hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Magistraturaya qəbul qaydaları sadələşdirilib Adalet.az | Magistraturaya qəbul qaydaları sadələşdirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Magistraturaya qəbul qaydaları sadələşdirilib

3179    |   2020-01-14 14:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları sadələşdirilib.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli Qərarına əsasən beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Əvvəllər bakalavrlar iki mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanda iştirak edirdilər.

Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından "məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılırlar. Qeyd edək ki, bu ixtisaslara qəbul qaydalarında dəyişikliklər imtahanların məzmununa və mərhələlərin sayına təsir etməmişdir və əvvəlki qaydalarda da ixtisas magistraturasına və jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsini verdikdən sonra qabiliyyət imtahanında iştirak edirdilər.



İmza:

ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib

ADU-da şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Magistraturaya qəbul qaydaları sadələşdirilib

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Məktəblərdə 9 gün dərs olmayacaq

Təhsil nazirindən yeni TƏYİNATLAR

Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

ADU-da payız semestrinin imtahan sessiyası başlayıb

Dillər Universitetində Çin bayramı - "qışın zirvəsi" qeyd olunub

Bakı Ali Neft Məktəbinin nigeriyalı tələblələrinin ifasında “Sarı gəlin” - VİDEO

Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib

SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK