nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Naxçıvanda pensiyalar artımla ödənilib Adalet.az | Naxçıvanda pensiyalar artımla ödənilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Naxçıvanda pensiyalar artımla ödənilib

5233    |   2020-02-14 11:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən il minimum əməkhaqqının və dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanların əməkhaqlarının artırılması ölkədə ortaaylıq nominal əməkhaqqının da əhəmiyyətli dərəcədə – 16,6 faiz artması ilə nəticələnib. Bu isə, öz növbəsində, qanunvericiliyə əsasən 2020-ci ildə pensiyaların sığorta hissəsinin 16,6 faiz indeksləşdirilərək artırılmasına imkan verib.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin məlumatında bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilib, muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Fondun yerli orqanları tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayaraq bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin artırılması prosesini başa çatdırıb, yanvar ayının artımları da daxil olmaqla, fevral ayının pensiya ödənişində bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi təmin edilib.

Fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 48 min 500 nəfərə yaxın əmək pensiyaçısına şamil edilib. Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin büdcəsindən hər ay orta hesabla 1,7 milyon manata yaxın əlavə vəsait ayrılması nəzərdə tutulur.




İmza:
SON XƏBƏRLƏR
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK