hacklink Adalet.az | “Qırmızı körpü”də bərpa işləri yekunlaşır Adalet.az | “Qırmızı körpü”də bərpa işləri yekunlaşır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Qırmızı körpü”də bərpa işləri yekunlaşır

3795    |   2020-01-14 13:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın əhəmiyyətli abidələrindən biri olan "Sınıq körpü”nün (Qırmızı körpü) bərpa işlərinin bir qismi artıq başa çatdırılıb.

Bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda körpünün parapet hissəsi, fasadı, örtüyü və digər karvansarada, həmçinin karvansaranın döşəmələrində bərpa işləri davam etdirilir:

"Bildiyimiz kimi, 2018-ci ilin dekabr ayından hər iki ölkə - Azərbaycan və Gürcüstan tərəfindən razılaşdırılmış layihə əsasında bərpa işlərinin aparılmasına başlanılıb. Bu müddət ərzində körpünün üstündə sonradan əlavə olunmuş tullantılardan təmizlənmə işi, demək olar ki, başa çatdırılıb, sonradan əlavə olunmuş, qalınlığı 50-80 sm olan beton bordür dağıdılıb, istinad divarı inşa olunub, üstü dağılmış karvansaranın içi söküntülərdən təmizlənib, həmin karvansarada bərpa işləri başa çatdırılıb”.

F. Hüseynov görülən işlərin iki aya yekunlaşacağını bildirib: "Qeyd edim ki, bərpa işlərinin cari ilin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulub”.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən dünya əhəmiyyətli memarlıq abidəsi olan körpü XII əsrdə Xram çayı üzərində inşa olunub. Qədim karvan yolunun üstündə olan bu körpü el arasında "Sınıq körpü” də adlanır. Yazılmış mənbələrə görə, körpünün bel hissəsinin sınıq olmasına görə bu körpüyə belə ad qoyulub.

O dövrdə Azərbaycanın digər yerlərində tikilən çoxaşırımlı körpülərlə müqayisədə, bu körpü öz monumentallığı ilə seçilir. Körpü dörd aşırımlıdır və hər bir aşırımın ölçüsü 8.2 m, 16.1 m, 8 m, 26.1 m-dir. Körpünün dayaqları yonulmuş sal qaya daşından hörülüb. Sel suları tutmayan səviyyədən isə qırmızı kərpicdən tikilib. Körpünün sağ və sol sahillərində istifadə olunması üçün geniş yerləşgələr salınıb. Sol tərəfdəki yerləşgənin sahəsi 116 kvadrat metr, sağ tərəfdəki isə 166 kvadrat metr-dir.

Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.




İmza:

Quba polisi gücləndirilmiş rejimə keçib

Ötən gün yol qəzalarında iki nəfər ölüb

Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

İşğalda qalan Kərki - 30 il ötür

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi

Heydər Əliyev prospektində sürət həddi endirildi

Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

“CinemaPlus”da 20 Yanvara həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK