nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Skripkaçı xanım - İlqar Kamil yazır Adalet.az | Skripkaçı xanım - İlqar Kamil yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Skripkaçı xanım - İlqar Kamil yazır

4060    |   2020-02-21 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əsasən də sıxılanda, əsasən də darıxanda, bir ritual kimi, mətbəxdəki şkafın aşağı gözündə ayaqlarını arın-arxayın uzadıb yuxulamış rəngli-rəngli şamlara baxıb qımışıram: dincəlin, hələ dincəlin, sizin də yanmaq zamanınız gələcək bir gün!

Gəlmir, amma gəlmir, bizim şəhərin işıqları çox nadir hallarda sönür... və bəlkə də buna üzülür mətbəximizdəki boynubükük şamlar, axı, şair demiş, şamın da mənası yanmağındadır...

Həyatın işıqlarınısa, əzizim, tez-tez vurub sındırırlar aydınlıqdan qorxanlar; lampalar qırıq-qırıq, zülmət simsiyah saçlarıyla dünyanın üstünə çökmüşkən bir də görürsən ki, aman Allah, Tanrının əlindəsən, şamsan və... yanırsan! Rəbbinin ixtiyarında vecinə də olmur ağrımağın, acımağın, əriməyin. Sən, qardaşım, Onun ardınca gələn insanların yoluna işıq salırsan, bundan gözəl nə ola bilər ki!

Ana kitab da şamdan (oxu: yanmaqdan) danışır bir yerdə: "elə bilirsiz, iman gətirdim demənizlə iş bitir və siz sınaq olunmayacaqsınız?!” Yox! O şamlar şkaflardan çıxıb masaların üstünə gələcək bir gün, yanacaq bir gün, əriyəcək bir gün və aydınladacaq bütün qaranlıqları - yəni, işıqlandırmaqçün yanmaq şərtdi, elə isitməkçün də! Ağrılıdı, acılıdı, amma qaçılmazdı.

Məsələn, Şekspir deyirdi, limanda dayanmış gəmi, tutaq ki, təhlükəsizlikdədir, lakin axı o, sahildə dayanmaqçün inşa edilməmişdi.

Həə. İndi bildin, niyə tüstün təpəndən çıxır? İndi bildin, niyə canın yanır? İndi bildin, niyə günü-gündən əriyirsən? Çünki sən Tanrının şamısan!

Xoş halına, bəradər!

Qədim Yaroslavl şəhərinin keçidlərindən birində skripka çalan bu xanımınsa dünya vecinə deyil. Bir xeyli dinlədikdən sonra yaxınlaşıb dindirirəm: "necədi vəziyyət?” Gözlərini açıb gülümsünür: "əla!”

- Axı bayaqdan baxıram, sizi dinləyən yoxdur, bu, sizi narahat eləmir?

Başını bulayır: "Mən, cavan oğlan, özümçün çalıram!”

Niyəsə inanıram qadının səmimiyyətinə, baxıram ki, gözlərini də yumub, öz ifasından əməllicə həzz alır və elə o dəqiqə ağlıma gəlir, yəqin, şamda da, məsələn, günəşdə də, yağışda da vəziyyət eynidir, yəni təsəvvür edin, şam əridiyi üçün, günəş doğduğu üçün, yağış yağdığı üçün xoşbəxtdir, çox xoşbəxtdir və təsəvvür edin, yağmaq yağışın ən, ən, ən sevimli işidir... elə isə, daha niyə gileylənsin ki, insanların onu görüb-görməməsindən?

Məsələn, o günkü yağışın gözləri yumuluydu, lap elə bil, yuxuluydu, lap elə bil, məstdi, xumardı, hətta o qədər, o qədər ki, ehmalca nəm kipriklərindən öpdüm də, xəbəri olmadı, bəlkə, elə ona görə bu qədər gözəl yağırdı?

Not-not uzaqlaşıram özümdən, arxadan skripkaçı xanımın həyəcanlı səsi duyulur:

"Getməyin! Bilirsiz.... düzü... etiraf edirəm, dinləyən olsa daha qəşəng çalaram!”




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-03-28
2020-03-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK