nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Arzu Hüseyn: Adam elə darıxır ki... Adalet.az | Arzu Hüseyn: Adam elə darıxır ki... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Arzu Hüseyn: Adam elə darıxır ki...

30235    |   2020-02-26 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qadın... poeziya...


Son iyirmi ildə kişi simalı ədəbiyyatımızda qadın səsləri daha aydın eşidilməyə başladı. Baxmayaraq ki, tarixdə qadın imzalar hər zaman olub... Güclü siyasi dəyişmələr fonunda qadın əbədi dəyərlərin qoruyucusu kimi çıxış etdiyindəndir bəlkə də... Ehtiyac yarandı.

Bir hərf artıraraq ünvan yaradırıq – şair və şairə ... ”Ə” hərfi... RəssamƏ demirik, həkimƏ demirik... ŞairƏ deyirik... Məncə, fərq eləmir, zira fizioloji tərəfdən yanaşmadan olmur, real deyil yəni... Poeziya birinci şəxsin lirik "MƏN”inin ifadəsidir. Bu ifadədə təkcə ağıl görünmür, həm də bədən dili var. Deməli, vacib olan poetik ifadənin keyfiyyətidir.

Söhbət böyük hərflə təqdim etdiyimiz POEZİYAdan gedirsə -bəlkə şairləri heç cinsinə görə ayırmayaq?! Ürəyində yaranmış çatlardan süzülüb bizə gələn şeirlərə qiymət verməyə çalışaq?!

Arzu Hüseynin ürək çatlarını aralayın lütfən. Arzu şairdir...


İradə TUNCAY




Adam elə darıxır ki...

Salam, ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki, əzizim...

Baxırsan ki, quş yuvası yiyəsiz,
Baxırsan ki, ağacların barı yox.
Yaşayırsan "bəlkə"lərsiz, "niyə"siz,
Yaşayırsan, yarı varsan, yarı yox.

Bürünürsən keçən ilki pencəyə,
"Üşüyərsən" - deyənin yox sazaqda.
Gizli-gizli ağlayırsan gecəyə,
Gülür sənə küçədəki uşaq da.

Baxırsan ki, dağınıqsan, pintisən,
Yaşadığın qəfəsmidir, odamı?
Tanımırsan öz-özünü indi sən,
Tanımırsan güzgüdəki adamı.

Salam, ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki, əzizim...


Qorxma


Qorxma, daha bir kimsəni sevmirəm,
İsidən yox fəsillərin qışında.
Qorxma, daha gücüm də yox gəzdirəm,
Başqasını ürəyimin başında.

Qorxma, daha telefonum hey susur,
Gizlətmirəm zənglərimi birindən.
Qorxma, qəlbim həsrətinə uduzur,
Bağlanmıram adamlara dərindən.

Qorxma, indi soluxubdur bənizim,
Kim tanıyar məni belə görəndə?
Qorxma, gülüm, gecə kimi səssizəm,
Gülüşümü itirmişəm dünəndə.

Qorxma, hələ bəriyədir yollarım,
Səfərimi uzaqlara salmıram.
Qorxma, hələ sağalmayıb qollarım,
Özgəsini ağuşuma almıram.

Qorxma, gözüm açılmır ki, gün görəm,
Göz yaşımı şeirlərə sıxıram.
Bax beləcə hər gün biraz ölürəm,
Hər gün biraz həyatından çıxıram...


Bundan sonra alınmaz


İçkilərdə ovudursan qəlbini,
Duman-duman siqaretdə itirsən.
Min bir dəfə qayıdırsan yanıma,
Min bir dəfə üz çevirib gedirsən.

Yollar daha əzbərləyib izini,
Telefonun zənglərimə qapalı.
Hələ məğrur aparırsan özünü,
Hələ səndə ürəyimin açarı.

Məktublarım giley dolu fikirlər,
Məktublarım ürəyimin qisası.
Aramızda məsafələr tikilər,
Xəbərimiz olmaz belə, qadası.

Heyrətimdən yıxılmısan heçliyə,
Ümidimin qanadı yox uçmağa.
Ürəyində küçə yoxdur keçməyə,
Ürəyinin qapısı yox açmağa.

Bizim üçün bitib daha kəlmələr,
Hisslərimiz min vüsalla ovunmaz.
Çox çalışdıq, bu qədəri bəs edər,
Bundan sonra alınmaz e, alınmaz.



***

Bilmirəm nə vaxt itirib,
Nə vaxt unutmuşam məni.
Bilmirəm hansı qapıdan,
Küçəyə atmışam məni,

Alnımda bəxtim yazılıb,
Qazılıb qəbrim, qazılıb.
Görəsən kimə qısılıb,
Kimdə ovutmuşam məni?

Qəliz sirr deyil ki, qanım,
Çoxdan bəlli idi sonum.
Məni sorma, qurban olum
Ucuza satmışam məni.

Ümid varmıdır sabaha?
Bürünmüşəm dərdə, aha.
Məni tapşırıb Allaha,
Göylərə tutmuşam məni.

***

Bizim küçələrdə xəzandı yenə,
Nə yağış kiriyir, nə bulud susur.
Hardasa bir nəvə yuxusun deyir,
Hardasa bir nənə tərsinə yozur,
O pis yuxunu...

Susdum, sükutumda öldü arzular,
Dondu baxışımda son ümid, son iz.
Gözümün yaşına qarışdı sular,
Qorxdum ağlamasam quruyar dəniz
Ölər balıqlar...

Mən ki bu payıza, qışa alışdım,
Kim deyir əllərim hələ bahardı?
Bilmirəm nə zaman alnım qırışdı,
Bilmirəm haçandan saçım ağardı.
Bəlkə o gündən...
Bizim gecələrin ayı bulanıq,
Bahar qış ömrünə çatandan bəri.
Görən ad günümə kim gətiribdir,
Bu matəm qoxulu qərənfilləri?
Dedilər Atandı...


***

Yaxşı ki, o səhər ölmədim,
O sən gedən səhəri deyirəm.
Yadındadır, mən topladım
əşyalarını hələ?
Hıçqırıqlar içində pıçıldadım da:
"Get, gülə-gülə"

Yox e, sözüm onda deyil,
Yaxşı eləyib getdin.
Qalıb nə edəcəkdin ki,
Viranə ürəyimdə?
Onsuz da əzəl gündən
Yalançı məhəbbətdin.
Onsuz da düşmən bıçağı idin
kürəyimdə...

Bax, heç zəng də etmirəm,
Nə də axtarıb, sormuram...
Həvəsində deyiləm qapalı dəftərin-
Çoxdan külünü sovurmuşam
Lənətə gəlmiş vərəqlərin.

Sonra demə, unuda bilmədin məni,
Lovğalıq qatma gülüşünə.
Danışmağı sevmirsən, bilirəm,
Susmağın da anlam verir
gedişinə.


***

Sığınmağa bir qucaqlıq yer ola,
Boşluğunu unutdura görüşlər.
Ürəyimin yanan yeri qar ola,
Sərinlədə ciyərimi öpüşlər.

Etmədiyim günahların naminə,
Getmədiyim uzaqlardan qayıdam.
Əcəb vurdun zəifimdən, Birdənəm,
Əcəb qırdın qanadımı, ay Adam.

Necə keçir saatların, günlərin?
Mən ki hələ ayılmadım yaradan.
Üşüyürmü yoxluğumdan əllərin
Ay vəfasız, ay duyğusu qar Adam.

Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola bir də ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər ola, bir də ki...

Nəfəs-nəfəs əridikcə odada,
Viranədən özünə taxt hörəsən.
Bacarasan ürəyini arada,
Özgəsində ovundura biləsən.

Bacarasan unudasan, atasan.
İnanmağı unudasan dərindən.
Ölüm bilib yaran üstə yatasan,
Diriləsən vurulduğun yerindən.

Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola, bir də ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər ola, bir də ki...


Ümidsiz


Mən bu kainatdan üzüb getməyə,
Bəmbəyaz yelkənli gəmi istədim.
Əl açıb Tanrıdan xəstə qəlbimi,
Körpəcik istədim, yeni istədim.

Baxtım göy üzünün aydınlığına,
Baxdım qollarımı qanad görmədim.
Verdiyim qisməti, verdiyim bəxti,
Geri qaytaranda abad görmədim.

Eləcə Allaha tapşırdım məni,
Eləcə payıza əmanət dedim...

Bu yolu, cığırı ziyan dünyada,
Bircə yol səadət bəri olmadı.
Bu qədər adamı olan dünyada,
Bağrıma basmağa biri olmadı.

Addımım qısaldı yol ayrıcında,
Addımım itirdi qətiyyətini...


Arxasınca ağladığım


Arxasınca ağladığım o bahar,
Bitirilmiş bir siqaret qutusu.
Üfüq boyu qatarlanan durnalar,
Yarpaqların sarı xəzəl qorxusu.

Tramvaylar boş tərpənir bu dəfə,
Yaxınların sərnişini azalıb,
Bax yenə də yağışlara hədəfəm,
Saatı qur, ayrılığa az qalıb.

Çox çətindir nəfəs almaq gümansız,
Hər inamın arxasında aldanış.
Dənizlərin dərinliyi amansız,
Balıqların baxışında yalvarış.

Badə-badə şərab olub ağrılar,
Sərxoşluğun faydası yox kədərə.
Bax, gözümdə dünya boyda ağrı var,
Bax, özüm də ağrılardan betərəm.

Dodağımda tüstüləyən zəhrimar,
Döşəməyə sındırdığım güzgülər,
Nə bilir e, küçədəki adamlar,
Nə anlayır duruşumdan özgələr?

Çox çətindir təkliyimi ovutmaq,
Sətir-sətir şeir etmək həsrəti.
İnsanların adətidir unutmaq,
Yarpaqların intihardır adəti.

Arxasınca ağladığım o bahar...



Sevməsən də, unutma


Yoxdur daha baxışında doğmalıq,
Xəyanətlər sildi səndə izimi.
Adam kimi sevgili də olmadıq,
Adam kimi nə olduq ki..,
düzdümü?

Unutdunmu qoxladığın telləri?
Darıxdımı gözlərində uzaqlar?
Gəlirsənsə, yarı yoldan dön geri,
Qollarımda bir gecəlik qonaq var!

Boğazıma dirəndikcə yalanlar,
Qabığımdan soyuluram, çıxıram.
Yastığımda uyuyurlar ilanlar,
Yastığıma baş qoymağa qorxuram.

Nə qalıbdı dünənindən əlində?
Xatirələr qan gölüdür, uzaq dur!
Bilirəm ki..,
bilirəm ki, sənin də
Yatağında elə həmin sazaqdır.

Mən vüsalı gətirmirəm dilə də,
Demirəm ki, qaranlıqda çıraq var.
Qarşılaşsaq, ürəyimdə hələ də,
Üşüməyə ikimizə otaq var...

Barmaqlarım saçlarımda azıbdır,
Əllərini saçlarınla ovutma!
Yox, unutma, xatirələr yazıqdır.
Sevməsən də..,
sevməsən də, unutma!



Nikotin


Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin.

Mən ki ta əvvəldən ürəyi qırıq,
Axı nə biləsən, hardan biləsən?
Sən vüsal donunda gələn ayrılıq,
İndi həsrətinlə nəfəs-nəfəsəm.

Yığıldı köksümə dərd yumaq-yumaq,
Əsən külək mənəm, yağan qar mənəm.
Axı necə olur həmişə, ancaq,
Bütün səbəblərə günahkar mənəm?

Qürurum ucuzmuş, vüqarın baha,
Böyük duyğuların ruhu kiçilib.
Qorxma, çıxmayacam qarşına daha,
Qorxma, yolsuzluqda qapı açılıb...

Adımı dəli qoy, ya da sərsəri,
Min bir bəhanə tap qınağa, kinə.
Bütün kədərimin yolu sənədi,
Bütün qəzəbinin ünvanı mənəm...

Daha əvvəlki tək gətirmirəm tab,
İndi ahlarıma mücrüdü sinəm.
Hayandan baxsan da, bəllidir cavab,
Bu eşqin uduzan tərəfi mənəm.

Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin.



***


Min kərə zamandan imdad istədim,
Min kərə əyildim xatirələrə.
Bağışla vaxtında gələ bilmədim,
Qatarlar gecikir sizin şəhərə.

Yolların yaddaşı yox imiş demə,
Silinib izlərin, sənə kim çatar?
Qəlbini titrədər bir fit səsinə,
İzsiz biyabanda azmış bir qatar.

Bilmirəm ölüyəm, yoxsa diriyəm,
Sənsiz yaşamağı başa salsana?
Gecikmiş qatarın sərnişiniyəm,
Açıb qollarını qarşılasana.

İtib arzularım dumanda, çəndə.
Təpədən dırnağa dərdəm, qəhərəm.
Mən qadın deyiləm, əslində mən də
Qatarı gecikən qərib şəhərəm.


***

Bir dəmli çay içmədik axşam üstü,
Bir ağac altında.
Bir süfrə açmadıq ikimizə,
qarnımızın ac vaxtında.
Sahil boyu gəzmədik əl-ələ,
Atılmadıq dalğaların qucağına.
Oyanmadıq bərabər,
zamanın sübh çağında.
Öpüşmədik dəli kimi qapının ağzında,
Küçənin tinində.
Öpüşmədik, bir əlim saçında,
Bir əlim belində.
Siqaretim düşmədi ağzımdan səni görəndə.
O bəyaz donunda, saçlarını geri atıb
mənə tərəf gələndə,
Başqasını sevirdim, başqasını...



Bir də inanmaq



Mənim darıxmağa adamım yoxdur,
Elə tələsməyə görüş yerim də.
Bütün sevinclərim düyünə dönüb,
İlişib alnımın qırış yerində.

Ovuda bilmirəm halsızlığımı,
Yarpağa dönürəm saralıb düşən.
Mən ki bu dünyaya yalqızlığımı,
Özümlə bərabər pay gətirmişəm.

Duyduğum vədlərə inanmam daha,
Sözlərin qüdrəti sovruluncadı.
Həvəsim qalmayıb qanad açmağa,
Çətini bir dəfə yoruluncadı.


Qovuram fikrimdən kor gümanları,
Qayğılı gözlərim hələ yol çəkir.
Çətindir unutmaq yaşananları,
Təzədən birinə inanmaq təki.


***
Dodaqlarında donub qalmışdı
Adımın ilk hərfi,
Sonra yavaş-yavaş pıçıldadın məni.
Gözlərinin içində çağlayan
Dəniz idim,
Elə indi daşacaqdım yanaqların boyu,
Səssiz idim, daşmadım.

Dodaqlarında donub qalmışdı
Adımın son hərfi,
Sonra yavaş-yavaş susdun məni.
Gedişimi izləyirdin gecənin bir küncündə,
Elə indi dönəcəkdim geri, elə indi, bu saat
Öpəcəkdim səni...
Dönmədim...



***

Hər şey səni xatırladır,
Bu küçə də, bu döngə də.
O ağacdan yerə düşən o kölgə də.
Bu şəhər də, bu ölkə də,
Mənə səni xatırladır.
Hər gün səni xatırladır,
Vaxt, zaman da,
Sahibi tərk edib gedən
O ünvan da.
Yanımda əlimi sıxan bu adam da
Mənə səni xatırladır...



Darıxanların şeiri


Yaddaşının dərd yerində azarsan,
Həsrət olub gözlərində durulsam.
Bircə kəlmə, gəl görüşək, yazarsan,
Mənim üçün darıxmaqdan yorulsan.

Nəyə gərək vüqarına sığınmaq?
Bəlkə bir gün sıfırlayaq dünəni?
Uduzursan, uduzursan, ay Axmaq,
Qüruruna uduzursan sən məni.

Qayıtmağa nə cığır, nə yol qalar,
Ayılanda bu qəramət yuxundan.
Aramızda bir görüşlük ümid var,
Gəl darıxaq adam kimi yaxından.

Daha səbrim qaya deyil, sınama,
Düzəlmərəm bircə dəfə qırılsam.
Bir səbəb tap qayıtmağa yanıma,
Mənim üçün darıxmaqdan yorulsan.

Olmazları aşacağıq güman et,
Qurban olum, təkliyinə sarılma.
Mənim üçün darıxmağa davam et,
Mənim üçün darıxmaqdan yorulma.


***

Amma get!
Öpüb, bağrıma basıb,
Getmə, demək istəyirəm.
Amma get!
Gözlərini belə qırpma,
Yumma, get!
Elə get ki, sınsın bütün güzgülər.
Elə get ki, duyuq düşsün özgələr.
Çırpılsın bütün evlərin qapıları,
Ağlasın hər tənha qapı dalı....
Körpülər qırılıb aramızda,
Bağrıma bassam nə fayda?
Sən o tayda, mən bu tayda.
Sevgi-sevgi deyib durma,
Elə o sevginin zibilinə düşdük.
Hər itin-qurdun dilinə düşdük...
Ürəyim yaralı aslan kimi
Günlərini sayır,
Mən sənə sarıla bilməyəndə
Gözlərim şəklini qucaqlayır.
Yox e, anlamayacaqsan onsuz
Nə vaxt anladın ki?
Aramızda düşüncə uçurumu,
Təfəkkür fərqi,
Hərəmiz fərqli çəkirik dərdi.
Sən siqareti yana yana
Çəkdiyin kimi,
Məndən əl çəkdiyin kimi...




Qaranlıq


Bir evin içində iki qonşuyuq,
Bir damın altında iki yad adam.
Bizim taleyimiz nəyə oxşayır?
Buna bir izah ver, ya qoy ad, Adam.

Mənmi öz əhdimə dönük çıxmışam?
Sənmi özgəsinə dəyişdin məni?
Elə bil qəlbində mən heç yoxmuşam,
Bəlkə də var idim, nə bilim yəni...

İndi ümidlər də qanadsız mələk,
Çürümüş toxumdan şiv olan deyil.
Qapını bağlayıb gedəsən gərək,
Bu evdən şərikli ev olan deyil.

Tanrı yuxusundan oyansa bir gün,
Dalğalar yumruğa yığılacaqlar,
Bəlkə də həsrətə tutulduğuyçün,
Dənizdə balıqlar boğulacaqlar.

Tanrı yuxusundan oyansa bir gün,
Bizi dəyişməz ki, öz varlığından.
Səni tərk edirəm ardımca, Ömrüm,
Boylanıb baxarsan qaranlığından.



Ölənədək darıxmaq


Darıxmışam sənin üçün elə bil,
Baxışımdan can çəkişir pəncərəm.
Bu, ürəkdir, döyüş meydanı deyil,
Darmadağın edib gedən, hər gələn.

Darıxmışam sənin üçün elə bil,
Möhkəm olur ayrılığın yaddaşı.
Yollarına hönkürən leysan deyil,
Həsrətimin göz yaşıdır, göz yaşı.

Darıxmışam sənin üçün, amma mən
Unutdurdum zənglərimə nömrəni.
Ola bilər köks alanda kədərdən,
Döyəcləyər darıxmağım sinəni.

Ola bilər darıxmağım qəm olar,
Payız olar, xəzəl olar yolunda.
Ola bilər darıxmağım yorular,
Gözü yaşlı yuxulayar qolunda.

Ola bilər olmazları yenərik,
Yolsuzluqda yol açarıq, kim bilir.
Ola bilər ölənədək sevərik,
Ölənədək darıxarıq elə bil...


***

Süzülür gözümdən dərdim dənizdi,
Bu ölkə hələ də korlar ölkəsi.
De niyə addımın belə səssizdi,
Varmıdır yolunun mənə döngəsi?

Düşmüşəm izinə dəli həvəsin,
İpini kim tutar sənsiz ayların.
Uşaq tək ardınca təngnəfəsəm,
Xatirə relsində tramvayların.

Qarışıb qalaram torpağa, quma,
Sənsizlik bulud tək üstümə çökər.
Məni bu dünyaya gətirən Ana,
Məni anlamaqda çətinlik çəkər.

Sürüdən ayrılan canavar təki,
Qəzəbdən dişimə çəkərəm dərdi.
Yoxluğun yetimin bəbəyindəki,
Faciə qədərdi, qorxu qədərdi.

Aclığı şərəfdən böyüklər hər gün,
Vicdanı rüşvətlə satın alanda,
Gecəmi gündüzə qatdım səninçün,
Canımı xərclədim axı yolunda.

Tanrının dəyişməz qayda, nizamı,
Bu insan ömrünü çətin qoruyam.
Mən bu hekayənin tək qəhrəmanı,
Mən bu hekayənin epiloquyam.

Süzülür gözümdən dərdim dənizdi,
Bu ölkə hələ də korlar ölkəsi.
De niyə addımın belə səssizdi,
Varmıdır yolunun mənə döngəsi?

Bəlkə də...





İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK