nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | ”Bəs, niyə o “əjdaha”dan bizdə yoxdu?” - Əntiqə Rəşid yazır Adalet.az | ”Bəs, niyə o “əjdaha”dan bizdə yoxdu?” - Əntiqə Rəşid yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

”Bəs, niyə o “əjdaha”dan bizdə yoxdu?” - Əntiqə Rəşid yazır

24467    |   2020-01-28 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən il Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verdi. Yadınızdadırsa, yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşirdi.

Ümumiyyətlə son günlər İran, İraq, Türkiyə kimi qonşu ölkələrdə zəlzələlərin mütəmadi olaraq baş verməsi istər-istəməz Azərbaycan əhalisini də narahat edir. "Görəsən Azərbaycanda da belə dəhşətli ələlələr ola bilərmi”? Mənim bildiyimə görə, zəlzələnin öncədən proqnozunu vermək mümkün deyil. Deyilənə görə, bu, bütün dünyada belədir.

Hətta bu fikirləri ekoloq-seysmoloq Ənvər Əliyev acıqlamalarının birində özünəməxsus şəkildə təsdiq etmişdi. O, qeyd etmişdi ki, Azərbaycanda zəlzələnin olub-olmayacağı proqnozlarını heç kim deyə bilməz:” Kimsə belə proqnoz verirsə, onun ağlına şübhə edirəm. Tutaq ki, elmi ehtimallara görə, 4 milyard ildən sonra Günəş sönəcək. Belə bir şeyin olacağına kim qaranti verə bilər ki? Sabah filan saatda zəlzələ olacağını demək ehtimal yox, elmi fırıldaqdır. Zəlzələnin vaxtını Allahdan başqa heç kim bilməz. Bu işə baş vuranlar isə şeytandır, falçıdır. Digər tərəfdən bilirsiniz ki, mətbuat cəmiyyətin qan-damar sistemi kimidir. Bu baxımdan zəlzələ mövzusunda kifayət qədər həssas olmaq lazımdır” Inandıq!



Amma ötən həftə Türkiyədə baş verən ardıcıl şiddətli zəlzələdən sonra inanımız sarsıldı. Niyə?

"Posta” qəzetinin Ankara təmsilçisi Hakan Çelik sosial şəbəkə hesabında "CNN Türk"də bir neçə ay öncə yayımlanmış verilişdən bir parçanı paylaşdı.

Maraqlıdır ki, paylaşım qısa müddətdə bütün sosial şəbəkənin diqqətini çəkdi və hamının paylaşdığı videoya çevrildi.

Sözügedən verilişdə professor Naci Görür bir neçə ay öncə Elazığ və Malatya zəlzələsinin proqnozunu verirdi:”Doğu Anadolu fayına diqqət çəkmək istəyirəm. Bu fay uzun zamandır susqundur. Vaxtilə böyük zəlzələlər olubdur. Amma təxminən 1500-cü ildən bəri zəlzələ olmayıb. Buna görə Elazığ-Bingöl arası bölgələr üçün risk böyükdür”.

Gördüyünüz kimi professor Naci Görür hər şeyi 2-3 ay əvvəldən görür və sözünü deyir. Zəlzələ və yeraltı təkanlar üzrə həqiqi elm adamı, elm”əjdahası” olduğunu da isbat edir.

İndi, cox təəssüflə özümə sual verirəm:”Bəs, bizdə, niyə o "əjdaha”dan yoxdu?

Əntiqə Rəşid

Adalet.az




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK