hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÜSTÜMƏ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÜSTÜMƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: ÜSTÜMƏ

(Özümlə söhbətlərdən biri...)

9580    |   2020-01-10 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ürək şüşə, göz də yaş
Çətin yanır , közdə yaş...
Dilindəki söz də daş -
Dillənib at, üstümə...

Ümid çınqı, "ah" dəniz
Sönər, yanar gah dəniz...
Dərdə dərman - şah dəniz -
ilğım tək yat, üstümə...

Əl soyuq, yeriş ağır
Baxışım bulud sağır...
Gör necə sakit baxır -
Qoyub hər ad, üstümə...

Baxın, görün... keçməyin...
Sahibiyəm heç nəyin!
Mənə sevinc seçməyin -
Düşəcək çat, üstümə!...

Hələ kiprik silirəm...
hələ ... guya gülürəm!
Qabaracaq bilirəm -
Bir gün həyat üstümə!..




İmza:
SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK