nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Nuranə Nur:"Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub " - MÜSAHİBƏ Adalet.az | Nuranə Nur:"Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub " - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Nuranə Nur:"Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub " - MÜSAHİBƏ

“Xanım sözü”

47979    |   2020-03-02 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu rubrikada məqsədimiz müxtəlif sahələrdə fəaliyyət göstərən, yaradıcılıqla məşğul olan, həm evdə, həm işdə sözünü deyə bilən xanımların fəaliyyətindən bəhs etməkdir. Qonağımız şairə Nuranə Nurdur.

Efirə görünüşə görə çağırırlar

- Tələbəyə oxşayırsınız. Halbuki qızınız tələbədir. Bəlkə bu sirri deyəsiniz deyəsiniz, digər xanımlar da sizdən öyrənsin.

- Adətən bu tip suallarla tez- tez rastlaşıram. Amma düşünürəm ki, bizim müsahibəmizin ilk sualı bu olmamalı idi. İstəmirəm ki, xarici görünüşüm istedadımın qarşısına keçib, onu kölgədə qoysun. Yadındadırsa bir dəfə səninlə birlikdə bir televiziya verilişində iştirak edirdik.Verilişdən sonra etiraf etmişdin ki, şeirlərini oxumurdum, Çünki elə bilirdim səni verilişlərə görünüşünə görə dəvət edirlər. Ümumiyyətlə, biz görünüşə çox diqqət edən cəmiyyətik. Bu üzdən də ağrıyan yerinə görə həkimə getməyən adamlar görünüşə görə borc xərc edib plastik əməliyyata gedirlər. Mən Allahıma minnətdaram ki, bu hissləri yaşamağı mənə qismət eləməyib. Lakin bir qadın olaraq heç bir qadını da qınamıram. Qadın güzgüyə baxanda narahat olursa, kompleksi aradan qaldırmaq qəbahət deyil. Amma mümkün qədər təbiiliyə xələl gəlməməsinə fikir verməkdə fayda var. Təbii ki, mənim də güzgüyə baxanda gördüyüm qüsurlar var. O qüsurları özünə məxsus və doğma qəbul edəndə o artıq sənə qüsur kimi görünmür. İndiyə kimi görünüşümə heç bir müdaxiləm olmayıb, Sadəcə baxımlı olmaq yetərlidir. Ən önəmlisi dərinin gigiyenasına daim diqqət etmək və bol su qəbul etməkdir. Bu qaydalara əməl etmək hüceyrələri yeniləyir.

- AYB-də çalışırsınız...

- Bəli... artıq 10 ildir üzvü, 7 ildir əməkdaşıyam. Qürurla çalışdığım və bir qədər müəmmalı hisslərlə dolu ocaqdır. Orda qəribə bir mistik aura var. Binaya daxil olanda qapıçıdan öncə sarı sükutla salamlaşıram. Bütün səslər o sükutun içindən keçib çatır qulağıma. Pilləkənləri qalxanda düşünürəm görəsən kimin ayaq izlərini tapdalayıram? Nədənsə orda çəkilən bütün şəkillər bulanıq çıxır. Ən yaxşı fotoaparatla çəkilmiş fotolar belə...

- Həm də efirdə veriliş aparırsınız. Bütün bu işlər yormur?

- Yox , əksinə ... lazımi şərait olarsa bu sahədə daha çox iş görə biləcəyimə inanıram. Xüsusi olaraq aparıcılıq ixtisasına yiyələnməmişəm. Görünür şeir yazmaq kimi, bu da bir istedaddır. Televiziya sahəsində sözünü demiş adamlardan həmişə bu barədə xoş sözlər eşitdiyim üçün özümü sınadım. Demirəm yaxşı aparıcıyam , amma bu mənim ən yaxşı bacardığım işdir. Özümü ən yaxşı hiss etdiyim sahədir. Təəssüf ki, bu işimi məhdud şərtlərlə icra edirəm. Televiziyalarımızda ədəbiyyat verilişlərinə qapılar bağlıdır, çünki ədəbiyyat reytinq gətirmir. Nə televiziyanın, nə sponsorun, nə də tamaşaçının marağında deyil.

- "Bu gün deyə bilməmişəm,

Adın islanıb dilimdə.” Adı hələ də dilinizdə islanır?

- " Adın islanıb dilimdə " misrası bir qadının həm həsrətinin, həm də cəsarətinin göstəricisidir. Dilimizdə çox adlar islanır, qəlbimizdə çox arzulanır paslanır. Başqa bir şeirimdə deyirəm ki, " İlk cəsarətimi xatırlayıram, yelləncəkdə əlimi ipdən buraxmışdım. Sonuncunu yox ...” Bəzən düşünürəm ki, bizim cəsarətimiz elə bu qədərdir. Söhbət təkcə ilk mənada anlaşılan kimi sevgidən getmir. Alt qatında həyatımız, məişətimiz də var. Poeziyanı məişətə endirmək yox, məişəti poeziyaya qədər qaldırmaq mümkünlüyü də cəsarətdir. Təəssüf ki, bu qədərini bacara bilirəm.

- "Hər gün ürəyimdən keçən, bircə dəfə bilmədi ki, hardan keçir”. Niyə keçdiyi yeri tanımır?

- Bu misralar " Nabələd " şeirimdəndir. 12 il əvvəl yazmışam bu şeiri. Məndən sonra bu misranı çox təhrif edib başqa şeirlər yazdılar. 12 il əvvəl yazılıb, 12 il keçib hələ tanımayıbsa, deməli 12 il sonra da tanıyan deyil. Hər adam getdiyi yolu tanısaydı yol nişanları nəyə lazım idi? O zamandan ürəyimdə yol nişanlarının yerini tamam dəyişmişəm, indi heç tanımaz.

Ən yaxşı yazıçılar kişilər olub

- Qadınlar poeziyada zəifdir? Bu barədə tez-tez eşidirik.

- Özünüz deyib, özünüz eşidirsiniz də. Özünüzü sübut etmək üçün qarşı tərəfin zərifliyindən istifadə edirsiz. Qadınlar yazmasaydı kimin üzərində özünüzü qalib biləcəkdiniz? Bizi yox sayın, özünüzlə savaşın, özünüzə qalib gəlin. Qadınlar yaradılışdan zərif və təbii ki, kişilərdən zəif yaradılıb. Bunu nə danmaq, nə də buna görə öyünmək lazım deyil. Bəli, dünyada ən yaxşı yazıçılar kişilər olub. Bu beyin, təfəkkür məsələsidir. Həyatın bütün qanunları kişilər üçün daha əlverişli, daha üstündür. Buna görə qadını aşağı görmək isə cahillikdir. Təbiətin, yaradılışın, məruz qoyduğu çətinliklərdən savayı cəmiyyət də həmişə qadına qarşı amansız olub. Bəlkə də, 124 min peyğəmbərin içində qadınlar da olub, amma kişilər onların adını tarixə düşməyə qoymayıblar. Qadın həmişə ikinci növ insan cinsi kimi dəyərləndirilib. Halbuki, yaradılışın davam etməsi kimi müqəddəs bir amalın daşıyıcısı olan qadına olan bu münasibət kişilərin xudbinliyinin göstəricisidir. Onda qalmış ki, söhbət yaradıcı və ya yazıçı bir qadına olan münasibətdən getsin. Siz qadınların yerinə olsaydınız beyninizin yalnız 20 faizini güclə işlədərdiniz. Söhbət başqa sahədə işləyən və ya seriala baxan evdar qadından yox, yazıçı qadından gedir. Əgər o qadın həm həyat yoldaşı, həm anadırsa... Əgər o qadın Azərbaycan qadınıdırsa... daha bu söhbəti uzatmağa dəyməz. Yazıçı Anar bir dəfə tədbirdə çıxışında dedi ki, " Mənim və atamın yazdıqları anamın yazmadıqlarıdır”.

-Xanım yazarların bir üstünlüyü də ondadır ki, kişilərdən fərqli olaraq onlar 18plyus nəsə yazsa daha böyük səs-küy gətirər, məşhur ola bilər. Kişilərə nisbətən qadınlar bu yöndə daha çox "tutuzdura” bilərlər. Amma sizdə bu yöndə nəsə görməmişik...

- Siz bu populyarlığa normal münasibət bəsləyirsinizsə, daha mənim deyiləcək sözüm yoxdu. Qadınlarda kişilərə nisbətən müsbət cəhətin bu olduğunu düşünürsünüzsə, sizi təbrik edirəm. Səs – küy salmaqla yadda qalmaq özünə hörmət etməyən adamlara məxsusdur. Sözümü kim necə qəbul edir etsin, birmənalı olaraq belə düşünürəm. Bəzən " azad düşüncə " hesab etdiyimiz , "hərənin öz işidir " deyib keçdiyimiz hadisələr başqa və daha faciəvi formada qarşımıza çıxır. Sonra deyirik cəmiyyət niyə deqredasiyaya uğradı, niyə dəyərlərimiz məhv oldu? Sözüm inkişafa yol açan fərqli , azad düşüncəyə qarşı kimi anlaşılmasın. Hay həşir, qara güruhçuluq , yalançı demokratiya oyunları toplumun başını qatmaq üçündür. Bu tip populyarlığı qazanan insanlar yalançı qramafoniyadan əziyyət çəkirlər. Bu özünü inkişafın ən böyük düşmənidir.

Övladım mənə vətəndən də əzizdir

-Oğlunuz hərbi xidmətdə idi. Səhv etmirsəm yeni gəlib. Şairə kimisə daha çox milli münasibət sərgiləyirsiniz. Oğlunuz hərbi xidmətdə olarkən müharibə olsaydı yanaşmanız necə olardı?

- Bəli , oğlum hərbi xidməti evindən çox uzaqda, ucqar bir dağ rayonunda, cəbhəyə yaxın bölgədə yerinə yetirdi. Heç bir tapşırıqsız, tanışlıqsız. Bunları göstərişli şəkildə, qürurla deməyi olduqca lazımsız söhbət hesab etsəm də, sualı belə vermisən deyə qeyd edirəm. Bəli...mən anayam. Övlad ana üçün dünyada hər şeydən əzizdir. Hətta lap səmimi desək Vətəndən də, torpaqdan da. Amma bu səmimiyyəti çətin gündə sərgiləmək olmaz. Heç bir ana müharibə istəmir. Hamı öz balasını düşünür. Amma elə çətin məqamlar var ki, bütün balaları öz balan kimi düşünürsən.Oğlum əsgər olanda müharibə olsaydı deyirsən...bunu o əsgərlikdə olub olmamağından asılı olmayaraq çox böyük həyəcanla qarşılayardım. Oğlum əsgərlikdən gəlib, artıq yanımızdadır. Amma mən hələ də yolda əsgər görəndə həyəcanlanıram, onun anasını düşünürəm. Təəssüf ki, "məndən ötdü qardaşıma dəydi”prinsip ilə yaşayanlar daha çoxdur. Bu cəmiyyətimizin irinli, qara yarasıdır.

- Niyə dünyanı xilas etmirsiniz?

- Bayaqdan həyəcanla dünyanın ən böyük bəlası olan müharibələrin dərdini çəkirəm, sən də deyirsən dünyanı niyə xilas etmirsən? Dünyanı xilas edəcək gözəlliyə sahib olsaydım keşkə... bunu bacarsaydım keşkə...o gözəllik qadın gözəlliyi deyil. Əksinə tarixin bəzi məqamlarında dünyanı qadın gözəlliyinin məhv etdiyini sübut edən müharibələr olub. Amma o müharibələrin yenə başqa qadınların sayəsində sona yetdiyini də deyirlər. Müharibə edən tərəflər digər tərəfin qadınları ilə evlənib sülh yaradıblar. "Dünyanı gözəllik xilas edəcək” fikrindəki gözəllik mərhəmət, sevgi anlamındadı. Sevəndə sevdiyin hər şey sənə gözəl görünür və sən onu itirməmək üçün dəyərləndirirsən. Bax, o gözəllik həmin dəyərdir. Dünyanı ancaq insana dəyər, təbiətə sevgi xilas edə bilər. Hər şey ana və övlad sevgisindən başlayır. Dünya bu sevginin üzərində qurulub. Körpə yaşlarından uşağa mərhəmət hisssini bitkilərə, heyvanlara sevgidən yaratmaq lazımdır. Bu sevgi getdikcə dərinləşib qayğıya , nəvazişə çevrilir. Təəssüf ki, insanlar bu hissin çoxluğundan narahat olub , zəiflik kimi qiymətləndirirlər. Bu "zəif”liyi isə qadınlara xas xüsusiyyət kimi arxa plana atıb, insan həyatını sərhədlərin genişləndirmək kimi vacib bir missiyaya qurban edirlər. Və beləcə insanlıq insanlardan tez ölür.

- Həyat yoldaşınız heç sevgi şeirlərinizlə bağlı sizdən nəsə soruşur? Yəni, hesabat kimi deyək.

- Yox, belə hal yoxdur. Çünki,bayaq dediyim kimi poeziyanı məişət səviyyəsindən yüksəyə qaldırdığıma nail olduğuma inanır. Hər halda o belə düşünür.

- Siz, qadınlar ümumiyyətlə nə istəyirsiniz?

Vallah mən soruşardım ki, kişilər qadınlardan nə istəyir? Əsrlərdir bir sualın əlində əsir yesir olmusunuz. Qadınlar çox şey istəmir. Olsa-olsa öz haqqını istəyir, insan olmağın aliliyini duymaq istəyir. Onun əvəzinə bütün qərarları verən kişidən ədalət istəyir. Çoxmu? Əvəzinə doğmalıq, qayğı, sevgi, ailə, övlad, rahatlıq verir.

- Yaxın planda nə kimi yaradıcılıq yeniliklərini sizdən gözləyək.

- Mənim bəlkə də ən böyük qüsurum plansız yaşamağımdır. Hər şeyi öz məqamında edirəm.O məqam öz vaxtındamı olur, gecikirmi bu ayrı söhbətdi. Günümün əsas hissəsini iş təşkil etsə də, böyük təəssüfləömrümü ev işləri çürüdür deyə bilərəm. Və özümdən başqa heç kimin gördüyü iş ürəyimə yatmır. İndi təsəvvür et ki, bir də yazmaq istəyirsən, kitab oxumaq , filmə baxmaq istəyirsən. Bir sözlə 24 saat çatmır. Amma gün 48 saat da olsa yenə eyni vəziyyətdə olacağımı düşünürəm. Buna görə də planlı həyat tərzi çox yaxşıdır. Pəhriz saxlaya bilməyən adamlar kimi mən də bu rejimə düşə bilmirəm hələ ki...Elə danışdım ki, daha oxucular ümüdləriniməndən üzdülər. Ev işlərinə acıq edəndə yeni şeirləryazıraməlbəttə. Bu il yeni kitab çapı da düşünürəm.

Söhbətləşdi: Emin Piri




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

"Məktəbdə şagirdlərlə dovğa, qutab bişirən müəllimə…" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-29
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK