nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | ETSN: Badamdar və 20-ci sahə arasındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır Adalet.az | ETSN: Badamdar və 20-ci sahə arasındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

ETSN: Badamdar və 20-ci sahə arasındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır

11545    |   2020-01-10 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb. Monitorinq və araşdırmalar davam etdirilir.

Xatırladaq ki, ötən gün səhər saatlarında Səbail rayonu, Badamdar qəsəbəsində, Badamdar şossesi ərazisində torpaq qatı yenidən sürüşüb. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə edib.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən "20-ci sahə" istiqamətində yol bağlanıb.

Qeyd edək ki, ərazidə ilk sürüşmə faktı 2018-ci il oktyabrın 12-də baş vermişdi.




İmza:
SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK