ANA SƏHİFƏ / İQTİSADİYYAT

Azərbaycan dekabrda OPEC-in öhdəliyini tam yerinə yetirib

19777    |   2020-01-11 15:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ilin dekabr ayı üzrə respublikada gündəlik neft hasilatı 771 min barrel olub.

Energetika Nazirliyindən Adalet.az-a verilən məlumata görə, bunun 680 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib. Gündəlik 457 min barrel xam neft, 84 min barrel kondensat, 19,9 min barrel neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair 7 dekabr 2018-ci il tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.



İmza:

Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil - Samir Şərifov

İyunun 2-də dolların manata qarşı məzənnəsi

BP Azərbaycanda sosial layihələrə 86 milyon dollar xərcləyib

Elman Rüstəmov: Bağlanan banklarda qorunan əmanətlər 680 milyon manatdır

Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli açıqlandı

İyunun 1-də dolların manata qarşı məzənnəsi

Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycanda 4 ayda 170 min tondan çox ət istehsal edilib

Varlanmaq üçün iqtisadiyyatın ən perspektivli sahələrinin reytinqi açıqlanıb

Bağlanan bankların əmanətçilərinin NƏZƏRİNƏ - Təzminatların alınması üçün şərtlər açıqlandı

İpoteka kreditləşməsi üzrə müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin notarius tərəfindən sadələşdirilməsi imkanları

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK