ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: FÜZULİ OLMASAYDI...

“Mənim Füzulim” kitabının işığında

12481    |   2020-01-17 08:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni ilin ilk iş günündə "Ədalət"in baş redaktoru məni iş otağına dəvət edib bir kitab verdi. Elə otaqdaca kitabın adını oxudum və...

Bu kitabdakı esseləri mətbuatda, xüsusilə "Ədəbiyyat” qəzetində oxumuşdum, xəbərim var idi. Amma istənilən əsəri hissə-hissə deyil, bütövlükdə oxuyanda hadisələrin axarına uyğun olaraq əvvəldən axıra kimi müəllifin və elə o əsərin ruhunun da yol-yoldaşına çevrilirsən. Bax, bu mənada mən Füzuli ilə əsrlərə bərabər bir yolun başlanğıcından bu gününə qədər çox ləngərli, çox tutumlu, hətta mən deyərdim bəzən də dizlərimi titrədib, ayağımı büdrədən bir yolçuluq edəsi oldum. Bu yol- yoldaşlığı tam səmimi deyirəm, mənə, düşüncələrimə, illah da ki, yurdsuz ürəyimə baha başa gəldi. Amma ağrılara, fikir yükünün basqılarına baxmayaraq, oxudum Füzulini. Özü də öncə adi oxucu kimi, sonra bir addım adilikdən çıxıb dərk etməyə cəhd göstərən, sözə könül verən kimi. Oxudum Kamal Abdullanın Füzulisini! Oxuduqca da Füzulini bu qədər az tanıdığıma, Füzulidən bu qədər az bildiyimə üzüldüm. Çünki...

Düşünürəm ki, müdriklərin dediyi "bilməmək eyib deyil, öyrənməmək eyibdi" kəlamı indi mənim əlimdən tutacaq. Və bu kəlam məni həm də dərindən bilmədiyim Füzuli dünyasına doğru yönəldəcək. Baxıb görəcəm ki, öndə bir ADAM gedir. Həmin şəxs Füzulini söz-söz, misra-misra vərəqləyir. Vərəqlər o qədər səssiz, o qədər ustalıqla çevrilir ki, onu oxumaq, onu izləmək mümkündür. Hələ üstəlik, o çevrilən vərəqlərdə Füzulinin bütövlüyü işığa bürünür. O işıq da Füzuli ruhuyla, cismiylə, sözüylə birlikdə görünür. Göründükcə də sanki ətə-qana dolur... dil açır... və başlayır danışmağa. Danışdıqca da özünü ifadə edir... özünü sərgiləyir... yaddaşa hopdurur... ruha sintez edir... canında Füzuli yenidən dünyaya gəlir...


Bəlkə də sizə qəribə gələcək. Hardasa məni qınayanlar da olacaq. Amma necə deyərlər, vecimə də deyil. Çünki mən ilk dəfə "Deyildim mən sənə mail..." fəlsəfəsini Kamal Abdullanın yozumunda bütünlüklə həzm elədim. Anladım ki, mənim, yəni Füzulinin "sənə mail deyiləm" etirafı adi şeir misrası deyil, adi qəzəl misrası kimi yaddaşa yazılmır. Burda neçə qat dərinlik var... burda neçə qat əlçatmazlıq var... Və mail olmayanın yerlə göy arasında nəhayət ki, tapdığı bir nöqtə var. Ona görə də o, Füzuli fövqüylə, Füzuli hayqırtısıyla çox rahat şəkildə pıçıldayır. Siz o pıçıltıya fikir verin... Deyildim mən sənə mail...

Eşidə bildinizmi? Əgər eşitdinizsə, onda akademik Kamal Abdullayla, daha doğrusu, onun şərhiylə həmfikir olacaqsınız. Necə ki, mən bu pıçıltıdan doğulan, boy göstərən Füzulini bütöv halda gördüm, dinlədim. Həmin o işığın içində bir ağ yol da var idi. Orada hər kəsin getmək istədiyi, amma gedə bilmədiyi, hər kəsin olmaq istədiyi, amma ola bilmədiyi ilahi bir aşiqlik var. O aşiqlik akademik Kamal Abdullanın şərhindən sonra mənə Füzulini ruh kimi göstərdi. Hamıya nüfuz edə bilən, amma hamıda zərrələri olan ruh kimi. Düşündüm və inandım ki, akademik Kamal Abdullanın Füzulini Allah bəndəsi - insan kimi deyil, yerlə göyün arasındakı ruh kimi görməsi ən böyük tapıntıdı. Özü də elə bir tapıntı ki, heç kəsin gedib dönmədiyi, qayıtmadığı fəzadakı boşluqdan da Füzulinin ruhu bizə qayıdıb bizimlə ola bilir. Digər tərəfdən, bu ruh heç kimi usandırmır. Hətta bir aşiq olaraq cəfadan da bezmir, yorulmur. Ona görə ki, o ruhun nəfəsi də, cismi də, yerişi, duruşu, nüfuz etmək qüdrəti də sevgidi!



"Mənim Füzulim"in bir nüansı da mənim yaxamı buraxmır. O da akademik Kamal Abdullanın məni inandırdığı bir gerçəkdi. O gerçəyin adı Füzulinin Səyyah olmasıdır. Elə bir səyyah ki, hər yerə gedə bilir... hər məqamı dəyərləndirməyi bacarır... hər mənzərəni özünə və özünü də ona köçürməyi diqqətindən yayındırmır... Eyni zamanda, bu Səyyah dayanmır, yatmır, dincəlmir. Həyatın özünü də özündə görür. Ona "tən eyləyən" qafili də, onun "əqlini zair" edəni də tanıyır. Bunların heç birinə isə iynə ucu boyda da olsun təpki gəlmir, acı münasibət göstərmir. Çünki o, Füzulidi! İnsan kimi, bəndə kimi çoxdan Yer üzündən köçmüş, amma şeyx kimi, ruh kimi, ŞAİR kimi bütün zamanları keçib gələn və getməkdə də davam edən Füzuli!

Akademik Kamal Abdullanın "Mənim Füzulim" kitabındakı "Deyildim mən sənə mail" essesini oxuyarkən içimdən belə bir fikir gəlib keçdi. Hörmətli Kamal müəllim bu esseni yazarkən həkimlərin istifadə etdikləri maqqaşdan istifadə edib. Sözü, fikri bir-bir, yorulmadan, usanmadan seçib, sıralayıb. Necə ki, sovet dönəmində mətbəələrdə çap sexində hərfləri, durğu işarələrini bir-bir axtarırdılar, seçirdilər. Sonra sıraya düzüb söz, cümlə yaradırdılar. Bax, bu essenin dünyaya gəlişi də mənə o anları xatırlatdı. Çünki mən hər sözdə, hər bir vurğunun altında Füzuli işığını gördüm...

Bəli, bu mənim bir oxucu olaraq Kamal Abdullanın "Mənim Füzulim" kitabındakı ilk esse barəsində yaşantılarımdı. Və vurğulamaq istəyirəm ki, hər gün təkrar-təkrar oxuduğum bu esselərin digərləri barəsində də yaşantılarımı oxucularımla bölüşəcəm.





İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
SON XƏBƏRLƏR
2020-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.04%)
Pullsuz (10.96%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK