nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əbülfət MƏDƏTOĞLU: TARİXDƏN YARPAQLAR KİMİ... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: TARİXDƏN YARPAQLAR KİMİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: TARİXDƏN YARPAQLAR KİMİ...

Qəbul etdiyim gələcək kitab barəsində düşüncələrim

17700    |   2020-02-03 08:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən oxuduğum kitablar və yaxud da əlyazmalar məndə bir assosiasiya yaradanda istər-istəməz bunun barəsində düşünməli oluram. Hətta bəzən düşündüklərimi dostlarla, oxucularla da bölüşürəm. Bax, bu mənada mənə təqdim edilmiş "Tarixi şəxslərin fatal səhvləri” kitabının kompüter variantını maraq və həm də həvəslə oxudum. Ona görə ki, bu insanların bir çoxu barəsində mən də müəyyən bilgilərə malik idim. Yəni həmin insanlar beynəlxalq müstəvidə özlərini təsdiq etdiklərindən mən də təbii ki, yaşıma və peşəmə görə onlar barəsində müəyyən informasiyalar həm eşitmişdim, həm də oxumuşdum. Gözdən keçirdiyim "Tarixi şəxslərin fatal səhvləri”ndə isə mən həmin məşhurların barəsində bilmədiklərimi də elə bildiklərimlə birlikdə təkrar öyrəndim. Təbii ki, müəllifin ciddi səyləri nəticəsində zaman ardıcıllığı ilə sıralanmış həmin səhvlərin mahiyyəti bilavasitə onların özlərinin qurbanına çevrilmişdi. Məsələn, Türk dünyasının böyük sərkərdəsi Bəyazidin Ankara çölündə Əmir Teymura əsir düşməsi, onun məğlubiyyəti özündən müştəbehliyin nəticəsi olduğunu oxuyub öyrənəndə həqiqətən təəssüfləndim. Ətrafındakı ağıllı adamların məsləhətini dinləməyən Bəyazid təkəbbürünün qurbanı oldu. Və yaxud Sovet dönəminin tanınmış liderlərindən olan Gürcüstan Sosialist Respublikasının rəhbəri Vasili Mijavanadze xanımının hərisliyinin girovuna çevrildi. Yəni öz qadınının var-dövlət, qızıl hərisliyinin qarşısını ala bilmədiyindən hakimiyyət kürsüsünə vida etməli olubdu. Bu qadının acgözlüyü o yerə gəlib çatıb ki, SSRİ rəhbəri Berejnevin xanımı və qızı ilə dostluğa, ailəvi yaxınlığa istinad edərək İranın, Böyük Britaniyanın dövlət başçılarının xanımları ilə zinət əşyalarının arxa planda yarışmasına da qoşulub. Bu da zamanın və nəzarət edən qurumların diqqətindən yayınmadığı üçün Vasili Mijavanadze istehfaya göndərilib. Özü də bu insan Gürcüstan üçün, gürcü xalqı üçün Sovet rejiminin ən kəskin dövründə böyük işlər görmüşdü. Eləcə də Çauşevsku Rumıniyanın rəhbəri olan hakimiyyətə də çəkməçilikdən gələn bu insan da öz xanımının hərisliyinin girovuna çevrilib. İş o yerə gəlib çatıb ki, heç kimlə hesablaşmayan Çauşevskunun xanımının əməlləri onların ailəsinin faciəsinə çevrilir. Xalq qiyama qalxır, prezident və xanımı parlamentin binasının damına çıxır, oradan vertalyotla qaçmağa məcbur olur. Amma bu qaçış da ədalət mühakiməsinə mane ola bilmir. Sonda Çauşevsku və xanımı güllələnir.

Ümumiyyətlə, müəllifi Ələmdar Məmmədov olan bu kitabda Leninin, Berejnevin, Stalinin, Qandinin, eləcə də Azərbaycan coğrafiyasının bir çox tanınmış hüquqşünaslarının həyatı barəsində kifayət qədər maraqlı bilgilər var. Düşünürəm ki, ixtisasca hüquqşünas olan Ələmdar müəllimin gərgin axtarışları boşa getməyib. Onun müxtəlif mənbələrdən müxtəlif sahələrin tanınmış şəxsləri barəsində topladığı bilgilər bir kitabda olmaqla həm oxucu üçün, həm də tarixi şəxslərin həyatını öyrənmək üçün çox maraqlı vəsaitdir.

Mən bir oxucu olaraq bu kitabı, indiki halda isə oxuduğum kompüter yazısını həqiqətən bəyəndim və onun kitabxanamda olması istəyini ürəyimdən keçirdim. Düşünürəm ki, həmin kitab həyata vəsiqə alandan sonra təkcə mənim deyil, daha çox oxucunun arzuladığı, əldə etmək istədiyi vəsaitə çevriləcək. Bəri başdan isə Ələmdar müəllimə və onun kitabına uğurlar diləyirəm.




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK