ANA SƏHİFƏ / KRİMİNAL

Keçmiş məhkum həmkəndlisinin evini yardı

25429    |   2020-01-14 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Yevlax rayon Tanrıqulular kənd sakini H. Bağırova Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. Araşdırmalarla R. Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törtədiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



İmza:

Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu - VİDEO

Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncə sakini tanışı ilə mübahisə zamanı bıçaqlanıb

Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb

İstixanada narkotik yetişdirən Balakən sakini saxlanılıb - VİDEO

Olmayan sərvəti ilə öyünən repçi işgəncə ilə öldürüldü - FOTO

Bakıda gənc tanışını ehtiyatsızlıqdan bıçaqlayaraq öldürdü - VİDEO

Bakıda narkotik əməliyyatı: Qadın narkotacir və dostları tutuldu

Film kimi qarət: Qoca kimi maskalandı... - VİDEO

Ərini bıçaqlayan qadından təəccübləndirən sözlər: “Özü istədi” - VİDEO

32 cinayətin üstü “isti izlər”lə açılıb

Tibbi maska taxıb stomatoloji klinikanı qarət etdi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK