ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜYÜN

Yaxud yolun ortasına atılmış meyit

13089    |   2020-02-05 09:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)

... Məhkəmə prosesinin uzanması həm hakimi yormuşdu, həm də müttəhimləri. Hakim də çalışırdı ki, məhkəmə istintaqında qaranlıq məqamlara işıq salsın, düyünə düşmüş cinayət işinin açılmasına çalışsın. Məmməd Kərimov məhkəməni bir neçə günlüyə təxirə saldı. Gəlib kabinetində əyləşərək masanın üstünə qoyduğu "Malbro” siqaretinin qutusundan birini götürüb yandırdı. Bir neçə qullab vurdu, siqaretin tüstüsü ətrafa yayıldı. Ayağa qalxıb pəncərəni açdı ki, siqaretin tüstüsü çölə çıxsın. Kabinetə girib eləyən olar, siqaretin tüstüsü onları tutar. O heç kabinetdə siqaret çəkən də deyildi.

... Bu dəfə necə oldusa, əsəbindən siqareti yandırdı və yenidən bir neçə qullab vurdu. Cinayət işinin materiallarını bir də nəzərdən keçirdi. Çünki ilkin istintaqla məhkəmə istintaqında verilən ifadələr üst-üstə düşmürdü. Hələ üstəlik hər iki müttəhimin – Eldar və Nəcəf qardaşlarının paltarlarındakı qan izləri ilə bağlı ekspertiza rəyi də verilmişdir. Həmin rəydə göstərilirdi ki, onların paltarındakı qan izi insan qanı deyil, heyvan qanıdı. Bütün maddi sübutlar cinayət məsuliyyətinə cəlb olunmuş hər iki müttəhimin xeyrinə idi. Elə hakim Məmməd Kərimov da ekspertiza rəylərindən sonra da düzgün yol tutduğuna bir daha əmin olmuş və haqq-ədalətin qalib gəlməsi üçün sona qədər bir hakim olaraq mübarizə aparacağına inanırdı.

Ekspertiza rəylərinə baxandan sonra bir qədər sakitləşdi və dərindən nəfəs aldı. Bu sakitlik onun çöhrəsində də özünü göstərdi. Gərgin məhkəmə istintaqı zamanı birinci dəfə idi ki, onun çöhrəsinə təbəssüm qonurdu. Açıq pəncərədən kabinetə Ərgünəşin təmiz havası dolurdu. Və bu təmiz hava hakimin qəlbini, ürəyini bir az da sakitləşdirirdi...

... Poçtalyon Qədir hakim Məmməd Kərimovla dostluq eləyirdi. Daha doğrusu, bir dəfə "dolaşıq işi” olmuşdu, poçtalyon Qədir də möhkəm qorxuya düşmüşdü, qaçmışdı Məmməd Kərimovun yaxın dostu, rayspolkomun sədr müavini Hacıyevin yanına. Hacıyev də hakimlə danışmışdı və onu tapşırmışdı. Hakim də demişdi ki, qorxmasın, gəlsin yanıma! Elə birinci tanışlıqdan Məmməd Kərimovun poçtalyon Qədirdən xoşu gəlmişdi. Çünki poçtalyon Qədir elə-belə adam deyildi. Çox duzlu, məzəli, yumorlu və minlərlə lətifə bilən şirin bir adam idi. ... Onun söhbətinə kimsə bir dəfə qulaq assaydı, çətin ki, bir də ondan ayrılardı. Və poçtalyon Qədir də həm Seyran Səxavətlə dostluq eləyirdi, həm də digər tanınmış böyük yazarlarla. Çox vaxt onu heç kim rahatlıqla tapa bilməzdi. Pullu və imkanlı adamlar poçtalyon Qədiri axtarıb tapar, onu yeyib-içməyə aparar və məclislərində tamadalıq eləyərdi.

Bax, beləcə rayonun hakimi Məmməd Kərimovla poçtalyon Qədirin dostluğu yaranmışdı. Bu dəfə də poçtalyon Qədirə Seyran Səxavət iki kitab vermişdi. Biri özünün "Daş evlər”i, biri də "Firon” kitabı. Tapşırmışdı ki, hər ikisini tezliklə hakimə çatdırsın. O da hakimin katibəsi əyləşən kabinetə girdi və dedi:

- Sudyaya deyin, poçtalyon Qədir gəlib.

Katibə dinmədi. Poçtalyon Qədir bundan daha da əsəbləşdi:

- Aaz, niyə dinmirsən? Get sudyaya denən ki, poçtalyon Qədir gəlib dayna!

Katibə:

- Deyə bilmərəm. Çünki sudyanın qanı çox qaradı. Səndən əvvəl rəisin müavini gəlmişdi, qəbul eləmədi. Dedi ki, başım qarışıqdı. İndi mən durum deyim ki, poçtalyon Qədir gəlib? Axı sən kimsən ey, Allahın bacısı oğlusan, rəissən, yoxsa Tiflis Ağayevsən?

- Aaz, sənin nə işinə qalıb ey. Get de, qoy qəbul eləməsin dayna!

Katibə qız gördü ki, bu poçtalyon Qədir ondan əl çəkən deyil, ayağa qalxıb hakimin otağına keçdi. Bir dəqiqədən sonra gülə-gülə qayıtdı:

- Sən nə hörmətli adamsanmış, sudya deyir gəlsin. Keçin içəri!- dedi.

Poçtalyon Qədir içəri keçən kimi hakim Məmməd Kərimov kreslodan ayağa qalxdı:

- Ay Qədir, bu Füzulidə hamı səni tanıyır, bu qız tanımır. Təzə işləyir ey, ona görə. Tay o da səni tanıdı. Nə var, nə yox? Yenə qoltuğunda nəsə gətirmisən elə bil...

Hakim onunla çox səmimi görüşdü. Əyləşmək üçün yer göstərdi. Aralarında səmimi söhbət yenidən başlandı. Hakim katibəyə dedi ki, iki stəkan çay gətirsin. Katibə qız da bir göz qırpımında iki stəkan çayı gətirib masanın üstünə qoydu. Qədir içərisində kitab olan bağlamanı hakimə tərəf uzatdı. Və əlavə etdi ki, bunları sənə dostunuz Seyran Səxavət göndərib. Hakim bağlamanı açdı, orda həm Seyran Səxavətin, həm də çoxdan axtardığı məşhur bir kitabı görəndə çox sevindi. "Daş evlər”i və "Firon”u bir nəfəsə vərəqlədi. Dedi axşam oxumağa başlayacağam. "Firon” kitabını nə vaxtdandı rayonda axtarırdım tapa bilmirdim . Çox sağ olsun Seyranı, bu kitabı tapıb mənə göndərib...

Poçtalyon Qədir gördü ki, kitabları gətirməyi hakimi çox sevindirdi. Hətta Məmməd Kərimov ayağa qalxıb dedi ki, bu kitablara görə, "Çənlibel”də bir qonaqlıq mənim boynuma. Yoxsa, bu dəqiqə durub gedib orda başımızı açıb rahat oturardıq. Amma bir cinayət işi var. Onun məhkəmə işini başa çatdırmamış boğazımdan çörək rahat keçməz.

Poçtalyon Qədir dilləndi:

- Ay sudya, onsuz da sən bizə həmişə qonaqlıq verirsən ey! Bir dəfə də olsun kimisəni şot vermək üçün əlini cibinə salmağa qoymursan. Ay rəhmətliyin oğlu, imkan ver, bir dəfə də biz sənin qulluğunda duraq da! O gün Seyran Səxavət deyirdi ki, Füzuliyə gələndə, sudya, sən, mən qardaşım Xanlargildə ev şəraitində oturub bir tikə çörək kəsərik...

Məmməd Kərimov ona bir qədər yaxınlaşıb dedi:

- Darıxma, bu Füzuli camaatı çox gözəl insanlardı. Harda, necə desən, Allah qoysa, Seyran Səxavətlə oturub bir yerdə çörək kəsərik. Sizin camaat çörəyə, dostluğa çox sədaqətlidi...

Hakim Məmməd Kərimov poçtalyon Qədirin ayağa qalxdığını görüb onu ötürmək istədi. Poçtalyon Qədir də dedi ki, sudya, sənə bir xoruz səsi eşitməmiş anektod deyib gedirəm. Bir lətifə danışdı, hakim uğunub getdi. Qapıya qədər poçtalyon Qədiri ötürdü. Çölə çıxanda katibə qız ona diqqətlə baxdı. Poçtalyon Qədir ona da bir lətifə danışdı. Bu lətifədən sonra qaş-qabağı yer süpürən katibə qızın çöhrəsində gülüş yarandı...

... Raykomun birinci katibi Qədim Əhmədov, rayon prokuroru Zeynalovu, milis rəisi Dadaşovu qəbuluna çağırtdırmışdı. Və onlar da bilirdi ki, katib onları nəyə görə bura dəvət eləyib. Bəri başdan həm prokuror, həm də rəis hansı suallar veriləcəyini yaxşı bilirdi. Köməkçi dedi:

- Katib sizi kabinetə dəvət edir.

Raykomun birinci katibi Qədim Əhmədov çox savadlı, həm də səbrli bir adam idi. Yəni hamını axıra qədər kimliyindən asılı olmayaraq, dinləməyi bacarırdı. Prokuror da, rəis də birinci katiblə əl görüşdülər. Sonra stulda əyləşdilər. Katib üzünü prokurora tutub dedi:

- Tay mən kabinetdə otura bilmirəm. Sekadan həftə səkkiz, mən doqquz zəng edib Bəhmənlidəki ölüm hadisəsi ilə bağlı məndən məlumat istəyirlər. Həm zərərçəkən, həm də ittiham olunan tərəf bütün günü yuxarılara şikayət yazır. Siz isə bu cinayət işinin üstünü hələ də aça bilməmisiniz. Bəs onda o kresloda niyə oturmusunuz?

Prokuror Zeynalov sakit tərzdə bildirdi:

- Yoldaş Əhmədov, cinayət işinin üstünü çoxdan açmışıq. Ölən də məlumdu, öldürən də. Bircə qalır cinayətkarlara cəza təyin etmək. Bax, bunu da hakim Məmməd Kərimov uzadır. Bilmirik, qarnının ağrısı nədir?

Prokuror sözünü tamamlamamış milis rəisi Dadaşov o fikri davam etdirdi:

- Prokuror düz deyir, hadisə vaxtı mən məzuniyyətdəydim. Məzuniyyətdən gələn kimi cinayət işiylə maraqlandım. Gördüm ki, müstəntiqlər bütün istintaq hərəkətlərini və əməliyyat-axtarış tədbirlərini peşəkarlıqla aparıblar. Amma baş açmırıq ki, hakim Məmməd Kərimov nə üçün bu prosesi bitirmir və müttəhimlərə də cəza təyin etmir?

Birinci katib həm prokuroru, həm də milis rəisini dinləyəndən sonra bərk əsəbləşdi:

- Siz necə prokuror, rəissiniz ki, 25 yaşında bir hakimlə bacarmırsınız? Deyəsən, onun boynu hələ qoltuq altı görməyib. Bu işi uzatmaq olmaz.

... Birinci katib Qədim Əhmədov prokurorla, rəislə söhbətindən sonra köməkçisinə dedi ki, hakim Məmməd Kərimovu təcili raykoma çağırsınlar. Məmməd Kərimov da məhkəmə prosesini yenicə başlamışdı. Birinci katibin çağırışını hakimə çatdırdılar. O isə çox soyuqqanlı halda prosesi təxirə saldı və düşündü ki, birinci katib onu çağırıbsa, deməli, prokuror da, rəis də onu "baqaja” qoyub...

... Raykomun binası ilə məhkəmənin arasındakı məsafə bir o qədər də uzaq deyildi. Cəmi 300-400 metr idi. Sürücü maşını işə saldı ki, hakimi raykoma aparsın. Amma hakim əliylə işarə elədi ki, maşına ehtiyacı yoxdu, piyada gedəcək. Hakim piyada raykomun binasına sarı addımlayırdı. Bu vaxt onun qarşısına "Araz” qəzetinin redaktoru Məcnun Namazəliyev çıxdı. Onsuz da Füzuli camaatı hakim Məmməd Kərimovun piyada getməsini çox görmüşdü. Və bu dəfə də piyada getməsi heç Məcnun müəllimi də təəccübləndirmədi. Amma Məcnun müəllim öz təklifini elədi:

- Kərimov, maşına ehtiyac varsa, hara deyirsiniz, sürücüyə göstəriş verim aparsın.

Haki güldü və dedi:

- Məcnun müəllim, çox sağ olun! Qədim Əhmədov qağırıb, gedim görüm nə deyir.

... Raykomun binasına çatanda şöbə müdirləri və digər əməkdaşlar hakim Məmməd Kərimovla çox mehribancasına görüşdülər. Hələ Məhərrəm Nəzərov bir zarafat da elədi:

- Sən belə yerlərə gələn deyilsən, xeyir ola?

Hakim:

- Əhmədov dəvət eləyib. Qalxıram yanına!

... Pilləkənləri hakim çox səbrlə qalxdı. Elə qalxırdı ki, sanki 25 yaşında cavan oğlan yox, 70 yaşında bir insan addımlayırdı. Çünki cinayət işiylə əlaqədər o qədər beynində fikir dolaşırdı ki, özü də hiss edirdi ki, həddindən artıq yüklənib. Qəbul otağına keçdi. Köməkçi hakimi görən kimi ayağa qalxdı və daxili telefonu götürüb birinci katibə məlumat verdi:

- Yoldaş Əhmədov, hakim Məmməd Kərimov gəlib...


(Ardı var)




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK