nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | “Azercell”in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atdı Adalet.az | “Azercell”in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Azercell”in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atdı

16995    |   2020-01-17 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2020-ci ilin 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində 16-cı Beynəlxalq Jautikov Olimpiadası baş tutub.

20 ölkədən 82-i komandanın qatıldığı bu olimpiadada,məktəblilərimiz 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov informatika fənni üzrə qızıl medala layiq görülməklə,bu fənn üzrə beynəlxalq olimpiadalar tariximizdə ilk ali mükafatı Azərbaycana gətirib.

Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş,9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal ilə təltif olunublar.

Həmçinin, fizika fənni üzrə ölkəmizi olimpiadada layiqincə təmsil edərək, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal qazanıb.

Məktəblilərimizin bu uğurunda "Azercell Telekom” MMC-nin xüsusi əməyi var. Belə ki, Təhsil Nazirliyi və Azercell-in dəstəyi ilə təşkil olunan mərkəzlərdə şagirdlər İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.

Xatırladaq ki, "Azercell”cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.

Daha ətraflı məlumat üçünnews@mcs.azünvanına müraciət edə bilərsiniz




İmza:

"Azercell"dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

İki yaşlı uşaq “Facebook”un köməyi ilə anasını ölümdən qurtardı - FOTO

Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

“YouTube” tarixində ən çox izlənən videolar - SİYAHI

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

"Azercell" olimpiada qalibləri ilə görüşüb

Xarici dilləri “Azercell”lə öyrən!

Azercell 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

SON XƏBƏRLƏR
2020-02-21
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK