nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Gülnaz Bayramova: "Ən böyük arzum profesional təhsil alıb, Azərbaycan kinolarını..." - MÜSAHİBƏ Adalet.az | Gülnaz Bayramova: "Ən böyük arzum profesional təhsil alıb, Azərbaycan kinolarını..." - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Gülnaz Bayramova: "Ən böyük arzum profesional təhsil alıb, Azərbaycan kinolarını..." - MÜSAHİBƏ

16085    |   2020-02-07 11:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dəfəki müsahibimiz etdiyi fərqli, çox real görünən qrimlərlə hər kəsi heyrətləndirən Gülnaz Bayramovadır. Onun 19 yaşı var və Azərbaycan Memarlıq və İnşaat kolleci dizayn fakültəsinin 3-cü kurs tələbəsidir.


- Nə vaxt qrim etmək bacarığının fərqinə vardın? Bu işə həvəs necə yarandı?

- Əslində bu iş bir zarafatla başladı. Keçən il oldu bu hadisə. Qızlarla zarafat etmək istəyirdim və alnımda çapıq çəkdim. Onlar da inandılar. Hamı soruşurdu ki, alnına nə olub? Gördüm ki insanlar maraqlanır və ikinci qrimimi etdim. İşlədikcə gördüm ki, bu işə marağım artır və zövq alıram. Amma dərslərlə paralel davam etdirə bilmirdim, çətinlik çəkirdim. 4-5 ay sonra həvəskar kimi qrim videolarına baxmağa başladım. Daha çox araşdırdım. Başladım davamlı bu işlə məşğul olmağa. Online dərslər aldım. Düzdür hazırda online dərslərdə öyrəndiklərimi tətbiq edə bilmirəm çünki materialım yoxdur. Bacardığım qədər çalışıram ki, daha çox inkişaf etdirim, daha çox öyrənim çünki insan nə qədər öyrənsə də azdır.

- İnsanlar arasında ən çox maraq doğuran qrimlər hansılardır?

- Daha çox yara, çapıq istəyirlər. Məsələ, yazırlar ki, qrim istəyirəm, üzümün yarısı yanmış olsun və ya üzü gülür amma əslində ağzı bağlıdır. Qapalı halda olan gözlərin üstünə ikinci göz çəkməyimi istəyiblər.



- Filmlərdə qrimyor kimi işləmisən?

- İlk qrim işim "Portret” filmində olub. Amma reklam və vayn çəkilişlərində də işləmişəm.

- Hansı məşhur filmdə personajların qrimini etmək istərdin?

- Ən çox Netflixdə "Riverdale" və "The Walking Dead" filmlərindəki personajları qrim etmək istəyərdim. Çox sevirəm bu filmlərdəki obrazları, qrimləri.

- Səni ilk dəfə böyük kütləyə tanıdan işin hansı olub?

- Ən çox bəyənilən qrimim üzümdə etdiyim qrim idi ki, ağız və burun əhatəm yanmış, çürümüş kimi görünürdü. Paylaşdıqdan sonra çox sevilmişdi, bəyənilmişdi. Bir çoxları da paylaşmışdı və çox adam görmüşdü. Müsbət reaksiya almışdım.

- Qrim edərkən hər kəsin istifadə etmədiyi hansısa vasitələrdən istifadə edirsən?

- Elə olub ki, qrim edərkən salfetdən istifadə etmişəm. Amma qrim üçün xüsusi vasitələr var və onlardan mütləq istifadə olunmalıdır. Qan effektini almaq üçün xüsusi maddələr var. Onlar olmasa istənilən effekti almaq mümkün deyil. Qrim vəsaitləri çox bahadır, həmişə hamısını almaq olmur. Pulum dərs vəsaitlərinə, boyalara xərclənir. Ona görə mən insanlara göstərirəm ki, ev şəraitində də material hazırlamaq mümkündür.

- Hansı məşhur qrimyorları izləyirsən?



- Hamısı xaricilərdir. Həddən artıq çox səhifə izləyirəm. Elliemac, Roligore, Karolina Maria, Simple Simphony-ni izləyirəm.

- Səncə, səni digərlərindən fərqləndirən qrimə yanaşma tərzin var? Varsa, nədən ibarətdir?

- Mən işimdə kopya etməməyə çalışıram. Hansısa ideyanı təkrarlasam belə əl işimdə onu özümə məxsus tərzdə edirəm.

- Bəs özünün ən bəyəndiyin qrimlər hansılardır?

- Mən özüm yara, çapıq, qan effektləri ilə işlənmiş qrimləri sevirəm . Onları daha yaxşı bacarıram. Əsas işim budur. Düzdür, vaxtım çox gedir amma düşünürəm ki, buna dəyər.

- Hansı məşhurları bəzəmisən?

- Instagram fenomeni Elvin İbranı vayn çəkilişi üçün qrim etmişəm.

- Hansı filmlərdə qrimləri bağlı ciddi səhvlər görmüsən?

- Dəqiq film adı deyə bilmərəm, amma rastlaşdığım olub. Bizim yerli filmlərimizdə qan effekti olan qrimlərdə qan əsl qana yox, ketçupa oxşayır. Lakin son zamanlar diqqət etməyə başlayıblar, bu da danılmazdır.



- Sahənlə bağlı gələcək planların nələrdir?

- Ən böyük arzum Amerikada qrim üzrə profesional təhsil alıb, Azərbaycan kinolarını qabağa çəkməkdir. Baxırıq ki, xarici filmlər tanınır, Oskar alır düşünürəm ki, bizdə niyə belə bir film olmasın?

- Başqa nə kimi məşğuliyyətlərin var?

- Rəsm çəkirəm, ixtisasıma uyğun olaraq maket hazırlayıram. Amma qrim etmək qədər sevdiyim bir məşğuliyyət yoxdur. Bəzən qrim edəndə alınmır, silirəm yenidən edirəm. Alınana qədər işləyirəm üstündə. Amma digər işlər elə deyil bir dəfə edirəm alınmasa əsəbləşirəm və davam etmirəm.


Söhbətləşdi: Ulucay AKİF


İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK