ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: “BURULĞAN”

11693    |   2020-01-08 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni ilin ilk günündə yazı yazmaq, oxucu ilə həmsöhbət olmaq o qədər də asan gəlmir. Görünür, burda həm istirahət günlərinin, həm də adamın bir az yazı-pozudan uzaq düşməsinin təsiri qaçılmazdı. Ümumiyyətlə isə əli bir az işdən soyudanda yenidən köklənmək o qədər də asan olmur. Bax, bütün bu məlum arqumentlərin yaratdığı təsdirlərə baxmayaraq, mən çox qısa bir zaman içərisində oxuyub fikirlərimi bölüşmək istədiyim bir kitab var. Və burda tam səmimiyyətimlə da etiraf edim ki, kitab həm adı, həm tərtibatı ilə yanaşı, mövzusu ilə maraqlıdı. Üstəlik kitabə mənə maraqı edən müəllifi şair kimi tanımağımdı. Ona görə də şeirlərinə bələd olduğum Gülər xanımın bu kitabını oxuyub başa çıxanda peşman olmadım. Əksinə, xoş təəssüratlar içərisində özüm üçün Gülər xanımın romanını bir oxucu süzgəcindən keçirdim. Və...

Roman hardasa bir ailə dramına bənzər süjet üzərində qurulub. Mən ədəbiyyat tənqidçisi olmasam da, normal bir oxucu kimi bu süjetin yanakı xətlərini yamaq kimi görmədim. Əksinə, onlar bu və ya digər şəkildə əsas xəttin inkişafına təkan verib, onu müəyyən məqamlarda da ətə-qana doldurub. Belə ki, həyatın bütün çətinliklərini yaşamış, necə deyərlər, sınaqlara sinə gərmiş Bibixanım Gülər xanımın təqdimatında həm zəhmətkeş, həm peşəkar saç ustası, həm də yığımcıl, mal-mülk sahibi olmaq imkanına malik bir obrazın təmsilçisidir. Romanın müəllifi əsas qəhrəmanını əyalətdən, baba himayəsindən uzaq düşəndən sonra götürüb paytaxta gətirir. Baba mirası üzərində öz həyat yolunu quran Bibixanım zaman-zaman özünü təsdiq edir. Yəni o, həyata sev gidən daha çox yaşam ünvanı kimi bir prizma altında baxır. Necə deyərlər, daha çox işləyib, daha çox qazanmaq və adi bir həyatyaşamaq. Ona görə də oğul və qızı, eləcə də həyat yoldaşı tamam fərqli dünya görüşlərlə öz ömürlərini yaşayırlar. Doğrudur, qız ailə qurub, oğul isə ölkədən kənarda yaşayır və nə vaxt qayıdıb ailə quracağı məlum deyil. Evin kişisi alkoqol xəstəsidi. Yalnız arvadın qazancıyla araq içib gününü axşam edir. Bütövlükdə bu ailədə sevgi qox dərəcəsindədi. Bax, elə müəllif də bu orta yaşlı qadının özəl dünyasına ikinci qəhrəmanını sevgi xəttiylə çıxarır. Anası ağır xəstə olan, özü Füzuli qaçqını olan Elxan anasını xilas etmək üçün döymədiyi qapı qalmır. Heç kim ona maddi dəstək vermir . Ana yalnız Türkiyədə ağır əməliyyat olunmalıdır. Bunu üçün pul tapmaq lazımdır. Elxan sevdiyi qızın vasitəsilə, yəni Aynurun dilindən öyrənir ki, Bibixanımın yaxşı qızılları, maddi imkanları var. Və elə bu da onun ağlına bir plan salır. Nə yolla olur olsun Bibixanıma eşq elan etmək, ona yaxınlaşmaq və onun sərvəti hesabına anasını xilas etmək. Qurulmuş plan baş tutur. Həyatında sevgi olmayan Bibixanım yaşının bu çağında gənc aşiqinə inanır və onu yatağına buraxır. Və beləcə, Elxan da anasını müalicə etdirmək üçün günün birində evdən kifayət qədər qızıl götürüb anasını Türkiyəyə aparır. Amma artıq gec idi. O, anasını itirir. Digər tərəfdən plana razılıq vermiş Aynur səhvini başa düşür. Öz əli ilə öz sevgilisini başqa bir ünvana göndərib. İşsiz-gücsüz olan Elxan Türkiyədən qayıdandan sonra Bibixanıma qızılları götürdüyünü etiraf edir. Onun etirafı sevgisini tapmış Bibixanımın əsəbini soyudur, bağışlayır Elxanı. Lakin hadisələrin dramatik inkişafı yavaş-yavaş Bibixanıma Elxanın məqsədini bəlli edir. Sonda özü onu yanından qovur, ailəsinə qayıdır. Və ən qəribə, bəlkə də müəllifin özünün də hiss etmədən yaratdığı kuliminasiya nöqtəsi...


Məlum olur ki, Bibixanımın oğlu ilə Elxan əsgər yoldaşı olublar. Ölkə xaricindən qayıdan İlkin vağzal yaxınlığında Elxanla qarşılaşır. Köhnə əsgər yoldaşları bir-birini tanıyıb masa arxasında keçmişi xatırlamağa başlayırlar. Onsuz da içki düşgününə çevrilmiş Elxan get-gedə özünü, sözünü itirir və İlkinə yaşlı bir qadını aldadıb onunla sevgi yaşadığını onun pullarını xərclədiyini deyir. Söhbət İlkinin diqqətini bir az da artırır və qadının adını soruşur. Elxan da heç nə olmamış kimi İlkinə Bibixanımı təqdim edir. Bu yerdə İlkin masanın üzərindəki butulkanı götürüb Elxanın başına çırpır. Qan içərisində çapalayan Elxana rəhm etmədən şüşə qırığını onun boğazına çəkir...

Həmin an Bibixanım da öz evində yalqızdı. O da artıq alkoqol düşkünü olan ərini itirib. Və baş verən hadisələrdən həyata, yaşama ümidi sona çatıb. Elə bu durumun içərisində də oturduğu yerdə yuxuya gedib. Yuxuda da babasının əlindən tutub uzun bir cığırla yol gedir. Bu onun oyanmadığı yuxudu...

Bəli, qıca məzmununu sizə təqdim etdiyim bu romanı oxunaqlı edən təbii ki, kriminal və bir az da intim duyğuların canlı olmasıdı. Digər tərəfdən hadsələrin baş vermə zamanı, məkanı yaxın illərə təsadüf edir və həmin qarışıq zamanın ovqatını sərgiləyir. Ona görə də müəyyən qüsurlarına baxmayaraq, bu roman Gülər Eldarqızının böyük söz dünyasına açılan yolunda uğurlu bir addım hesab oluna bilər. Düşünürəm ki, müəllifin hələ daha mükəmməl bədii əsərlər ortaya qoymaq imkanları öndədir. Ona görə də ona uğurlar diləyir və yaradıcılıq dözümü arzulayıram.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK