nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Amerikalı pediatrdan VALİDEYNLƏRƏ VACİB TÖVSİYƏLƏR Adalet.az | Amerikalı pediatrdan VALİDEYNLƏRƏ VACİB TÖVSİYƏLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Amerikalı pediatrdan VALİDEYNLƏRƏ VACİB TÖVSİYƏLƏR

20311    |   2020-02-11 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerikalı pediatr Benjamin Spok hələ uzun müddət valideynlərə bələdçilik edə biləcək "Uşaq və ona qulluq” kitabının müəllifidir. Bu, dünyada uşaq sağlamlığına dair ən çox satılan kitablardan biridir. Verilən tövsiyələr arasında gülünc məsləhətlər olsa da, onların əksəriyyəti istənilən dövr üçün uyğundur.

1946-cı ildə nəşr edilmiş və ABŞ tarixində bestsellerə çevrilən "Uşaq və ona qulluq” kitabının müəllifini "Siz düşündüyünüzdən daha çox bilirsiniz” çağırışı məşhurlaşdırıb. Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyaclarının qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr olub. Onun uşaqlara qayğı haqda ideyaları bir neçə nəslə övladlarına qarşı münasibətlərdə daha möhkəm və nəzakətli davranmalarına, onlarla şəxsiyyət kimi rəftar etmələrinə çox böyük təsir göstərib.

Tərbiyənin nəticəsi şiddət və ya mülayimlik dərəcəsindən deyil, uşağa olan hisslərinizdən və ona aşıladığınız həyat prinsiplərindən asılıdır.

Sevginizi göstərməkdən qorxmayın. Sevildiyini və mehribanlığı hiss etmək hər bir uşaq üçün vacibdir. Körpənizə sığal çəkməkdən qorxmayın, birlikdə əylənin və beşiyi yelləyin, ona qulluq edin. Bir uşağa yalnız məhəbbət, qayğı, sevgi və dürüstlüyü öyrədərək yaxşı nəticə əldə edə bilərsiniz.

Valideynlər özlərini bütünlüklə uşaqlarına həsr edərsə, başqaları, hətta bir-biri üçün maraqsız olmağa başlayacaq. Müəyyən mənada ilk hamiləlik qayğısız gəncliyin bitdiyini bildirir. Qadın başa düşür ki, ilk övladı doğulduqdan sonra əyləncələrin sayı məhdudlaşacaq.

Valideynlər səbirsiz davrandığı üçün uşaqlardan biri qarşısında özünü günahkar hiss edərsə, bu, onlarla münasibətlərin daha da ağırlaşmasına səbəb olacaq. Uşaq üçün ona qəzəblənməyinizdən daha çox günah hissini daşımaq çətin olacaq.

Təəccüblü deyil ki, bəzən kişi xanımına və uşağına qarşı qarışıq hisslər bəsləyir: həm həyat yoldaşının hamiləlik dövründə, həm doğuşda, həm də yeni doğulmuş uşağı ilə birlikdə evə qayıtdıqda. Ancaq ər özünə tez-tez xatırlatmalıdır ki, həyat yoldaşına ondan daha ağırdır.

Uşaqlıq travmaları olan, sərt cəzalar alan ana və atalar var. Müvafiq olaraq daxilən özünə inamsız insanlar tərəfindən yetişdirilən uşaqlar adətən tənqidlərə qarşı dözümsüzlük və daim azadlığını sübut etmək cəhdləri ilə özünü biruzə verir.

Övladınızı olduğu kimi sevin. Bu tövsiyəni ən praktik səbəblərə görə verirəm. Fakt budur ki, olduğu kimi sevilən və hörmət edilən uşaq özünəinamlı və həyat eşqiylə böyüyür.

Anasından ayrılmaqdan qorxan bir uşaq bu ayrılığı anasının da onun kimi ağır keçirməsindən narahat olur. Anası ayrılmaq məcburiyyətində qaldıqda tərəddüd edirsə və ağlayan kimi uşağın yanına tələsirsə, ananın bu narahatlığı uşağı daha da inandırır ki, ayrılmaq həqiqətən təhlükəlidir.

Uşağa necə qəzəbləndiyinizi səmimi hisslər və ağılla etiraf etsəniz, nüfuzunuza toz qonmayacaq.

Uşaq yalançı doğulmur. Tez-tez yalan danışırsa, deməli ona təzyiq göstərən nəsə var. Əgər dərslərini yaxşı oxumursa və sizi aldadırsa, bu, o demək deyil ki, təhsil onu narahat etmir. Yalan onu ifadə edir ki, məhz bu problem onu çox narahat edir.

Uşağa sevginizi göstərməyin digər vacib yolu onun istəklərinə hörmət etməkdir. Körpə gün ərzində yatmaq istəmədiyi halda, onu məcbur etməyin. Yemək istəmir? Qaşığı güclə ağzına tərəf uzatmayın. Uşaqların istəkləri çox təbii və intuitivdir, amma ağılsızlıq istəkləri ilə ağlabatan istəkləri qarışdırmamalıdırlar.

Bir tərəfdən uşağın, digər tərəfdən valideynlərin rahatlığı üçün rejim lazımdır. Əks halda valideynlər çox tez yorulacaq. Ciddi rejimi müşahidə etmək lazım olmadığından, ilk növbədə uşağın tələblərinə riayət edin və sonra da sizin və onun üçün əlverişli rejimi qura bilərsiniz.

Uşaq ağlasa və ya qidalanma cədvəli pozulsa da onu bəsləyin. Ancaq ağlayan kimi onun yanına qaçmayın. Uşaq bir şey edə bilmirsə və ya etmək istəmirsə, məcbur etməyin.

Ulucay AKİF


İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

Astroloq 2020-ci illə bağlı proqnoz verdi

Hər şeyin artığı ziyandı, eləcə də gigiyenanın...

Çinli həkimlər koronavirusa görə saçlarını qırxdırırlar - VİDEO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar

Yaşlı qadını uşaqlarının gözü qarşısında qəddarcasına döydülər - VİDEO

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK