Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | BİZİM STANDARTLAR Adalet.az | BİZİM STANDARTLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİZİM STANDARTLAR

27867    |   2013-05-18 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaq vaxtlarımda rəhmətlik babamdan eşitdiyim "dinmə, ver pulu" ifadəsi mənə çox maraqlı gəlirdi. Əhalinin yaşayışı, dolanışığı demək olar ki, öz əlində olduğu bir quruluşda - sovet dönəmində eşitmişdim bu narazı ifadəni. Halbuki kim tənbəllik etməyib çox işləyirdisə, zəhmətinə görə də əməkhaqqı ala bilirdi. İndikindən fərqli olaraq, zəruri ehtiyaca xərclənəndən sonra "qara gün" üçün də ehtiyat nəsə saxlamaq olurdu.

Ötən günlərin nostalıjisini yaşamaq istəmirəm, sadəcə insanlarının həyatının çətinləşməsinin bu həddə çatması narahat edir məni.

Ətrafa baxdıqca hündürmərtəbəli evlər, maşınlar, marketlər, villalar, restoranlar, şadlıq evləri, geyim - kecimlər...

Və sənədsiz evlər, əlaqədar qurumların səlahiyyətlilərinin də tamah saldığı ünvanlı sosial yardıma ehtiyacı olanlar, diplomu evin bir küncünə tullayıb, fəhlə işləyən əli qabarlılar, gecəqondularının söküləcəyi təhlükəsi altında daim səksəkədə yaşayanlar, pensiyası ancaq dərmanına güclə çatanlar...

Anlaya bilmirsən, varlı ölkəyik, yoxsa... Toxların aclardan xəbəri yox, acların toxlara həsədi, qəzəbi tükənməz...

Qəddafi hökumətinin hakimiyyəti dövründə ölkədə əhalinin on beş əsas zəruri ehtiyacları pulsuz idi. Bu azadlığın fərqində olmayaraq qərbin fitvasına gedənlər vətəndaş müharibəsi edərkən hansı azadlığı istədiklərini özləri də anlamadılar. İndi törətdikləri dağıntıların içində "qazandıqlarının" əzabını çəkirlər. Bütün kommunal xərclərin pulsuzluğuna öyrəşmiş əhali yeni qayda ilə hər bir xərci ödəməyə məcburdur. Bunları xatırlamağıma səbəb varlı dövlət olmağımıza rəğmən kommunal xərclərin azalmaq əvəzinə günü - gündən artmasıdır. Nəqliyyat xərclərinin də həmçinin. (Tarif Şurası nəqliyyatda gediş haqqının artmayacağını qeyd etsə də, artıq mətbuatda Bakıətrafı ərazilərdə, məsələn, 184 saylı Əmircan - Nərimanov marşrutunda gediş haqqı 20 qəpikdən 25 qəpiyə qaldırılıb və artım haqqında elanın da avtobusun içərisində asıldığı öz əksini tapıb). Kasıb üçün ən son şok xəbər isə, ödənişli yol məsələsidir. Aydındır ki, yolun ödənişli olması varlının vəziyyətini dəyişməyəcək. Yəni bu, cəmiyyətin aşağı təbəqəsinin bir qədər də "aşağılanması" deməkdi. Pahatlığı üçün illərlə qəpik-qəpik yığdıqlarını verib, maşın alan kasıb o yoldan keçə bilməyəcək deyə, maşın sürməyəcək və bununla da avtomobil sıxlığının qarşısı alınacaq. Məncə bu, çox absurd bir qərardır!

Bütün sahələrdə dünya standartlarına uyğunlaşmağa çalışanlar unudurlar ki, dünyada varlı ölkələrin heç birində uzun illər işləyib təqaüdə çıxanlar bizdəki kimi qəpik - quruş almırlar. Onların təqaüdləri, pensiyaları normal yaşayışlarını təmin edir. Onlarda bizdə olduğu kimi uşaq doğularkən birdəfəlik müavinət səksən manat əlli qəpik deyil. Həmçinin işləyən qadınların analıq məzuniyyətinə çıxarkən ayda aldığı maaş da iyirmi manat həcmində deyil. Onlarda işsizlərin gündə üç dəfə pulsuz yeməklə təmin olunmasını pula çevirəndə bizim aylıq pensiyamızın miqdarından qat - qat çox edir. Yəqin ki, bu barədə heç düşünmək də istəyən yoxdu. Əgər olsaydı, dünya standartları, dünya səviyyəsi fikirlərini tez- tez dilə gətirməzdilər. Çünki bizdə olan reallıqla "dünya səviyyəsi" bir - biri ilə ziddiyət təşkil edir.

Son zamanlar ancaq bütün zəruri sahələrdə qiymətlərin qalxması xəbəri ilə əhalini "sevindirmək" adi hala çevrilib. Və bu "şad xəbər"lərin hər birinin ya əvvəlində, ya sonunda mütləq həmin o dünya standartları vurğulanır. Düşünürəm ki, görəsən dünya bizim standartlardan xəbərdardırmı? Ümumiyyətlə, dünya bizim standartlarla yaşaya bilərmi?

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK