ANA SƏHİFƏ / YAZARLAR

HƏSRƏT YAĞIŞI

20301    |   2013-05-18 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Həyətlərindəki yeni açılmış müxtəlif gülləri diqqətlə nəzərdən keçirdi. Pəncərədən boylananda həyətdəki qızılgül, çiçəklər elə həmin an görünürdü. Sadəcə olaraq, görünməyən o idi ki, Fəridin ürəyindən və qəlbindən keçənləri doğmaları başa düşmək istəmirdilər. Hələ ki, hər şeyi içinə atıb öz dünyası ilə əlləşirdi. Pəncərədən həyətə baxmaqdan yoruldu. İkinci mərtəbədən pilləkənlə yavaş-yavaş aşağı düşdü. Dedi ki, qızıl güllərdən bir neçəsini dərib Gülbahara göndərərəm. Əllərini qızıl güllərə yaxınlaşdıranda tikanlar onun əlini daladı. Tez əlini geri çəkdi...

Güllərin tikanları bir anlıq onu qorxutsa da, inadından dönmədi. Qıpqırmızı qızıl gülləri tikanlı olmasına baxmayaraq, kollardan dərdi. İlk dəfə o qızıl gülləri iyləmək istəsə də, ancaq fikrindən daşındı. Düşündü ki, o gülləri iyləyərəm, bəs Gülbahara nə qalar?! Heç insafdandırmı ki, təzə açılan qızıl gülləri birinci o özü iyləsin. Həmişə qızıl güllərin açılmasını böyük səbirsizliklə gözləyərdi. Elə ki, qızıl güllər açıldı, kolların tikanlarına baxmayaraq, həmin gülləri dərər, dəstələyər və sonra da Gülbahara göndərərdi. Göndərəndə də deyərdi ki, mən istəmirəm ki, sənin ömrün qızıl gülün ömrü qədər olsun. Mən istəyirəm ki, bu güllərin ətrini ciyərinə çəkəsən və heç vaxt məni yaddan çıxarmayasan.

Gülləri kolluqdan dərib dəstələyəndən sonra rahat nəfəs aldı. Düşündü: bəlkə bu gün Gülbaharı sevindirdim. Ancaq Gülbahar onun gül verib-verməməsindən asılı olmayaraq, həmişə Fəridi görəndə sevinərdi. Ona güldən də çox Fəridi görmək vacib idi. Kənd yerində görüşmək çox çətiniydi. Əgər bir kimsə ürəyi istədiyi qızla hardasa görüşsəydi, o dəqiqə camaat bir qulp qoyardı və dedi-qodu başlayardı. Dedi-qodu başlayardı ki. bəs filankəsin oğlu ilə, filankəsin qızı çəpərin yanında görüşdülər. Elə bu sözlərin ağırlığından və tənəsindən həmişə hər ikisi qaçırdı. İstəmirdilər ki, öz nəsillərinə və ailələrinə ləkə gətirsinlər...

Güllər Fəridin əlindəydi. Fərid yaxşı bilirdi ki, bu gülləri Gülbahara verə bilməyəcək. Ona görə də bacısı Gülyazı səslədi:

- A Gülyaz, bir aşağı düş!

Gülyaz həyətə düşdü. Sonra Fərid dilləndi:

- Bacı, bu gülləri ona verərsən!..

"Ona" deyəndə, Gülyaz yaxşı bilirdi ki, qardaşı Gülbaharı nəzərdə tutur. Fəridlə Gülbahar bir sinifdə oxuyurdular. Sinifdə də çoxları hiss eləmişdilər ki, hər ikisi bir-birinin dərdindən ölür. Amma qətiyyən nə Fərid, nə də Gülbahar bunu sinif yoldaşlarına hiss elətdirməzdi. Əksinə, onlar bir-biriylə bir o qədər də söhbət eləməz və digər sinif yoldaşları ilə zarafatlaşardılar...

Gülyaz gül dəstəsini əlinə götürüb doyunca onu iylədi və sonra da həyətdən çıxıb qonşuluqda yaşayan Gülbaharı səslədi. Gülbahar qızın səsindən tanıdı ki, bu Fəridin bacısı Gülyazdır. Gülbahar həyətə çıxdı və səs gələn tərəfə boylandı:

- Gülyaz, nə qapının ağzında durmusan, keç həyətə!..

- Sənin vaxtını almaq istəmirəm. Həyətimizdən qızıl gül dərmişdim, dedim onu sənə verim!

Ancaq Gülyaz demədi ki, bu gülləri sənə qardaşım göndərib. Gülbahar yaxşı bilirdi ki, gülləri göndərən ona kimdir. Gülləri ondan alıb, doyunca iylədi. Güllərin ətrindən çox, Fəridin iyisini hiss elədi. Hiss elədi ki, güllərin ləçəkləri sanki Fəridin ürək çırpıntılarıdı. Gülləri iyləməkdən doymurdu. Bir anlıq Gülyaz da yaddan çıxmışdı. Handan-hana özünə gəldi və dedi:

- Bıy, başıma xeyir, dilim-ağzım tutulub, heç demirəm ki, qalx yuxarı, bir stəkan çay içək! Başım nətəri gülə qatışıbsa, hər şeyi unutmuşam. Sən Allah, bağışla, Gülyaz!

Gülyaz:

- Allah bağışlasın. Bir də ki, sizi bir-birinizə çox görməsinlər!

Gülyaz Gülbahardan ayrıldı. Sonra üzü hər tərəfi yaşıllığa bürünmüş taxıl sahəsinə doğru addımladı. Həm də bu yerdə Gülbahargillə Fəridgilin taxıl sahələri vardı. Aprel ayında bu taxıl sahələri yazın gəlişi ilə əlaqədar olaraq, daha da gözəlləşmiş, taxıl zəmisinin arasında müxtəlif güllər, çiçəklər, bənövşələr boylanmışdı. Taxıl sahəsinə yaxınlaşanda güllərin, çiçəklərin ətri adamı bihuş eləyirdi. Elə Gülbahar da tez-tez qardaşı ilə bu taxıl sahəsinə gələr, zəminin arasında olan tərələri yığar və sonra da dadı damaqdan getməyən dovğa bişirərdi. Hələ mərəçöhüdü demirik. Bu mərəçöhüdün bir dadı var idi ki, onu yumurta ilə qovurub bişirirdin, sonra da dadından doymaq olmurdu.

Gülbahar zəminin arasındakı tərələri bir-bir yığmağa başladı. Çox keçmədi ki, həmin sahəyə Fərid də gəlib çıxdı. Xoşbəxtlikdən nə Fəridin, nə də Gülbaharın valideynləri sahədə yox idilər. Sahədə bir Gülbahar, bir Gülyaz, bir də Fərid idi. Gülyaz bir qədər zəminin içinə doğru getdi ki, onlar heç olmasa söhbət eləyə bilsinlər. İlk anda hər ikisinin dili sanki tututlmuşdu. Sükutu Fərid pozdu:

- Gülbahar, qızıl gülləri aldınmı?! Sən o qızıl güllərdən də gözəlsən!

- Güllərə görə çox saq ol! Hələ də güldanda o gülləri saxlayıram. ətrindən doymaq olmur. Güllər də solmayıb...

- Bilmirəm, bizim axırımız necə olacaq?! Çünki nə qədər valideynlərimin ağzını arasam da elçi getmək istəmirlər.

- Elə bizimkilər də ipə-sapa yatmır. Dədəm deyib ki, mənim Fəridə verəsi qızım yoxdu! Kişi sənin adını eşidəndə elə bil qutuda ilan görür. Vallah, bilmirəm niyə?! Axı biz pis qonşu olmamışıq. Sən də tərbiyəli oğlansan.

- Vallah, Gülbahar, mən həmişə Natiq dayının yolunu gətirmişəm, onu görəndə hörmətlə yanaşmışam. Bir də ki, o qədər axmaq adam var?! Görürsən ki, yaxşı söz əvəzinə, şeytanlıq eləyib, yaman şeylər danışırlar. Bəlkə məndən və dədəmdən xoşu gəlməyən kimsə ağzına gələni Natiq dayıya danışıb?!

Fərid bir daha bacısına dedi ki, atasıgil elçi gedib "hə" alsınlar. Gülyaz da onunu fikirlərini yenə atasına çatdırdı. Atası bu xəbəri eşidən kimi, özündən çıxdı və başladı oğlunun qarasına o ki, var deyinməyə:

- Mən o gədəyə demişəm ki, sənin qız alan vaxtın deyil. İkincisi də, mən o qızı sənə almayajam! Qoy qulağını açıb yaxşı eşitsin: Fərid nə vaxt çörək qazanar, adam olar, bax onda ona qız alajam. Özü də o qızı yox haaa?! Özümün bildiyim və tanıdığım qızı alajam!

... O, hadisələrdən altı il keçmişdi. Fərid yaxşı bir mütəxəssis kimi yetişmişdi. Gülbahar da başqa bir ixtisasa yiyələnmişdi. Ancaq Fəridin atası yumşalmaq bilmirdi ki, bilmirdi. Qızı Gülyaza demişdi ki, mən ona toy eləmək istəyirəm, qızı da özüm tapmışam. Qardaşına denən, hazırlaşsın!

Fərid bu xəbəri eşidəndə havalandı. Bilmədi ki, canını hara qoysun. Bacısına yaxınlaşıb bir daha ürəyini açdı:

- Gülbahar olmasa, mən özümü öldürəjəyəm! Gülbahardan başqa heç kimlə ailə quran deyiləm.

Gülyaz qardaşının fikrini yenidən atasına çatdırdı. Atası da dedi ki, onu salaram ayağımın altına, dəli inək balasını ayaqlayan kimi tapdalayaram. Onda bilər ki, böyüyün sözündən çıxmaq nə deməkdir?!

Fərid artıq hiss elədi ki, atası sözündən çönən deyil. Ona görə də Gülbahara sifariş göndərdi: bu axşam səni taxıl sahəsinin yanında gözləyəcəyəm. Gecə vaxtı taxıl sahəsinin yanına gəlmək elə də asan deyildi. Amma Gülbahar gəldi və gördü ki, Fəridin gözləri dolub:

- Gülbahar, and içmişdik ki, son nəfəsimizə qədər heç kim bizi ayıra bilməz. Yəqin yadındadı çinar ağacının yanındakı elədiyimiz əhd-peman?!

Gülbarın da çöhrəsi allandı və yanaqlarından sanki od qalxdı:

- Mən sənə həmişə sadiq olmağıma and içmişəm. Nə desən, səninlə bir addım atajağıq.

Fərid bir daha Gülbaharın gözlərinin içinə baxdı. Gülbaharın gözlərinin içində sevgi ilə qarışıq əbədi bir kədər hiss elədi. Hiss elədi ki, Gülbahar onu başa düşür və anlayır. Sonra dilləndi:

- Görürəm, atam bizim birləşməyimizi istəmir. Mənə bu yaxınlarda toy eləmək fikrindədir. Nə sənin atan mənə qız verəndi, nə də mənim atam sizin qapıya elçi gedən. Qərara gəlmişəm ki, bizi ancaq ölüm ayıra bilər. Əlini mənə ver!

Gülbahar əlini ona sarı uzatdı. O, Gülbaharın əllərini ovcunun içinə aldı. Ömrü boyu birinci dəfəydi ki, Gülbaharın əllərinin hərarətini daha yaxından hiss eləyərdi. Hələ indiyə kimi Gülbaharı bu qədər özünə yaxın hiss eləməmişdi. Gözləri dolan Fərid ona baxaraq:

- Gülü, bu görüş bizim sonuncu və əbədi bir görüşümüz olacaq! Özümlə kəndir də götürmüşəm. Gedəcəyik səninlə Mil kanalına və özümüzü atajağıq suya! Bilmirəm, buna razısan, ya yox, - deyə Gülbahara fikirlərini bildirdi.

Gülbahar dilləndi:

- Sən hara getsən, mən ordayam! Ölümə gedirsənsə, mən də səninlə bir yerdə gedəjəm!

Onlar Mil kanalının düz yanına gəlib çatdılar. Fərid kəndirlə həm özünü, həm də Gülbarı sarıdı. Yəni özünü Gülbara, Gülbaharı da özünə bağladı. Fikirləşirdi ki, bu formada kanala tullansalar onlar ölsələr də cəsədləri ayrılmayacaq...

Sonuncu dəfə bir-birinə doyunca baxdılar... Sonuncu dəfə Gülbahar Fərid dedi, Fərid də Gülbahar... Sonuncu dəfə üzlərini Allaha tutub bağışlanmaqlarını istədilər... Sonuncu dəfə Allah Məhəmməd, ya Əli deyib özlərini Mil kanalına atdılar...

...Bir göz qırpımında gözdən itdilər. Hadisəni uzaqdan görən cavan oğlanlardan biri xəbəri Gülbaharın və Fəridin valideynlərinə çatdırdı. Səhərə qədər onları kənd camaatı axtardı. Ancaq bir şey çıxmadı...

"Şırşırdan" özlərini kanala atan Gülbahar və Fəridi Beyləqan istiqamətində sudan tapa bildilər... Tapdılar və başladılar bir dizlərinə döyməyə, bir də başlarına. Dizlərinə döydülər, bir şey çıxmadı, başlarına döydülər bir şey çıxmadı...

Hər ikisinin meyitini kəndə gətirdilər. Hamı yaxşı bilirdi ki, valideynləri çox böyük günah işlədiblər: onları bu dünyada qovuşmağa və birləşməyə qoymayıblar! Kənddə də hamı yaxşı bilirdi ki, Gülbaharla Fərid bir-birini orta məktəbdən seviblər. Ancaq Gülbaharın və Fəridin atalarının tərsliyi üzündən bu sevgi baş tutmayıb. Kəndin ağsaqqalı Seyidəli kişi dedi ki, bu uşaqları ayırmaq çox böyük günahdı. Elə onları da bir qəbiristanlıqda dəfn eləmək lazımdı. Gülbaharla Fəridi yanbayan dəfn elədilər. İki qoşa qəbir... İki əbədi sevgi... İki həsrət... Və iki kədər...

İllər keçdi gənclər toy günü hər iki məzarı ziyarət eləyəndən sonra nikah kəsdirməyə gedirdilər. Çünki bu iki gəncin kədər dolu sevgi anları bütün, el-obada, bütün kənddə danışılırdı... Deyilirdi ki, Gülbaharla Fəridin böyük məhəbbəti qarşısında çoxları diz çökür və çoxları da bu ülvi məhəbbətə qibtə ilə yanaşırdılar... Zaman və illər ötsə də Gülbahar və Fərid məhəbbəti bitmək bilmirdi...

Göy guruldadı, bir yağış yağdı ki, dayanmaq bilmirdi. Yağış qəbiristanlıqdakı bütün qəbirləri islatmışdı. Ancaq iki qəbrin yanından boylanan iki bənövşəyə bu yağış can verirdi. Bənövşələr yağış suyunda çimirdilər. Amma qəbrin kənarından boylanan bənövşələr isə sanki Gülbahar və Fərid idi. Onlar bu dünyada birləşə bilməsələr də, o dünyada bir-birinə qovuşmuşdular...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK