ANA SƏHİFƏ / ŞOU-BİZNES

“Fiqura” yoxsa sənət...? - Sorğu

44887    |   2020-01-11 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəllər- səsin, sənətin olduğu vaxtlarda artıq çəki gözə-nəzərə çapmırdı. Çünki, o vaxt yalnız çalışdığın sahədə qazandığın uğurlar önəmliydi. Tutaq ki, "Ulduz” filmində dillər əzbəri olan, səhnəmizin Naziləsi (Nazik) – aktrisa Məleykə Ağazadə gənc və gözəl olmasına baxmayaraq, dolu bədənli aktrisa idi və bu köklük onun yaratdığı obrazı sevməyə heç də mane olmurdu. Eləcə də, digər incəsənət sahələrində çalışan sənət adamları, istər müğənni, istər aktyor, aktrisa, musiqi aləti ifaçısı, teleaparıcı olsun, onun bədən quruluşunun necə olması tamaşaçıya. dinləyiciyə maraqlı gəlmirdi. Yenə də qeyd edirəm, çünki onlar sənət sərgiləyirdilər və insanlar sərgilənən sənətin işığına o qədər aludə olurdular ki, indi "önəm” daşıyan bəzi primitiv şeylər o vaxt gözə görünmürdü.

Sənətçilər kökəlsinmi ya....?

Son zamanların ən qorxulu röyasına çevrilmiş artıq çəki mövzusudur. Plastik əməliyyatla piylərini çəkdirib, bədən şəkilləndirmə əməliyyatı etdirən bir çox sənətçiləri tanıyırıq. Onlardan biri də müğənni Xatirə İslamdı. Bu o, pəhriz saxlaya bilməməkdən şikayətlənib.

"Sizcə, yeməyə olan sevgini hansı yolla azaltmaq olar? Bu, mümkündür?" deyə, Xatirə izləyicilərinə sual da ünvanladı.

Qeyd edək ki, sənətçinin 8 saat davam edən əməliyyatında onun bədənindən 3 litr piy çəkilmişdi. Müğənni açıqlamalarının birində əvvəllər bir oturuma yarı qoyun yediyini etiraf etmişdi.

Dadlı yeməklərdən imtina edə bilməyən buna görə də, arıqlamağı bacarmayan xeyli şou-biznes nümayəndələrimiz var. Araşdırma nəticəsində onların bir çoxunu sizə təqdim edirik.

1. Saz ifaçısı Telli Borçalı

2.Teleaparıcı Aytən Səfərova

3. Aktrisa Xuraman Əlizadə

4. Bəstəkar-müğənni Elza Seyidcahan

5. Müğənni Nüşabə Ələsgərli

6. Mətanət isgəndərli

7 . Müğənni Könül Kərimova

8. Aktrisa Tünzalə Əliyeva

"Baxırsan , müğənni 40 yaşını keçib, amma, "sevirəm. sevirəm”, "eşq atəşi yandırdı məni” deyir”

"Fiqura” yoxsa sənət?- Bu sorğu ilə bir neçə nəfərin fikirlərini öyrəndik. Sorğumuzu ilk olaraq cavablandıran Əsli Əsədova söylədi ki, biz gəncliyimizdə Şövkət Ələkbərovanın, Fatma Mehrəliyevanın, Sara Qədimovanın və bir sıra müğənnilərin mahnılarını sevə-sevə dinləmişik. Elə bilirəm, indən sonra heç kim "Axşam”,"Ayrılıq”, "Gəl səhərim”, "Bir könül sındırmışam”, "Dərələr”, "Sən mənim, mən sənin”, "Sənsən ürəyim” mahnılarını heç kim bir də Şövkət Ələkbərova kimi çətin ki, ifa edə bilə. Mənim fikrimcə, əgər tamaşaçı qarşısında əsl sənətkarı görürsə, onun saç düzümünü, geyimini, bədən quruluşunu qətiyyən önəmsəməz.”

Tələbə olduğunu deyən Vasif Hüseynov ən çox xarici estradanı, arabir isə öz estradamızı dinlədiyini söylədi:” Bilirsiniz, zövqlər dəyişikdi, Məsələn, mən meqastar Tarkanı, rus estradasının ulduzu QreqoriLepsi, Şakiranı, Castin Biberi dinləyəndən, onların geyim üslubu, səhnə mədəniyyəti, səsin və səslə harmoniya təşkil edən elastik hərəkətlərini mükəmməl şəklini seyr edəndən sonra bunu öz ulduzlarımızdan da umuram, amma təəssüf ki, görmürəm. Mənim üçün aparıcının mövzuya girməməşdən öncə onun dəbə uyğun geyimi, makiyajı, müasirliyi, sonda isə verlişi maraqlıdı. Zövqsüz birinə baxıb, zövqümü korlamaram”.

Adil Hacıyev isə konkret olaraq hansısa bir musiqi janrını sevmədiyini söylədi:” Mənim üçün dinlədiyim və xoşuma gələn musiqinin janrı önəmli deyil, heç kimin oxuduğu da önəm daşımır. Bəzən insanların elə psixoloji halları olur ki, heç vaxt bəyənmədiyin bir musiqi sümüklərinə işləyir, ruhunu oynadır. Onun sehrinə düşürsən. Bax, o vaxt sənin üçün önəmli olmur: oxuyan kimdi, əyninə nə geyinib, kökdümü, arıqdımı?

Qafar Zülfüqarov adlı vətəndaş isə hazırda müğənnilərin çox olduğunu amma sənətkarların qıt olduğunu vurğuladı:” Mən televiziyalrımızda, radiolarımızda musiqili verlişləri çox izləyirəm. Oxuyan çoxdu, müğənni boldu. Amma sənətçi, sənət qıtlığı çəkirik. Çox vaxt oxuyanlar da mahnı seçə bilmirlər. Baxırsan , müğənni 40 yaşını keçib, amma, "sevirəm. sevirəm”, "eşq atəşi yandırdı məni” deyir. Bu da tamaşaçını küsdürür. Tamaşaçı da haqlı olaraq diqqətini mahnıya yox, oxuyanın əyin-başına, nə qədər ziynət əşyasına büründüyünə, açıqda qalmış əndamına yönəldir.

Əziz oxucularımız, incəsənət sahəsində fəaliyyət göstərən sənətçilərin sənəti maraqlıdı, yoxsa "brend” geyimi, saç düzümü, açıqda qalmış əndamı, silikonlanmış orqanları, köklüyü- arıqlığı, xülasə nəyi daha maraqlıdı?

Əntiqə Rəşid

Adalet.az




İmza:

Xatun ilə Sevil və Sevinc arasında nə baş verir? - QALMAQAL

Pərvin Abıyeva: “Xalam qızı kasıb ərəbə ərə gedib”

Aysel Əlizadə: “Həyatımda heç kim yoxdur” - VİDEO

Rejissor ərindən boşanan Səbinə Babayeva üzə çıxdı - VİDEO

Azərbaycanlı kişiləri bəyənməyən model Günay: ”Taha məni və oğlumu döyür...”

Şou əhli karantin “yumşalandan” sonra: Güllü hamam vannası, günəşlənmək və...

Əməkdar artist qızının toyunun vaxtını açıqladı

Pakistanda qəzaya uğrayan təyyarədə tanınmış model həlak olub - FOTO

Əməkdar artist: “Biz tum satanın, ofisiantın, pinəçinin yanında varlı görünə bilərik”

49 yaşlı Azərbaycanlı model yenə soyundu: “Günəşlənirəm...”

Günay İbrahimlidən atmaca: "Ortalıqda artıq müğənnilər çoxdur"

“Qaynaq” saçlı Səidəyə izləyicilərindən maraqlı rəylər: “Saçını...”

SON XƏBƏRLƏR
2020-05-27
2020-05-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK