nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Elə bilirsiniz, təkcə bizim həkimlər xəstənin qarnında qayçı unudur? Adalet.az | Elə bilirsiniz, təkcə bizim həkimlər xəstənin qarnında qayçı unudur? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Elə bilirsiniz, təkcə bizim həkimlər xəstənin qarnında qayçı unudur?

15491    |   2020-02-21 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxın illərdə Azərbaycanda həkimlərin bir xəstənin qarnında qayçı unutduğu xəbəri yayılmışdı. İndinin özünə kimi bu kimi xəbərlər ara-sıra tirajlanır və gündəmi zəbt edir. Bəs, yaxşı, bu kimi hadisələr təkcə bizdə baş verirmi?

2019-cu ildə Şimali Osetiyada (Rusiya Federasiyası) Eveta Qobeeva adlı qadının qarnından qayçı çıxarılıb. Bu qayçı Evetanın qarnında qeysəriyyə əməliyyatı zamanı qalıb və qadın belə vəziyyətdə 23 il yaşayıb. Bütün bu illər ərzində qadın ağrılardan əziyyət çəkirdi. Qayçı təsadüf nəticəsində rentgenoloji müayinə zamanı tapılıb. Evetanın ailəsi xəstəxananı məhkəməyə verib.

2015-ci ildə İordaniyanın Aman şəhərində qeysəriyyə kəsiyi əməliyyatından sonra 36-yaşlı qadın qarında güclü ağrılar və müəmmalı titrəmə hiss etməyə başladı.Rentgen zamanı qadının qarnında unudulmuş… telefon aşkar olunub və qadın yenidən əməliyyat olunub.

2014-cü ildə Qazaxstanda pasiyentin qarnından 20 sm uzunluğunda qayçı xaric olunub. Bu qayçı 12 il bundan əvvəl əməliyyat zamanı xəstənin qarnında unudulub. Bu illər ərzində xəstə daim qarnında ağrılar hiss edirdi.

2012-ci ildə Ukraynada Vinnisa vilayətində əməliyyat zamanı pasiyentin qarnında 4 m uzunluğunda bint unudulub. Əməliyyatdan sonra kişi uzun müddət ərzində özünü pis hiss edirdi, çox arıqlamışdı. Xoşbəxtlikdən pasiyent vaxtında digər xəstəxanaya müraciət edib və «səhv»i düzəltmək mümkün olub. Əks halda pasiyent həyatını itirə bilərdi.

Petrozavodsk sakini olan 33-yaşlı qadının isə bəxti gətirmədi. Ginekoloji əməliyyat zamanı onun qarnında unudulmuş dəsmal güclü iltihabın, toksiki şokun inkişafına səbəb olub ki, nəticədə qadın ölüb. Bu hadisə 2011-ci ildə baş verib.

2007-ci ildə Hindistanda əməliyyat zamanı 60-yaşlı kişi pasiyentin qarnında qayçı unudulub. 2 il ərzində kişi qarında olan ağrılardan əziyyət çəkirdi.

25 il ərzində Braziliya sakini Sueli di Paulu qarında kəskin ağrılardan əziyyət çəkirdi və daim mədə dərmanları qəbul edirdi.Təsadüfən rentgen müayinəsi zamanı qadında mədənin yanında 15-sm-lik dəmir pinset aşkar olunub.

Amerika cərrahları əsl «rekorda» imza atıblar. 2000-ci ildə Vaşinqtonda Donald Çerç adlı pasiyentin qarnından şiş çıxarılıb. Əməliyyatdan sonra pasiyent daim qarında ağrılardan şikayətlənirdi. Əməliyyatdan 2 ay sonra ailə həkimi Donaldın qarnını əli ilə yoxladıqda orada bərk bir şey hiss edib. Rentgen müayinəsindən sonra məlum olub ki, kişinin qarnında 32 sm-lik retraktor qalıb.Xəstəxana Donald Çerçə 100 min dollar kompensasiya ödəyib.

2006-cı ildə Tula vilayətində (Rusiya Federasiyası) xəstəxanaların birində qeysəriyyə kəsiyi əməliyyatından sonra qadının qarnında iynə qalıb.

2004-cü ildə Ufa şəhərində (Rusiya Federasiyası) cərrah yaşlı qadının qarnında 18 sm uzunluğunda borucuq unudub. Uzun müddət ərzində səbəbi məlum olmayan ağrılardan əziyyət çəkən qadın əməliyyatdan 9 ay sonra ölüb.



İmza:Eminquey

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

Astroloq 2020-ci illə bağlı proqnoz verdi

Hər şeyin artığı ziyandı, eləcə də gigiyenanın...

Çinli həkimlər koronavirusa görə saçlarını qırxdırırlar - VİDEO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar

Yaşlı qadını uşaqlarının gözü qarşısında qəddarcasına döydülər - VİDEO

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK