nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı Adalet.az | Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı

17418    |   2020-01-18 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan Sənaye Korporasiyası” ASC-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbir keçirilib.

Korporasiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, tədbir iştirakçıları Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib ki, Azərbaycan xalqının müasir qəhrəmanlıq tarixinə ən şərəfli, hüznlü gün kimi daxil olmuş Qanlı Yanvar hadisəsi zamanı müstəqilliyini yenidən bərpa etmək əzmi xalqımızı keçmiş sovet hərb maşınına qarşı ayağa qaldırdı və xalq həm öz qəhrəmanlarını, həm də keçmiş SSRİ-yə başçılıq edən cinayətkarları tanıdı. Baş direktor qeyd edib ki, həmin gün bir daha sübut olundu ki, Azərbaycan xalqının övladları öz azadlığı, Vətənin ərazi bütövlüyü uğrunda həyatını qurban verməyə, şəhidlik zirvəsinə ucalmağa qadirdir və buna hazırdır.

Bakıdakı Qanlı Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyevin keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsini, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmasını vurğulayan baş direktor onu da əlavə edib ki, Ulu Öndərin hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə bu cür cəsarətli bəyanatla çıxış etməsi siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlərin atmasına ən bariz sübutdur.

Kamran Nəbizadə 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdığını və məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili, professor Fəzail İbrahimli 20 Yanvar hadisəsinin xalqımızın şərəf, ləyaqət və eyni zamanda faciə tarixi olduğunu bildirib. Millət vəkili qeyd edib ki, 20 Yanvar hadisələri Dağlıq Qarabağ məsələsi üzərində yaranıb, eyni zamanda bütün bu qanlı hadisələrdə 200 ildən artıq müddətdə xristian ağuşuna sığınan ermənilərin rolu böyük olub və keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqını susdurmaq, milli azadlıq mübarizəsini qırmaq üçün fürsət gözləyib. Professor Fəzail İbrahimli onu da əlavə edib ki, bəzi hadisələrin baş verməsinə Kreml Bakıya qoşun yeritmək məqsədilə özü şərait yaradıb və beləliklə, 1990-cı il yanvarın 19-da Azərbaycana, Bakıya hücum edilib.

Öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş bu qanlı cinayətin xalqımızın azadlıq mübarizəsini qıra bilmədiyini qeyd edən millət vəkili, 20 Yanvar hadisəsinin şərəf və ləyaqət tarixi olmasını vurğulayıb. Professor çıxışında bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur və azadlığımız uğrunda mübarizə öz məntiqi nəticəsinə çatıb, xalqımız öz dövlətinin müstəqilliyini yenidən bərpa edib və bu gün müstəqil dövlətimizlə hər bir vətəndaşımız qürur duyur.

Tədbirin sonunda Qanlı Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.



İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

Bakının Baş Planının hazırlanması işinin ikinci mərhələsi həyata keçirilir

Bakı Metropolitendə koronavirusla bağlı dezinfeksiya tədbirlərinə başladı

MSK-nın seçkilərlə bağlı iclası başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb

Saleh Məmmədov: 5 ildə 6 min kilometrdən çox avtomobil yolları tikilib

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Külli miqdarda dərman preparatının ölkəyə gətirilməsinin qarşısı alındı

Yüzlərlə insan hələ də müharibə veteran adını ala bilmir - ARAŞDIRMA

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

MSK: Videoda öldüyü deyilən qadın ölməyib

Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi

SON XƏBƏRLƏR
2020-02-21
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK