nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO Adalet.az | Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

19413    |   2020-02-10 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

Baş Prokurorluqdan bildirilib ki, Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat etmişdir.

Araşdırmalarla, həmçinin müəyyən edilib ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və 2016-cı ildən etibarən ürəyində 3 dəfə stent əməliyyatı aparılıb.

Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.




İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

Dəmir yolu stansiyasında partladıcılar tapılıb

İlham Əliyev və birinci xanım İtaliyaya getdi

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb

MSK Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı iddialara aydnlıq gətirdi

MSK dörd seçki məntəqəsində səsvermənin nəticələrin ləğv edib

MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi

Azərbaycanda apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

Dünyanın yanan mənzərəsi: alovlar, dəhşətlər, faciələr...

SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK