nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Sevdiyi qıza görə anasını və nənəsini bıçaqladı – VİDEO Adalet.az | Sevdiyi qıza görə anasını və nənəsini bıçaqladı – VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Sevdiyi qıza görə anasını və nənəsini bıçaqladı – VİDEO

17634    |   2020-03-03 19:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ARB TV-nin "Rezonans” proqramında bu dəfə 1985-ci il may ayının 16-da Bakı şəhərində dünyaya gələn Kazımov Seymur Rauf oğlu öz həyat hekayəsini danışıb.

"İş olanda fəhlə kimi, xidmətçi kimi işləyirdim. Olmayanda da qalırdım belə. Atam bizi iki yaşım olanda atıb gedib Rusiyaya, orada evlənib. Atamı heç Bakıda görməmişəm. Görəndə də qeydiyyatdan çıxmağımız üçün gəldi, sonra yola saldıq getdi. O vaxtdan görməmişəm”, - deyə Seymur bildirib.

O əlavə edib ki, 2005-ci ildə əsgərlikdən gələndən sonra bütün sənədlərini qaydasına salıb və işləməyə başlayıb: "Jenya adında bir orta yaşlı kişinin köməkçisi idim. Orada işləyəndə bir qızla tanış oldum. Nənəm, qoca nənəm də bəyəndi. Sonradan elə oldu ki, bu qızı bəyənmədilər.

Nənəmi mətbəxə çəkdim, orada başladı qızı söyməyə. Bir neçə dəfə qızı söydü, dedim ki, bəsdir, tanımadığın insanı niyə söyürsən? Dedi ki, qoymayacam səni o qızla evlənməyə. Belə deyəndə artıq mən özümü itirdim. Üstümdə həmişə gəzdirdiyim bıçaqla nənəmi vurdum.

Anam gəldi, anamı da vurdum. Bir bıçaq zərbəsi dəydi boğazından. Sonra qoca nənəm oyandı. Dostum da bizdə idi, məni sakitləşdirə bilmədilər, dəli olmuşdum. Sonradan cinayət işimlə tanış olanda gördüm ki, nənəmi çəngəllə vurub suda boğmuşam. Suda boğmaq yadıma gəlir, amma çəngəllə vurduğumu xatırlamıram.

Hadisəni törədəndən yarım saat sonra polislər gəldi. Məni yerə uzandırıb qoluma qandal vuranda ayıldım ki, cinayət törətmişəm, artıq gecdir. Məhkəmədə prokuror 13 il 3 ay həbs istədi, hakim isə gənc olduğuma görə 12 il 6 ay həbs cəzası verdi mənə.

Hakimdən, prokurordan xahiş etdim ki, sevdiyim qızla görüşməyə icazə versin. Qız qapıda dayandı, bir kəlmə söz dedi ki, sən dəlisən. Sonra telefonla danışdıq bir neçə dəfə. Həbsxananın ünvanını vermədim ki, gəlib getməsin bura. Daha sonra zəng edəndə o nömrə artıq işləmirdi. O gündən, bugünə qədər hələ də bir xəbər yoxdur.

İstəməzdim belə olsun, həyatımız bir lentin üzərində olsa, o lenti geriyə çəkib imkan verməzdim belə bir şey yaşansın. Məhkəmədə anam gəldi, onun göz yaşını görüb boğuldum, danışa bilmədim. Üç il bundan öncə anamla danışmışdım, adam da göndərdim ki, barışaq, barışmaq istəmir.

İstəyirəm anam olsun, yetim qalmaq istəmirəm. Həbsdən çıxandan sonra nəyin bahasına olursa olsun, onlara da baxacam, kömək edəcəm onlara. Bəlkə də üz-üzə oturub danışsaq, məni bağışlayar. Üzr istəyərdim, kaş ki, məni bağışlayardı.

Nə "razborşik” deyiləm, nə narkoman, azadlığa çıxan kimi həyatımı bərpa edəcəm. Şirkətdə iş tapıb işləyəcəm, anama da kömək olacam. İstəyərdim ki, nənəm yenidən həyata qayıtsın, anam məni bağışlasın. Əsas anamdı, elə bilirəm ki, artıq o qız da yoxdur. Gecə də, günüz də gözümün önündədir anam”.

Daha ətraflı sujeti izləyə bilərsiniz:




İmza:

Bərdədə baş verən qətl hadisəsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA

Salyanda əməliyyat: “Topal” ləqəbli narkotacir saxlanıldı

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşdü - VİDEO

Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Bakı sakinlərindən marixuana götürüldü

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Bakıda cibgirlik edən şəxs saxlanılıb - FOTO

Bakıda "Rais" ləqəbli narkotacir saxlanıldı: Onlayn yolla narkotik satırmış

Astara sakini narkotik vasitə satarkən saxlanıldı

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı

Bakı sakinlərindən marixuana götürüldü

Keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Həkim onu koronavirusa yoluxduran sevgilisini boğub öldürdü

Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK