nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Həyat yoldaşını öldürüb, itihar etmək istədi - VİDEO Adalet.az | Həyat yoldaşını öldürüb, itihar etmək istədi - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Həyat yoldaşını öldürüb, itihar etmək istədi - VİDEO

18506    |   2020-03-03 20:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu il iyunun 1-də Suraxanı rayonu 30-cu Polis Şöbəsinə yaralı halda təslim olan Zahid Novruzov yaşadığı evdə həyat yoldaşını odlu silahdan açdığı atəşlə öldürdüyünü və sonra intihar etmək məqsədi ilə özünə də güllə atdığını bildirib.

Baku TVxəbər verir ki,sifətindən yaralanan şəxs şöbəyə çağırılan Təcili Tibbi Yardım işçiləri tərəfindən xəsatəxanaya aparılıb və əməliyyat olunub. Polis və prokurorluq əməkdaşları Hövsan qəsəbəsindəki evdə qadın meyiti, yanında tüfəng aşkar ediblər. Məlum olub ki, mərhum 55 yaşlı Təranə Novruzovadır.

Zahid Novruzov rəsmi nikahda olduğu arvadı Təranə Novruzovanın ona xəyanət etməsini bəhanə edib, həyat yoldaşını öldürmək qərarına gəlib. İyunun 1-i saat 17 radələrində yaşadıqları evdə, yataq otağında saxladığı tüfəngi və 4 ədəd patronu götürüb, qonaq otağına keçib. Yaxın məsafədən qadının baş nahiyəsinə 1 dəfə atəş açıb və öldürüb.

Zahid Novruzov bildirib ki, 1985-ci ildə Laçın rayonunda Təranə Novruzova ilə ailə qurub, müharibədən sonra ailəsi ilə Bakıya gəlib. Həyat yoldaşı ilə münasibətləri əvvəl yaxşı olub. Hadisədən 2 il əvvəl Hövsan qəsəbəsində çimərlikdə, adını xatırlamadığı qadınla istirahət edərkən oğlu Ruslan onların videosunu çəkib, anasına göstərib.

Bundan sonra Təranə ilə mübahisələri başlayıb. 10 ay ərzində Təranə oğlu iləbirlikdə Nərimanov rayonunda kirayədə qalıb. Daha sonra övladları onları barışdırdığından yenidən birlikdə yaşamağa başlayıblar. Zahid Təranədə dəyişikliklər hiss edib, ona xəyanət etməsindən şübhələnib. Yoldaşından bu barədə soruşduqda, o, etiraz edərək xəyanət etmədiyini deyib.

Təxminən biray əvvəl Naxçıvan şəhərinə qızının evinə qonaq gediblər. Orada olarkən Təranəyə Bakıya qayıdandan sonra onunla boşanacağını söyləyib. Hadisə olan gün, saat 15 radələrində Nurlan evdən çıxdıqdan sonraevdə yalnız Təranə qalıb. Zahid yataq otağında saxladığı 16 kalibirli ov tüfəngini və dördədəd patronu götürüb qonaq otağına keçir. Məqsədi arvadını qorxudub "Bibiheybət” məscidinə aparmaq olub.

Zahid özü boşanmaq barədə ərizə vermək istəsə də, oğlanları buna mane olublar. Ona görə arvadının özünün boşanmaq barədə fikrini oğlanlarına deməsini istəyib. Yoldaşının kondisonerin tozunu sildiyini görüb, aşağı düşməsini, ona sözü olduğunu bildirib. Təranə masadan aşağı düşdükdə silahı göstərib, biz "Naxçıvanda söz danışmışdıq, gəl gedək and içək boşanaq, evə qan salma" deyib. Təranə oğlu Ruslanı çağıracağını söyləyib, çölə çıxmaq istədikdə Zahid patronların ikisini tüfəngə qoyub, "onu vuracağını" bildirib. Yoldaşı ona "səndə o kişilik yoxdu məni vurasan"deyəndə, Zahid təxminən 5 metr məsafədən 1 dəfə arvadının baş nahiyəsinə atəş açıb.

Güllə arvadının ağız nahiyəsinə dəyir və o, yerə yıxılır. Arvadını vurduğuna görə peşman olan Zahid özünü öldürmək qərarına gəlir. Bu məqsədlə tüfəngi boğaz nahiyəsinə dirəyib atəş açır, lakin güllə sol yanağından çıxır. Sonra polisə gedərək təslim olur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid Novruzov 17 il müddətinə azadlıqdan məhrum olunub.




İmza:

Bərdədə baş verən qətl hadisəsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA

Salyanda əməliyyat: “Topal” ləqəbli narkotacir saxlanıldı

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşdü - VİDEO

Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Bakı sakinlərindən marixuana götürüldü

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Bakıda cibgirlik edən şəxs saxlanılıb - FOTO

Bakıda "Rais" ləqəbli narkotacir saxlanıldı: Onlayn yolla narkotik satırmış

Astara sakini narkotik vasitə satarkən saxlanıldı

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı

Bakı sakinlərindən marixuana götürüldü

Keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Həkim onu koronavirusa yoluxduran sevgilisini boğub öldürdü

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK