nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Daş-qaş sevən qarışqalar Adalet.az | Daş-qaş sevən qarışqalar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Daş-qaş sevən qarışqalar

14403    |   2020-01-24 08:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Unikal mineral olan "Qarışqa qranatı" dünyanın sadəcə bir yerində, ABŞ-ın Dörd Künc deyilən ərazisində var. Bu dəyərli və qiymətli mineralın kristallarını yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq mümkündür. Belə ki, qarışqalar yuva düzəldən zaman yerin altından 4-9 mm ölçüdə qranat daşları çıxarıb yuvalarının ətrafına düzürlər.

Tərkibində xromun miqdarı böyük olduğuna görə rəngi qan qırmızıdır. Hansı səbəbə görə qarışqaların bu daşları yerin altından çıxarıb yuvalarının ətrafına düzməsi illərdir ki, elm adamlarında maraq yaradır. Müşahidəçilər bu minerallardan əlavə yuvaların ətrafında bir sıra digər mineralların, məsələn peridotitlərin, eklogitlərin olduğunu da görüblər. Güman edilir ki, qarışqaların qırmızı rəngə xüsusi marağı var.

Bu mineralın populyarlığı təkcə zərgərlik sənayesindəki işçilər arasında deyil, həm də şəxsi kollektorlar arasında yüksəkdir.

Qarışqa qranatı minerallarını yalnız yağışdan sonra toplamaq mümkündür. Hər bir şiddətli yağışdan sonra (burada çox nadir olan bir hadisədir), yüzlərlə adam bir-birinə qarışır və ətrafını diqqətlə araşdırmağa başlayır.

Qarışqa qranatı digər növlərdən gemolojik xüsusiyyətləri ilə fərqlənir. Möhkəmliyi — 7.25, sıxlığı isə — 3.8-dir.


İmza:Eminquey
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK