nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | "İdarəçilikdə heç bir problem yoxdur, mən tapşırıqlarımı verirəm" - Orxan Məmmədov Adalet.az | "İdarəçilikdə heç bir problem yoxdur, mən tapşırıqlarımı verirəm" - Orxan Məmmədov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"İdarəçilikdə heç bir problem yoxdur, mən tapşırıqlarımı verirəm" - Orxan Məmmədov

11218    |   2020-02-19 20:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Zirə” futbol klubunun fəxri prezidenti Orxan Məmmədovun müsahibəsi

– Əvvəla ondan başlayaq ki, mətbuata qapalı insansınız. Niyə mətbuata çox çıxmırsınız?

– Düzdür, mətbuatda çox çıxışım olmayıb. Amma bir neçə ay əvvəl mətbuatda futbolla bağlı fikirlərim yer almışdı. Jurnalistlərə çox açıqlama verməsəm də, daim futboldayam və öz komandamla maraqlanıram. Klubun idarəçiliyin içərisindəyəm.

– Komandanız son turda öz meydanında "Qarabağ”a 0:6 hesabı ilə uduzdu. Hazırda "Zirə” 20 xalla V sırada qərarlaşıb. Komandanızın hazırkı durumunu necə dəyərləndirirsiniz?

– Məşqçi dəyişikliyindən sonra komandamızın çıxışını qənaətbəxş hesab edirəm. Düzdür, problemlər var. Sonuncu matçdakı nəticə bizi qane edə bilməz. Görünür, komandada nizam-intizamla bağlı bir az problem var. Xüsusilə son oyunlarda aldığımız qırmızı vərəqələr mənfi haldır. Artıq baş məşqçimizə də bu barədə göstəriş vermişəm. Bu məsələ tənzimlənməlidir. Məqsədimiz isə avrokuboklara düşməkdir.

– Qırmızı vərəqələrlə bağlı sərt qərar qəbul olundumu?

– Əlbəttə ki, ən sərt qərar AFFA tərəfindən qəbul olundu. Hesab edirəm ki, hər kəs bundan nəticə çıxarmalıdır. Biz də klub daxilində müəyyən addımlar atdıq.

– Ötən ilin iyulundan "Zirə” klubunda prezident vəzifəsi boşdur. Bu vəzifəyə yeni təyinat nəzərdə tutulurmu?

– Ümumiyyətlə, klubun strukturunu dəyişmək barədə düşünürük. Bu struktur Müşahidə Şurası və ya digər formada ola bilər. Hələ bu barədə yekun qərar verməmişik. Bu barədə düşünürük. Amma klubun icraçı direktoru var. Bütün icra işləri ilə o məşğul olur. Mən də klubun fəxri prezidenti olaraq tapşırıqlarımı, göstərişlərimi verirəm. Yəni, hüquqi cəhətdən prezident vəzifəsi boşdur, amma icra baxımından heç bir problem yoxdur və işlər öz axarı ilə gedir.

– Klubun sabiq prezidenti Natiq İsmayılovun istefasına nə səbəb oldu?

– O 2015-ci ildən bizimlə çalışırdı. Sırf şəxsi işləri ilə əlaqədar olaraq klubu tərk etmək istədiyini bildirdi. Buna görə də onun ayrılmaq istəyinə müsbət yanaşdıq.

– Avrokubok şanslarınızı necə dəyərləndirirsiniz?

– Əsas məqsədimiz avrokuboklarda iştirakdır. "Qarabağ” və "Neftçi”dən başqa, digər komandaların da, eləcə də bizim avrokuboklara düşmək şansımız var.

– Siz həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində İdarə Heyətinin sədrisiniz. Kiçik və orta biznesdə sahibkarların futbola marağını necə qiymətləndirirsiniz?

– Əlbəttə, bu gün futbola sahibkarların marağı həddindən artıq azdır. Bunun da əsas səbəbi stadionlara çox sayda azarkeşlərin gəlməməsi, yerli çempionat oyunlarına marağın olmamasıdır. Sahibkarların marağı məhz həmin insanlardır. Həmin insanlar yoxdursa, onlar da maraq göstərmir. Çünki onlar öz məhsullarını satmaq istəyir. İnsanlar olmadıqda, bu məhsullar da satılmır. Məhz AFFA ilə birgə keçirdiyimiz tədbirin mahiyyəti də ondan ibarətdir ki, AVRO-2020 ilə bağlı ölkəmizə çoxlu insan gələcək. Yarış zamanı da sahibkarların məhsullarını satışa çıxarmaq imkanı olacaq. Hazırda AFFA ilə bu yöndə çalışırıq ki, tək AVRO-2020-də yox, millinin və Azərbaycan Premyer Liqasının oyunlarında azarkeşlər çoxalsın. Belə olduğu halda, biz də sahibkarları bu oyunlar üçün cəlb edə biləcəyik (oxu.az).




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-30
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK