nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Vaqif Mustafayev niyə belə edir? – Sərdar Amin yazır... Adalet.az | Vaqif Mustafayev niyə belə edir? – Sərdar Amin yazır... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Vaqif Mustafayev niyə belə edir? – Sərdar Amin yazır...

2839    |   2020-02-19 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kino anlayışı yetkin olan şəxslərin ağzını arayın, dünya kinosu fonunda özünəməxsus dəst-xətti ilə seçilən azərbaycanlı rejissorlardan sual alarkən çox düşünməli olurlar, lakin sonda bir imza var ki, kino bilicilərini quyudan çıxarır: Vaqif Mustafayev.

Azərbaycanda kütləvi tamaşaçı rəğbəti qazanmadığı halda metaforaları, ironiyası, postmodern ideyaları ilə seçilən səhnələrlə zəngin Vaqif Mustafayev kinosu müəllif filmi kimi dünya kinotənqidçilərinə təqdim edə biləcəyimiz nadir əsərlərdəndir.

"Yaramaz”, "Hər şey yaxşlığa doğru”, "Yoxlama”, "Fransız” və s.... Bu filmlərin altına imza atacaq qədər ayıq adam sonda bir televiziyada gün-gündən necə bata bilir?

Televiziya mütəxəssislərinin bir bənzətməsi var: "Televiziya bataqlıqdır. Ora düşən şəxs, bu bataqlıqdan çıxa bilmir”.

Vaqif Mustafayevin televiziyasında vəziyyət bir az da gərgindir: kənarları qurumuş, yalnız mərkəzi lillənən bu bataqlıq yalnız Vaqif müəllimi batırmaqla məşğuldur. Böyük rejissor tərpəndikcə bu çıxmazda bir az da kiçilir, gözdən itir...

Bəzən düşünürəm ki, Vaqif Mustafayevin "Space” sevdası platonikdir, bəlkə də televiziya ilə bağlı uşaqlıq travması var, o, bu peşəni gözündə nə zamansa o qədər şişirdib ki, indi bir dürlü həmin şarı partladıb içindən çıxa bilmir.

Sadaladığım filmlərin rejissoru belə bir televiziyadan çox-çox böyük deyilmi? O, həm özünə, həm ölkəsinə, həm dünyaya – həm də elə sənətə rejissor kimi daha gərəkli ola bilməzdimi?

Məsələn,"Hər şey yaxşılığa doğru”filmində bir erməni əsgərinin meyitini İçərişəhərin dolanbaclarında – gah döngədən keçə bilmək üçün, gah səhvən, gah da inanaraq bir neçə azərbaycanlı evinə salıb çıxarmaqla, əslində, bütün konfliktlərin mərkəzində insanın durduğunu, onun milliyyətinin əyninə biçilmiş bir paltar olduğunu və bir gün insan öldükdən, bütün dünyəvi məsələlərdən arındıqdan sonra ortada yenə çılpaq adamın qaldığını unikal kino dili ilə tamaşaçıya çatdıran rejissor günlərin bir günü"Sevimli mahnı”, "Mikayıl şou”, "Prime time”kimi proqramların altına necə imza ata bilir?

Məsələn, mən "Space” TV-də istənilən ürəkbulandıran səhnəni gördükdə Vaqif Mustafayevi düşünürəm, ardınca hər şeyin yaxşılığa doğru getdiyinə inanmağa çalışıram, sonra özümə təsəlli verirəm: hazırda Vaqif müəllim geniş iş otağında pərişan halda kreslo ilə sözsüz dialoqdadır, bu "çal-çağır” verilişlərinə, ayağa qalxıb canfəşanlıqla əl çalan adamlara baxır, amma proqramların gediş sürətini azaldıb, "slow-motion” görüntülərə tamaşa edir... Qulaqlıqda İniarritunun "Babil” filminin soundtreki... Ağlayır Vaqif müəllim...

"Palatka toyu”na çevrilmiş "Space”i Vaqif Mustafayevin onu başa düşməyən kütlədən aldığı qisas kimi qiymətləndirib marginal bir müstəvidə toxtaya bilərik. Lakin V.Mustafayevin bu ildən start verdiyi "Sadə həqiqətlər” verilişi bizi bu əlahiddə yuvada da dinc qoymur. Az əvvəl söz açdığım "palatka verilişləri” Vaqif Mustafayevin ironiyası idisə, demək "Sadə həqiqətlər” verilişi də onun Azərbaycana real baxışıdır. Reallıqda isə Vaqif müəllimin problemləri qonaq çağırdığı eks "metroman” Tağı Əhmədov və onun illər əvvəl metro zirzəmilərində ayaqqabı satan adamlardan yığdığı kirayə pulunun miqdarıdır.

Məsələn, Vaqif Mustafayevin zahiri simasını gizlədiyi, əslində isə əsl simasını gizləməyə çalışdığı bu verilişdə Tağı Əhmədov deyir ki, jurnalistlər kiminsə sözünə istinadı kafi saymamalı, həqiqəti obyektin özündən dəqiqləşdirməlidir. Əlavə edir ki, dəqiqləşdirmədən şayiə yayan belə jurnalistlərin yıxıb yerə ağzına-ağzına vurmaq lazımdır.

Vaqif Mustafayevsə az sonra "yerə yıxıb ağzına-ağzına vurulmalı” jurnalistlərin şayiəsini yayaraq deyir: "O jurnalistlərin yazdığına görə, metroya atılan hər 4 jetondan 1-i sizin cibinizə gedir”.

Nəticəni özünüz düşünün!

Gallery

"Space”də özünü İTV-nin Dadaşlinskisi kimi aparan qocaman rejissor, görəsən, onu bu ölkədə başa düşən və bundan sonra da başa düşəcək kinosevərləri düşünmür?

Bu gün rəhbərlik etdiyi televiziyanı özünün ironik teleserialı sayaraq Vaqif Mustafayevə haqq qazandırmağa çalışan sənətsevərlərə inanıb "Vaqif Mustafayev faciəsi”ndən yayınmaq da olar, amma özümüzü aldatmaqla uzağa getmirik və amansız suallar yaxamızı buraxmır: Filmləri Kann Festivalında nümayiş olunan, müxtəlif ölkələrdə əsərlərindən dərslik kimi istifadə edilən, nüfuzlu film festivallarına münsif kimi dəvət alan bir rejissora Azərbaycanın ehtiyacı yoxdurmu?

İki dəfə "Palma budağı” qazanan Əmir Kusturitsadan heç də balaca olmayan Vaqif Mustafayevin əllərini uzun obyektivli kameranın tutacağında görməli olduğumuz halda, Rəşid Mamudovla bir stol arxasında, ağacdan tökülən xəzəl kimi yellənən görürük.

Vaqif müəllim, niyə belə eləyirsiniz?

Ay Vaqif müəllim!

Eşitmir e...



İmza:kulis.az

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-07
2020-04-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir azərbaycanlı alim deyir ki, ərlə arvad koronavirusa yoxulmamaq üçün ayrı-ayrı otaqlarda yatırlar.

Əgər ailənin bir otağı varsa, biri balkonda yatmalıdır onda?

Sms-lə icazə alıb 2 saat bir otaqda yata bilərlər?



digər lətifələr
ARXİV
FACEBOOK