hacklink Adalet.az | Azərbaycan işğalçı Ermənistanı durmadan, günbəgün üstələyir - Sona Əliyeva Adalet.az | Azərbaycan işğalçı Ermənistanı durmadan, günbəgün üstələyir - Sona Əliyeva Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan işğalçı Ermənistanı durmadan, günbəgün üstələyir - Sona Əliyeva

7689    |   2020-01-14 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə başçısı cənab İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə Azərbaycanla Ermənistanı müqayisə etdi və iki ölkənin iqtisadi göstəricilərini söylədi. Prezidentimiz haqlı olaraq bildirdi ki, Azərbaycan dünyanın aparıcı təşkilatlarının hazırladığı statistik göstəricilərdə ali, Ermənistan isə üçüncü liqadadır. Bu, işğalçı ölkənin gündən-günə hansı uçuruma sürükləndiyinin göstəricisidir.

Adalet xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib.

Deputat əmin olduğunu bildirib ki, bu göstəricilər gec-tez özünü Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcək:

"Çünki bir ölkənin gücü onun iqtisadi göstəricilərindən bilavasitə asılıdır. Azərbaycan isə bu mənada işğalçı ölkəni durmadan, günbəgün üstələyir. Azərbaycan bu gün dünya ölkələri üçün etibarlı tərəfdaşdır. İri, beynəlxalq əhəmiyyətli layihələrə donorluq edir.

Ölkə başçısının da qeyd etdiyi kimi keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr çox yaxşı səviyyədədir. Təkcə 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu artım 3,5 faizə bərabərdir. Yola saldığımız ildə sənaye istehsalı 1,5 faiz artıb. Buna baxmayaraq, qeyri-neft sektorunda sənaye istehsalında 14 faiz artım müşahidə olunub. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin əyani təzahürüdür”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan bütün dünyada sülh adası kimi tanınır: "Bölgənin, regionun ən stabil ölkəsidir. Bunun nəticəsidir ki, ötən il turistlərin ölkəmizə səfərləri rekord həddə çatdı. Yəni, 3 milyon 170 min xarici qonaq ölkəmizə gəldi. Onlar daha çox regionlara səfərlər etdilər. Bu da bölgələrimizdə turizmin inkişafının hansı səviyyədə olduğunun göstəricisidir. Ötən il xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Bu da ölkəmizə artan marağın göstəricidir”.




İmza:

Aqil Abbas seçicilərlə görüşlərə start verdi - FOTOLAR

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

AQİL ABBASIN ALTERNATİVLƏRİNƏ MÜRACİƏTİ

Rauf Arifoğlunun "dublikat"ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

Rusiyanın yeni Baş Naziri məlum oldu

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

Sahil Babayev: Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK