nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAXŞILARDAN XALİ OLMAYAN... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAXŞILARDAN XALİ OLMAYAN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: YAXŞILARDAN XALİ OLMAYAN...

Dünya ilə dərdləşmə

8790    |   2020-02-05 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tez-tez eşitdiyim sözlərdən biri də "dünya yaxşılardan xali deyil!” deyimidi. Bilmirəm, bunu kim, harda, nə üçün deyib, amma bu deyimin içində çox böyük mənalar var. Həmin mənaları hərə öz bildiyi, öz istəyinə uyğun şəkildə, zaman-zaman yozur və bu gün də yozmaqdadı. Mən bu yozumların heç birinə qarşı deyiləm və heç ağlımın ucundan da bunu keçirmirəm. Ona görə ki, yaşadığım dünyada çəkdiyim bütün yüklərin bir az yüngülləşməsi, bəzilərinin çiynimdən götürülməsi məqamında mənim də yanımda dayanan, mənə də əl uzadan, mənə də kömək duranlar olubdu, elə bu gün də var. Təbii ki, onların arasında tələbə yoldaşlarım, dostlarım və bir də məqsədləri, niyyətləri savab olan adamlar əsas yeri tuturlar. Və mən də öz növbəmdə onların haqqını bacardığım kimi dəyərləndirməyi heç vaxt yadımdan çıxarmıram, unutmuram...

Bəli, yaxşılardan xali olmayan bu dünyada özəl həyatıma işıq tək daxil olmuş və çox təəssüf ki, indi Tanrı dəgahına qovuşmuş dostlarım da olub. Onların arasında Dilavər... Rafiq... Vahid... Vaqif... Şirxan... Ələsgər... Polad... Mən bu insanların hər birinin ruhu qarşısında günündən, saatından asılı olmadan hər an ehtiramla baş əyir, ürəyimdən bir "Allah rəhmət eləsin” duasını təkrar-təkrar keçirirəm. Belə baxanda bu duanın və yaxud onların adlarının anılmasının bəlkə də nə qədər savab və yaxud önəmli olması heç bir dəyəri ifadə etməyə bilər. Amma, mənə görə, anılmaq sözün bütün mənalarında ananın qəlbində, xatırlayanın ürəyində yaşamaq deməkdir. Yəni mən haqqa qovuşan dostlarımın bu gün də mənimlə bir sırada olduqlarına, tam səmimiyyətimlə deyirəm ki, inanıram, əminəm! Və...

Hə, dost itirmək, bu itkinin acısını yaşamaq heç də asan deyil. Əslində bu güvənın, etibarın, sədaqətin, sirdaşlığın hardasa azalmasıdı, seyrəlməsidi. Məhz bu səbəbdən mən itirdiyim mərhum dostlarımla necə kiçildiyimi, necə təkləndiyimi, necə güvənsiz qaldığımı açıq-aşkar hiss edirəm. Elə bu hissetmə də məni özünə daha çox çəkir, xəyallara daha çox bağlayır. Hətta bəzən hamıdan, hər kəsdən təcrid edir. Onda ümidim dostlarla bağlı şəkillərə, xatirələrə, bir də yazmaq bacarığıma qalır. Daha doğrusu, onlara olan o kədərli, amma mənə azacıq rahatlıq gətirən duyğuları şeirləşdirməyə... Bilmirəm, bu yazı-pozum necə alınır, amma mən bacardığım kimi, kimsəni yamsılamadan o duyğuları kağıza köçürürəm. Və yazıram ki:


İlahi, kədərimi

Işığa, necə tutum?

Səbrimin son damlasın –

Qaşığa, necə tutum?


Ötüb keçdi bir çərək

Daş olaydım mən gərək...

İradımı de, ürək –

Aşiqə, necə tutum...


Qalmayıb yer ta şəklik

Günümə hakim təklik...

Sanki uçubdu kəklik –

Daşlığa, necə tutum...


Kimdi istəyən axı

İçimdəki son ahı!

Sevgimdə mən günahı –

Başlığa, necə tutum?


Misralardan da göründüyü kimi, irad tutmaq, münasibət çözmək heç də asan deyil. Çünki anlayan, dəyər verən qıtlığı var. Elə bil ki, cəmiyyət kasadlaşıb, elə bil ki insanlar manqurtlaşmağa, yalnız özlərini, çevrələrini və öz ciblərini düşünməklə məşğuldular. Ona görə də haqlar tapdalanır... Ona görə də insanlıq cılızlaşır, söz havada qalır. Hətta ən yaxşı söz belə divara dəyib qayıdır!.. Necə deyərlər, bu mənzərə duyğusal, həqiqət axtaran, həqiqət xəstəsi olan adamlara güllə tək dəyir. Onları öz vücudlarının içərisində qovurur... Və bir də təəssüf ki, dediyim o məqamların da cılızlaşmaya, manqurtlaşamaya iynə ucu boyda olsa təsiri olmur. Arazı aşığından, Kürü topuğundan hesab edənlər atlarını bildikləri kimi çapır, bildiklərini babalarına da vermirlər. Biz isə...

Doğrudan da gerçəyi qəbul etmək insan işidi, adamın vəzifəsidi, adamlığın borcudu. Neyləyək ki, mənim xüsusi vurğuladığım insanlıq, adamlıq indi özü öz hayındadı. Mən də onun gününü ağlamağa çox uğursuz cəhdlər edirəm – küləklə vuruşan kimi! Nə isə...

İndinin özündə də mən əlimdəki ipucunu buraxmadan, ardınca getdiyim adamlığın, insanlığın bir gün xilas olacağına, özünə dönüb böyüklüyünü təsdiq edəcəyinə inamımı qoruyub saxlayıram. Həmin inama da söykənərək yazdığım könül pıçıltılarının mayasında nə qədər qəm, kədər olmasından asılı olmayaraq, sevginin qalib gələcəyinə inamı bir an da olsun unutmuram. Hətta üzümü Allaha tutub yazıram ki:


Allah, hikkəsin toplayıb

Həsrət mənə tərs-tərs baxdı...

Sümüklərim də göynəyib –

Ruhumun üşüyən vaxtı...


Kipriklərim sanki çal duz

Vağanıyıb dərə, yal, düz...

Yuxuda gördüyüm sal buz –

Əriyib içimdən axdı...


Xəyalım bələk olubdu

Tay canım ələk olubdu...

Qələmi lələk olubdu –

Mənə yazanda bu baxtı...


Hər gün içdəki talanda

Matdı doğru da, yalanda!

Tükdən asılı qalanda –

Təsəllimdi, şair taxtı!..


İndi gördünüzmü özümü necə aldadıram, necə özümə toxtaqlıq verirəm. Hətta bu təsəllilərlə, bu özümü aldatmaqlarla qürrələnirəm. Belə məqamda özümün özümə acımam da olur, gülməyim də. Görün dünyanın, zamanın hansı bir nöqtəsinə gəlib çıxmışıq? Və bu nöqtədə də dayanıb nələrəsə söykənib, nələrdənsə ilhamlanıb ayaqda qalırıq. Əgər bu, gerçəkdən ayaqda olmaqdısa.

Elə bu yerdəcə həmin duyğulara uyğun gələn və əslində o duyğuların diqtəsi olan bir şeirim yadıma düşdü:


Mən seçmədim özü tapdı, bəyəndi

Ürəyimin düz əyininə gəldi dərd...

Göbəyini mənlə kəsdi həsrətin –

Nübarın da elə özü dərdi, dərd!


Mən dil bilən, o da üzü üz görmüş

Neçə çəhlim, neçə cığır, iz görmüş...

Lap məni də, sayın daha siz görmüş –

Sıralayır gecə, gündüz dərdi dərd!


Olmasam da o əkində, biçində

Sirr deyil ki, dünya mənim üçün də!

Bilirəm ki, nə çəkirəm içimdə -

Ürəyimi hər an sıxan əldi dərd!..


***

Bu gün qayğı, nostalji duyğular və bir də qapı arasında qalmış ümidin ətəyindən tutmağa, işığına sığınmağa nə qədər cəhd etsəm də alınmır ki, alınmır. Elə bil hər şey mənimlə düşmənçiliyə dayanıb. Əlimi uzadıb götürmək istədiyim də öz əlimlə qoyduğum yerdə tapılmır. Əlini sıxmaq istədiyim adamın əli də görünməz olur. Və bütün bunlar məni həm düşündürür, həm üşəndirir. Necə deyərlər, özüm-özümdən xoflanıram – həm ağıl baxımından, həm də kənardan mənə göz qoyanların verəcəyi qiymət baxımından...

Siz bu yazının anlaşılmaz bir not üzərinə kökləndiyini yəqin ki, hiss edirsiniz. İnanın ki, bu mənim istəyimlə məqsədli şəkildə belə alınmır. Elə bil ki, içimə çökmüş o ümidsizlik yavaş-yavaş məni özünə təslim edir. Hətta, hərdən mənə elə gəlir ki, son mənzil, son dayanacaq görünür. Elə yerimdən tərpənib addım atsam, bitəcək hər şey...

Kimsə məni qınaya bilər. Və mən də bu qınaqdan qaçmıram. Onun haqlı olduğuna şübhə də etmirəm. Amma neyləyim ki, gördüklərim, yaşadıqlarım bir həyat gerçəyidi. O gerçəyin də qarşısında ya susasan, ya da boynubükük dayanasan. Seçim etmək haqqım ola-ola mən misralara üstünlük verirəm. İçimdəki sızıltının ifadəsi olan misralara. Və yazıram:


Mən Tanrı dərgahına

Üzü qara gedirəm...

Ürəyimi, ruhumu –

Verib yara, gedirəm...


Keçsə də gün ahlarla

Alınmış cinahlarla...

Bu qədər günahlarla –

Demə, hara gedirəm?


Ürəyimi oyuram

Nəsimi tək soyuram...

Səni burda qoyuram –

Özüm hara, gedirəm!..


Tutulubdu göy nədən?

Tək qalanam köhnədən!..

Ürəyini göynədən –

Mənəm yara, gedirəm!..


Hər halda, bu misralar mənim ürəyimə, duyğularıma səpilmiş su da sayıla bilər. Özü də kipriklərimin ucundakı duzlu su...

Hə, bütün hallarda ruhum, duyğularım ən azından Sənin tərəfindən qəbul edilib, səni ovutmaq üçün anlaşması məncə çox müsbət bir dəyərdi. Fikirimi bir az da açıqlasam, onda bilərsiniz ki, nə demək istəyirəm. Yəni insanın duyğusu, ruhu onun özünü ovuda bilirsə, onunla dil tapa bilirsə, bir səngərdə dayanırsa, bu hardasa yıxılmaqdan qurtulımaqdı... əl uzadıb bir budaqdan tutmaqdı... Elə həmin o budaqdan yapışıb ayaqda durmaq istəyənin nümayəndəsi kimi özüm gözünüzün önündəyəm. Elə bilirəm ki, gözünüzü yağır etməmişəm, bezdirməmişəm sizi. Və deməli, mənim sizə, sizin də mənə üz tutmağa, deməyə sözünüz var hələ. O sözlərdən biri də həyatıma, ömrümə həsr etdiyim bu şeirdi:


Hər an səninçün yanır

Çıraq ömrüm, şam ömrüm...

Nəfəsin bələnəndə -

Olur bütöv – tam ömrüm...


Təməlisən dözümün

Mənasısan sözümün...

Sən ol, nuru gözümün –

Alım səndən kam, ömrüm!


Görəndən qəmin üzün

Yerə gəlibdi dizin...

Ot bitirir tay izin –

Həsrət dolu cam, ömrüm...


Sən ala bilmədin öc

Bəxtini qınama heç...

Gəldiyin kimi də köç –

Bu dünyadan xam, ömrüm!


***

Düşünürəm ki, yaxşıların hələ tükənmədiyi bu dünyada ümidsiz qalmaq hardasa günahdı. Çünki bir işıq yanırsa, bir ocaq közərirsə, bir yaxşı qalırsa, deməli, hələ hər şey bitməyib. Ümidin sonda öldüyünü çox deyiblər, çox yazıblar. Mən də demişəm, yazmışam. Elə bu yazının sonluğuna da həmin deyim tam uyğun gəlir. Və...

İnciməyin, hardasa sizə mənfi yüklər, mənfi çalarlar yaşatdığım üçün, günahkar olduğumu başa düşürəm. Amma neyləyim ki, yazmaya da bilmirəm. Və könlünüzü öz könlümlə həmahəng etmək üçün misralara üz tutuarm, fikirlərimi şeirlə bitirmək və sizə gələcək günlərdə xoş arzularla baş-başa olmağı diləyirəm. İstəyirəm ki, hər kəs gözünü yoldan sevinclə yığsın... hər kəs kipriklərini sevinclə silsin. Və bir də istəyirəm ki, "gəl!” deyim.


Yorulmuş ürəyimin

Dözümünü gətir, gəl...

Qor olmuş diləyimin –

Çözümünü götür, gəl...


Dizim hər gün bükülür

İçim qat-qat sökülür...

Göyə dəyib, tökülür –

Öz ünümü götür, gəl...


Gözüm yolu geyib ta

Gözümü yol yeyib ta...

Sən Tanrıya deyib ta –

Özülümü götür, gəl...


Daşam, ağacam, otam

Bizi yaradan O tam!

Sənsiz buzlayır odam –

Köz ömrünü götür, gəl!..


Bəli, hələki bura qədər. Mən "gəl!” dedim, siz də "gəl!” deməyi unutmayın. Onsuz da yola salmaq həmişə bizimlədi!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
SON XƏBƏRLƏR
2020-03-29
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK