hacklink Adalet.az | Əjdahanı yaşatmaq Adalet.az | Əjdahanı yaşatmaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əjdahanı yaşatmaq

50044    |   2013-05-18 00:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər yaşam mərhələsinin öz mənzərəsi var. Və zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn parlaq, ya da solğun rənglər içində yaşatdıqlarının nə qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni? Yəqin əsas sual budu - kimlər?

Və hər dəfə bir mərhələdən o birinə qədəm qoyanda, özünə verdiyin sözü tuta bilməyəndə, həyatına yeni-yeni insanlar daxil olanda bu çək-çevirin içində dörd istiqamətə baxa-baxa düşünürsən - qurulanlar dağılır, bəs kimlər bu viranənin altından salamat çıxacaq? Sən özün qərar verəcəksən ömür adlanan bu zəlzələnin sonrakı yaşamzədələri kim olacaq deyə... Bəzən itirdiklərinə təəssüf, bəzən də oxqay hissi ilə. Amma yeniliklərin qarşısın ala bilmərik... Gələn gələcək, olan olacaq...

***

Şvartsın nağılları... Son vaxtlar bu nağılları nədənsə tez-tez xatırlayıram. İndi deyəsən elə bir mərhələ gəlib çatıb ki, yenidən inanmaq istəyirsən həmin qəhrəmanların gələcəyinə. Yenidən "Adi mocüzələr" olacaqmı? Yenidən içimizdəki "Əjdahanı öldürmək" istəyəcəyikmi? Az qalıb axı. Vaxt azdı. Şvartsın nağıllarında Xeyir və Şərin mübarizəsi ədalətlidi. O, həyatı yazır - bəzəksiz, düzəksiz. Hər kəsin içindəki Əjdahanı öldürmək haqqında düşünür. Özümüzdən aralanmış kölgələrimizin saldığı qorxunc Kölgələrdən yazır. Hər şeyi dəyişəcək adi möcüzənin sevgi olduğuna inanır. Mən də buna inanmaq istəyirəm - vaxt azdı. Və bu vaxt azlığında əjdahanı öldürüb də, yenidən insanlara səadət bəxş edəcək Əjdaha kimi bir qəhrəmanın varlığına inanmaq istəyirəm.

"İnsanın tutduğu yola inamı olmayanda, işin sonunu əvvəlcədən görməyəndə tərəddüd edir. İnsan tərəddüd edəndə isə qorxağa çevrilir. Yazıçının da, şairin də, rejissorun da qəhrəmanları, obrazları belədir. Tutduğu yola inamı olanlar və tərəddüd edənlər. Çoxluğa qarşı duran, sonradan çoxluğun onun tərəfinə keçən qəhrəman!"

Bu fikirlər isə yazıya qəhrəmanlıq edəcək Əjdahaya aiddi. Drakona... Rzaya ...

***

"Dərd də bitkilər, ağaclar kimi iqlimlə bağlıdır. Necə ki, bitkilər, ağaclar iqlimə, fəsillərə uyğun olaraq bitirlər, yaşayırlar. Hər ürəkdə dərd də bitmir, yaşamır. Ürək var ki, dərd düşür ora, boy atmır, böyümür, soyuq alır dərdi. Soyuq ürəkdə, yanmayan ürəkdə dərd nə gəzir? Dərd üçün o ürək qışdır. Ürək də var ki, dərd düşür ora, boy atmağa, böyüməyə, çəkilməyə başlayır.

Dərd çəkən ürəkdə dərdə bahardır!

Dərdsiz insan yoxdur, dərdini çəkməyən, dərdini anlamayan insan var".

Neçə il əvvəlin söhbətidi, dostumuz Əlabbas Bağırov zəng edib naxçıvanlı bir oğlanın mənim haqqımda yazı yazdığıni deyir, yazını tərifləyir. Mən də "göndərsin poçtuma" deyirəm. Kompumun monitorundan bu sözləri oxuyuram, təəccüblü gəlir mənə. Açıb yazını oxuyanda xoş mənada heyrətləndirir məni. Tanıyır müəllif deyəsən məni. Yazının sonunda bəyənmədiyim fikirlər də yer alıb. Razılaşmadığım... Baxıram, telefon nömrələrini də yazıb. Danışaq görək bu naməlum müəlliflə... Dəvət edirəm onu redaksiyaya, nə vaxt gələcəyini söyləyir. Və təşrif buyurur... Ay aman, qapıdan içəri elə əjdaha kimi bir oğlan girir. Öz qabında hiss eləmir özünü deyəsən, sıxılır elə bil. Mən də müşahidə edirəm və hətta dilimi də saxlaya bilmirəm, "nə qəşəng oğlansan" - deyirəm. Qızarır uşaq kimi və bu nəhəng vücudun içində uşaq kimi biri olduğun görürəm. Az sonra yazının aqibətin soruşur məndən. Bəyəndiyimi deyirəm, "amma çap eləməyəcəm" - deyirəm. Niyəsini soruşur, "çox özəl yazıdı" - deyirəm. Həm də yazının sonunda dostlarımla bağlı xoşuma gəlməyən ifadələr işlədilib. "Yazının bu hissəsini çıxarmaq lazımdır" - deyirəm. Və qarşılıqlı etirazlar şəraitində yazı kompumun yaddaşında qalır. Özü də yadımda qalır. İnadıynan, ağıllı mühakimələriynən, şirin Naxçıvan ləhcəsiylə. Və razılaşırıq ki, Rza bizə yazılar yazacaq. Mənim haqqımda yazdığını çap eləməsəm də.

***

"Bir şəxs, insan bu gün haqqında yazanda, danışanda yalnız bugünkü məqsədlər, vəzifələr və problemlər haqqında yazmır, danışmır. Həm də öz daxilində öncədən yaranmış, yaşanmış təcrübələri, müşahidələri, bilikləri, baxışları xaricləşdirir, mənalandırır. Həm də özü haqqında danışır, yazır. Özünü ifadə edir. Kimliyini başqaları qarşısında müəyyənləşdirir.

İstənilən məqalənin, fikrin, cümlənin, sözün alt qatı var. Bu qatda müəllifin xarakteri, ruhu, həyat tərzi var. Məqalədə hansısa söz, cümlə, abzas ayrılıqda başa düşülməyə bilər, lakin məqalə, kitab bütöv oxunduqda tam məna, ruh aydın olur. Başa düşülməyənlərə, dərk edilməyənlərə həmin ruh aydınlıq gətirir, işıq salır. Həmin ruh, işıq yazılan sözlərdə deyil, deyilən, yazılan sözlərin içindədir, alt qatındadır, sözlə deyilə bilmir. Deyilən sözlərin cəmidir. Axırıncı cümlədən, sözdən, nöqtədən sonra gəlir "O SÖZ". Deyilən sözlər "O SÖZ"ün qabığıdır. Qabığın içindədir "O SÖZ".

Bilik əldə etmək çox vaxt, zaman alır. Mükəmməl bilik əldə etmək üçün insan olmazın əziyyətlərə qatlaşır. Hər şeyi dərk edən insan üçün yaşamaq çətinləşir. O, öncədən çox şeyi görür, dərk edir. İnsanlara mənfi təsir edəcək proseslərin qarşısını ala bilməyəndə əzab çəkir. Necə ki deyirlər: Biliyini artıran şəxs qəmini, dərdini də artırır. Hər şeyi dərk etmək, dərk edib yaşamaq çox çətindir. Şəxsiyyətlərsə bunu könüllü seçirlər.

Prosesləri, hadisələri şərh və təhlil edən insanlar, bir də yozan insanlar var. Hadisələri və prosesləri yozan insanlar yuxu yozanlara bənzəyirlər. Necə ki, biri yuxu görür, gəlir yuxu yozanın yanına ki, onun yuxusunu yozsun. Yuxu yozan da öz dünyagörüşünə, biliyinə, yuxu görənin halına, şəxsi marağına, yuxu görənə olan şəxsi münasibətinə görə yuxunu yozur. Yəni yuxu yozmağın ümumi müəyyən olunmuş qayda-qanunu yoxdur, heç nəyə əsaslanmır. Yuxu yozan necə istəyirsə, yuxunu eləcə də yozur. Lakin şərhin, təhlilin isə qayda-qanunu, əsasları var. Şərh və təhlil edən insan elmə, təcrübəyə, sübutlara əsaslanır.

Cəmiyyətimiz elə dövr yaşayır ki, bir çox insanlar o şeylərdən danışırlar ki, onların özündə o yoxdur. Vətənpərvərlikdən, insanpərvərlikdən, sədaqətdən, dostluqdan və s. Bəzi insanlar bu dəyərlərdən çətir kimi istifadə edirlər".

Yazılar gəldikcə mən bu orijinal müəllifin qəlbini də oxumağa başlayıram. Görünür kimləysə iltibat, rabitə qurmağın ən vacib şərti də elə budu. Qəlbləri oxumağı bacarmaq.

***

İnsan tək qalmağı sevmir. Daim tənha olsa da. Hər yaşam mərhələsində isə bəlli bir çevrə yaranır. Uşaqlığımızın o əziz günlərindən bu günümüzə daşıya bildiyimiz nə qədər insan qalıb yadımızda? Azdı, bəlkə də heç yoxdu... Amma o vaxtlar hamıya dost deyirdik axı... Çox idilər, yox oldular. Və illər keçdikcə həyatın, zamanın xəlbirindən keçə bilmədilər. Ya da keçirtmək istəmədik. Lazım deyildi artıq. Maraqlarımız dəyişdi, dünyaya baxışımız dəyişdi, sevdiyimiz adlar, rəgbətimiz olan ünvanlar dəyişdi. Kimsə bizə yuxarıdan baxmağa başladı, kiməsə biz baxdıq... Türlü səbəblərdən... Dəyişir bizi zaman, dəyişir...

Gələn təhlükədən qorunmaq anlayışı genetik koddur. İbtidai insanın beynində necə varsa bizə də elə ötürülüb. Onlar öz qorxularını gizlətməyiblər, sığındıqları kimsələrə də rəğbətlə yanaşıb tabe olublar. Müasir insan bunu gizlədir, ya da çox teatral şəkildə ifadə edir.

İcma anlayışından fərqli olaraq dostluqda qan qohumluğu prinsipi yoxdu, burda ruh qohumluğu var. Və bu qohumluğun nə dərəcədə möhkəm olması isə rəğbətdən, anlayışdan, ürək açıqlığından, təmənnasızlıqdan, inamdan, ümumi maraqlardan, əyləncələrdən, ideallardan asılıdı.... Demək asılılıq prinsipi var - çətin məsələdi kiməsə dost demək. İndi burda nə qədər məşhur filosofların kəlamların da döşəmək olardı, amma istəmirəm. Elə özümüzə nə olub ki? Özümüzdən danışaq da ...

***

"Bir də var vurub-tutan dəlilər. Bunlara Koroğlunun dəliləri də deyərlər. İndi Koroğlu yoxdu deyə, belə dəlilərin sayını da bilmək mümkün deyil. Yəni dəliləri bir yerə yığan yoxdu. Bəlkə də yığmaq istəyən var, amma Çənlibel məsələsi bu saat çox çətin məsələdir. Gərək milyonların ola, neçə xanı (naziri) soyub-talayasan ki, Çənlibelin yarısı qədər torpaq ala biləsən. Amma bir yazıda oxudum ki, baş redaktor gileylənir ki, harada dəli var gəlir məni tapır, dəlilərimin yeri boş qalmır. Bir dostu da deyib ki, harada özün kimi dəli var, yığırsan başına. Mən o baş redaktoru tanıyıram, o qədər pulu yoxdu Çənlibel ala, amma oturduğu otaqda dəli də bir gün oturmaz".

Yadımdadı, bu abzası oxuyanda qəhqəhə çəkib gülmüşdüm. Rza bu yazısında çox mətləblərə toxunub, amma mənə də sataşıb. Və hər dəfə onun duzlu yazılarını oxuduqca sevinmişəm ki, yeni bir imza gəlib mətbuata. Hərənin bir ulduz saatı var. İndiki yaşına gələnə qədər Rzanın çox məşğuliyyətləri olub yəqin. Amma mənə görə, onun ən doğru yeri ədəbiyyatdı. Baxmayaraq ki, son vaxtlar film, filmdəki Drakon onu qadınların xəyalına çevirib, bura onun yeri deyil, - deyə duşünürəm. Deyil.... Görün nə maraqlı mühakimələri var.

"Əsas məqsədim dəli kimdir sualına cavab tapmaqdır. İnsan niyə dəli olur? Hansı insana insanlar dəli kimi baxır? Dəlilərin fərqi nədir? Keçmişdəki dəlilər.

Dəli insan görəndə niyə qaçır? İnsanlar dəlini görəndə niyə daşlayırlar?! Məni düşündürən, dəli edən əsas məsələ budur. İnsanlar dəlini ona görə daşlayırlar ki, dəli insanlara dəli kimi baxır. Dəli - insanların kimliyinin, necəliyinin dəlilidir! Bu dəlilləri qəbul etmədiklərindən insanlar dəlini daşlayırlar.

Başqalarına yüz daş atırsan dəymir. Dəliyə yüz daş atırsan biri boşa çıxmır. Niyə atılan daşların hamısı dəliyə dəyir?! Bilirsiniz, niyə? Dəli daşdan qaçmır, yayınmır. Onu atılan daşlar dəli edib. Dəli elə daşın dəlisidi də! Dəliyə hər daş atan günah qazanır, hər dəyən daş dəlinin günahını azaldır.

Dəli göyə baxa-baxa qaçır, daş atanlar yerə baxa-baxa! Dəli göydə Allahı axtarır, daş atanlar yerdə daş! Dəli Allaha inanır, daş atanlar daşa! Dəliyə atılan daşlar göydən nə vaxt yağacaq?!"

Və ya

"Bir də var minalanmış sahə. Bilə-bilə bu sahə minalanıb, nə vaxtsa minalardan birini ayaqlaya bilərsən, amma yenə sənə minalanmış sahədə gəzmək zövq verir, nəfəsin zövq alır.

Bir gün hiss edirsən ki, ayağını qoydun minalardan birinin üstünə, indi nə ayağını minanın üstündən çəkə bilirsən, nə də ayağını minanın üstünə basa bilirsən. Kimisi ayağını minanın üstünə daha möhkəm basır, kimisi səhvini düzəltmək istəyir, ayağını minanın üstündən çəkir - Partlayış! Hər iki halda mina partlayır. Kimisi ölümün üstünə gedəndə ölür, kimisi ölümdən qaçanda ölür!"

Tanış düşüncələrdi... Doğma...

***

Bilirəm ki, ürəyində tutduğu böyük arzusu var. Film çəkmək. Hətta bunu onunla müzakirə də eləmişik. Təhsil üçün xarici ölkələrdən birinə getməsə, mümkün olacaq bir şey deyil - demişəm. Amma istək olan yerdə bütün olunmazlar olur, keçilməzlər keçilir. Olar, inşallah...

***

Həə... Mətləb... Nəydi? Əjdaha vücudlu, uşaq qəlbli Drakonun ad gününə həsr olunub sanki. Amma mən əslində dostluq haqqında yazmışam bu yazını. Nə zaman arasam, bulduğum, ürək qızdırıb dediyin sözləri də sakit tavırla dinləyib, ehtiyatla məsləhət də verməyə çalışan təmənnasız dost haqqında yazmışam. Öz problemlərini gizlədib də hamıyla ilgilənməyə çalışan, hamıya ürəyinin işığıyla baxan və bundan hər zaman ziyan çəkən dost. Ürəyinin tavanı çat verən, ürəyi daman dost... Telefonuna gələn mesajlara yazı yazan dost... Çox əziz bir dostumun sözləridi bu - "sevdiyim adamları yaxından tanımaq istəməmişəm heç vaxt . Fikirləşmişəm ki, gördüyüm bir qüsur məni uzaqlaşdırar sevgimdən". Bu da maraqlı yanaşmadı, deyilmi? Amma mən insanları tanıya-tanıya ya yaxınlaşmışam, ya da tamam uzaq bir diyara çəkilmişəm. Elə yerə ki, orda mənim görmək istədiyim insanlar var. Orda adi möcüzələr baş verir, orda kölgələr qorxunc Kölgəyə çevrilmir. Orda insan içindəki Əjdahanı özü böyüdüb başqalarının başın yemir.

"Söz var ki, demək istəyirsən, deyə bilmirsən, sözlər ürəyində ölür, can verə bilmirsən sözlərə, ürəyini çevirirsən söz qəbiristanlığına, sonra bir dənə də olsun diri söz tapa bilmirsən. Nə danışırsan heç kim səni eşitmir, dinləmir, heç demə öldürdüyün sözlərlə bərabər ürəyin də ölüb, sən də ölmüsən. Bütün başdaşlarının üstündə yazılan son kəlmə - Ölü sözdü.

Həyatda elə insanlar var ki, o heç kimə daş atmır. Amma hamı onu daşlayır - daş atmadığına görə. Həyatın qanunu budur - gərək, daş atasan. Amma bir adamın bədəni antibiotik götürür, birininki götürmür. Bədəni antibiotik götürməyən insana antibiotik vuranda, insan şoka düşür. Hamının nə etdiyini anlayırsan, hamının nə edəcəyini yaşxı bilirsən. Edilənləri, ediləcəkləri edənlərdən daha yaxşı edə bilərsən, amma etmirsən, etsən şoka düşəcəksən".

Mən öz diyarımdakı gerçəklərə inanmaq istəyirəm. Mən buna inanmaq istəyirəm - vaxt azdı. Və bu vaxt azlığında əjdahanı öldürüb də, yenidən insanlara səadət bəxş edəcək Əjdaha kimi bir qəhrəmanın varlığına inanmaq istəyirəm. Əjdahadan qorunmağın yeganə yolu öz Əjdahanın olmasıdı... Əjdahanı yaşatmaq lazımdı...

P.S. Hələ ki həyatımızdakı nöqtələri əvəz edəcək söz tapmamışıq....

YERDƏ YER YOXDUR YERİ OLANLARA, ƏZİZİM!!!

İradə TUNCAY



İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK