nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | SOCAR-da Wood Group şirkətlər qrupunun təmsilçiləri ilə görüş keçirilib Adalet.az | SOCAR-da Wood Group şirkətlər qrupunun təmsilçiləri ilə görüş keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

SOCAR-da Wood Group şirkətlər qrupunun təmsilçiləri ilə görüş keçirilib

5958    |   2020-01-29 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Wood Group şirkətlər qrupuna daxil olan Amec Foster Wheeler Italiana şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan Adalet.az-a bildirilib ki, görüşdə Heydər Əliyev adına Neft Emalı Zavodunda görülən moderinizasiya işlərinin gedişi müzakirə olunmuş, layihənin vaxtında tamamlanması üçün aparılan struktur optimallaşdırılması və layihənin idarə edilməsi üzrə podratçı Wood Group şirkətlər qrupuna daxil olan Amec Foster Wheeler Italiana şirkəti ilə əməkdaşlıqdan, həmin şirkət ilə SOCAR-ın birgə müəssisəsi olan "SOCAR Foster Wheeler”-in uğurlu fəaliyyətindən və yeni yaradılmış "SOCAR Daunstrim” şirkətinin layihədəki rolundan söhbət açılıb.

Amec Foster Wheeler Italiana şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaro bildirmişdir ki, təmsil etdiyi şirkət artıq 10 ildən artıqdır, SOCAR-la əməkdaşlıq edir. Hazırda Wood Group-a daxil olan şirkətlərdə 60 mindən çox əməkdaş çalışır ki, onlardan da 9 min nəfəri neft emalı və neft-kimya sənayesi sahələrində fəaliyyət göstərir. SOCAR və Wood Group arasında Türkiyədə STAR layihəsindən başlanmış əməkdaşlıq hazırda Heydər Əliyev adına NEZ-in moderinizasiyası prosesində davam etdirilir. Giuseppe Zuccaro bu əməkdaşlığın uğurlu olduğuna və layihənin müvəffəqiyyətlə başa çatdırılacağına əminliyini ifadə etmişdir. Görüşdə həmçinin "SOCAR Foster Wheeler” birgə müəssisəsinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, müəssisənin nəinki Azərbaycanda, eləcə də bölgədə yüksək səviyyədə mühəndislik xidmətləri təklif edən azsaylı şirkətlərdən olduğu qeyd edilib. Bildirilib ki, bu şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti Azərbaycanlı mühəndislərdir və onlar xarici həmkarları ilə birlikdə yüksək nəticələr əldə edirlər. Onların müasir səviyyəli mütəxəssis kimi formalaşması üçün SOCAR tərəfindən hər cür şərait yaradılıb. "SOCAR Foster Wheeler” birgə müəssisəsinin mütəxəssiləri detallı mühəndislik kimi ən mürəkkəb xidmətləri yerinə yetirirlər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri Azərbaycan dövlətinin nəzarəti altındadır və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Bu layihənin müəyyən edilmiş xərclər daxilində, yüksək keyfiyyətlə və qısa zamanda yekunlaşdırılaraq təhvil verilməsi podratçı şirkətin əsas vəzifəsidir.

Xatırladaq ki, SOCAR və Foster Wheeler şirkətləri tərəfindən 2012-ci ildə birgə müəssisə kimi yaradılmış "SOCAR-Foster Wheeler Mühəndislik” MMC neft emalı, neft-kimya və ətraf mühitin qorunması layihələrində mühəndislik, satınalma, tikintiyə nəzarət və layihənin idarəedilməsi ilə bağlı xidmətlər göstərir.



İmza:

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ayırıb

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya edilib ölkəyə buraxılır - VİDEO

Azərbaycan jurnalistlərinə koronavirusla bağlı müraciət

Hazırda koronavirusa görə fövqəladə rejimə ehtiyac yoxdur - İbrahim Məmmədov

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Azərbaycanda bütün iri ticarət mərkəzləri və “mall”lar bağlandı - RƏSMİ

Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” - Zahid Orucun yazısı

İlham İsmayıl: Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

Tahir Süleymanov: Mübariz Mənsimov xalqın sevqisini qazana bilib

“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır

Mehriban Əliyeva tibb işçilərinə səsləndi: “Sizə, peşəkarlığınıza hədsiz dərəcədə inanırıq”

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib

Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

DMQ-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət

DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb

SON XƏBƏRLƏR
2020-03-29
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK