyən İraq hökumətinə qarşı mübarizə yeridək. Mən də Afrindəki PKK-lılarla görüşüb onlara qoşuldum. PKK-nın bölgədəki məsulu Hacı Əhməd Hadro adlı biri idi. Ayrıca hakimiyyətdən nifrət edən ərəb terrorçular vardı və başçıları Salah Çebbo idi. 2015-ci il avqust ayının başlarında Afrinə getdim və ərəb terrorçularının yaratdığı "Ceyşul Suvvar” daxilində işlədim, ancaq qərarlara nə biz nə də ərəblər deyil, PKK-lı Hadro yetişirdi. Bir müddət sonra Şahin Cilo, Suriya Demokratik Gücü adlı təşkilatın qurulduğunu elan etdi və ilk yığıncağın 10 oktyabr 2015-ci il tarixində olacağını söylədi. Niyə həmin gün deyə səbəbini sorduqda, "ABŞ, uluslararası ictimaiyyətə SDG-nin nə olduğunu və niyə yaradıldığını izah edə bilmək üçün bu yola müraciət etmişdir” - dedi. ABŞ-ın xüsusi qüvvələr komandiri, ordu generalı Raymond Thomas bir yığıncaqda bu haqda dedi ki: Ağıllı bir gediş elədik və dünya ictimaiyyəti nəzdində təşkilatın etibarlı olması üçün YPG/PKK-ya SDG adını qoyduq.

Bütün bu olanlar bizim sadəcə olaraq bir maşadan ibarət olduğumuzu göstərirdi. Yaradılan SDG təşkilatında mənə sözçü vəzifəsini vermişdilər, ancaq oynanan oyunun fərqinə vardıqda, qaçmaq qərarına gəldim və qaçdım).

Bəli, İraqda və Suriya torpaqlarındakı olaylar "Səddamın əlində və silahları vardır” yalanını yayaraq İraqın işğal edildiyi günlərdən bugünkü vəziyyətə gəlib çatıbdır.

Qərbin xristian dünyası XI yüzildən bəridir türkləri Anadolu və Yaxın Şərqdən qovmaq üçün əlindən nə gəlibsə onu edibdir, edəcəkdir.

ABŞ, Osmanlı dönəmindən bəri eynilə başda ingilislər və digər avropalı xristianlar kimi, həmin düşüncə ilə siyasət yeridir. Bu bacarıla bilinməsə, ölkənin parçalanıb kiçik hissələrə ayrılmasını və beləliklə, "Böl, hökm et” siyasətinin izlənməsi yolunu tutub. Osmanlının dağıdılmasının və ölkənin işğal edilməsinin səbəblərindən biri də bu fikir idi. Həmin düşüncə "ərəb baharı”ndan bəri açıq-aşkar İran və Türkiyəyə qarşı yeridilir.

Türkiyənin 1950-ci illərdə NATO İttifaqına alınması Sovet təhlükəsinə qarşı həm Avropa, həm də Amerikaya for-post bir ölkə və dövlət olması səbəbilədir. Qərblilər on illər boyu öz təsirlərində saxlamaq istədikləri Türkiyənin yavaş-yavaş güclənməsindən və onların arzusunun xilafına hərəkət etməsindən bərk narahatdır.

Türkiyə, Sovetlər Birliyi dönəmində Amerikanın və başda Avropa olmaqla Qərbin müsbət nəzərlə baxdığı, yalnızca baxdığı və Türkiyənin strateji xeyrinə olacaq hər bir hərəkətə mane olduğu bir ölkə idi. PKK terror təşkilatının yaradılması, terror aktlarıyla ölkənin daxili iğtişaşa aparılmaq istənməsi, Fətullah Gülən adlı xain təşkilatın yaradılması və axırda çevrilişə qəsd edilməsi, daha onlarla sayıla biləcək və Türkiyənin ziyanına olan mənfi addımların götürülməsində ABŞ və Avropa ölkələrinin imzası vardır. Ancaq ABŞ bu oyunları oynasa da, Türk ordusunun hər hansı mənsubuna ruslar kimi güllə atmış deyildir.

Bəs Rusiya?

Ruslar, Qızıl ordu dövlətinin əmir Teymur tərəfindən dağıdılmasından sonra dövlət birliklərini yaratdılar və Pyotr zamanından etibarən ildən-ilə gücləndilər, üzlərini Qafqaza, Türküstana, isti dənizlərə yönəltdilər. Pyotrun vəsiyyətini yerinə yetirmədə ən böyük əngəl kimi də Türk varlığını gördülər. Həm Çarlıq həm də Sovet dövründə hakim olduqları bölgələrdə Türklərin kütləvi soyqırımlara tabe tutulması, Azərbaycanın öncə ikiyə, sonra Qüzey hissəsinin də yenə parçalara ayrılıb Dağıstana, ermənilərə, gürcülərə peşkeş çəkilməsi, Türküstanın parçalanıb beş ayrı bölgəyə ayrılıb Türküstan adının tarixdən silinməsi, hər Türk xalqına ayrı bir etnik kök aşılanmaq cəhdinə düşülməsi, türklərin assimilyasiyaya uğradılması və bunun hələ də davam etdirilməsi, Türkiyəyə qarşı duyulan tarixi kindən imtina edilməməsi kimi nələr, nələr sayıla bilər.

Ərdoğan-Putin yaxınlaşmasına baxıb həm türk, həm də rus xalqlarının xeyrinə olacaq bir dönəmin başladığını bir çox insan zənn edirdi, mən isə ona əsla inanmadım, inana da bilmərəm, çünki tarix mənə çox şeyləri öyrədib. Bizdə bir atalar sözü vardır: "Ayıdan post, rusdan dost olmaz”.

Türkiyə səmimi olaraq Rusiya Federasiyasına yaxınlaşdı. ABŞ-ın patriot raket qurğularını satmaması səbəbilə ruslardan S-400 qurğularını aldı, həm də ABŞ ilə Avropanın və NATO-nun bütün hədə-qorxularına fikir vermədən. Rusiya ilə həyata keçirilən ortaq layihələr, ticarət, turizm və digər sahələrdəki münasibətlərdə ABŞ-ın da Avropanın da qarnını ağrıtsa da geri durmadı.

Yaranan olaylar bugün Türkiyə ilə Rusiyanın Suriyanın İdlib bölgəsində, hardasa üzbəüz toqquşma nöqtəsinə gəlib çatdı. Dünənə kimi PKK/PYD-ni dəstəkləyən nə ABŞ, nə də ruslar bundan əl çəkiblər, çəkəsi də deyillər. Rusiya PKK-ya Moskva və Peterburqda büro açmağa imkan yaradıb, hər cürə dəstəyi də verir. ABŞ isə minlərlə tır dolusu silah-sursatı bağışlayıb, PYD/PKK-nı açıq-aşkar dəstəkləyir. Yəni bunların ikisindən də dost olmaz, bunu bir mənalı şəkildə bilməliyik və addımlarımızı ona görə atmalıyıq.

Dünənə kimi patriotları satmayan ABŞ, bu gün deyir S-400 qurğusundan imtina edin, patriotları sizə verək, ayrı silah-sursat da satarıq, yəni ruslarla vuruşun, biz də sizi həm axmaq yerinə qoyaq gülək, həm də malımızı sataq.

Rusiya Federasiyası papağını qabağına qoyub yaxşı fikirləşməlidir. Türkiyə artıq 1918-ci illərin hər tərəfi işğal olunmuş ölkəsi və dövləti deyildir. Türkiyə yerləşdiyi bölgədə 85 milyonluq əhaliyə, güclü bir orduya və yeni silah sistemlərini yarada bilən və dünyanı özünə heyran buraxan bir qüdrətə malik ölkədir.

İki dövlət arasında hər bir problemin qarşılıqlı mənafeyə görə, həll edilməsi həm Türkiyənin həm də Rusiya Federasiyasının xeyrinə olar.

Putin dansa da, 34 Məhmətçiyi vəhşicəsinə şəhid etmələrini heç bir Türk unutmayacaqdı, unutmayacayıq, çünki onlar rus xalqının gerçək üzünü bir daha nümayiş etdirdilər.

Ey Türk! Papağını qabağına qoy və gələcəkdəki nəsillərinin öz vətənlərində azad, asudə və firavan yaşamalarının birinci şərtinin elmdən və çağdaş texnoloji ixtira etmək şərtindən asılı olduğunu unutma. Unutsan, Tanrı da səni unudacaqdı!

İranla bağlı düşüncələrimi isə ayrı bir yazımda dilə gətirəcəyəm, yalnız Azərbaycan və Türkiyə düşməni Qasım Süleymaninin öldürülməsiylə yasa bürünənlər, onun qırxında halva paylayıb ehsan verənlər, İran milis qüvvələrinin Suriyada Məhmətçiklərə güllə yağdırması məsələsinə nə cür yanaşırlar bunu bilmək istərdim.




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

YAZARIN ARXİVİ

2020-01-10 : HAYDUTLAR
2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK