nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Tanrı heç kimi xanımının yanında utandırmasın Adalet.az | Tanrı heç kimi xanımının yanında utandırmasın Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Tanrı heç kimi xanımının yanında utandırmasın

11992    |   2020-01-07 14:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Restoranların birində qəribə bir hadisə yaşanır. Hər kəs qəfildən bir kişinin telefonda danışarkən sevinclə qışqırdığını eşidir. Daha sonra həmin şəxs ofisianta müraciətlə "Burada olan hər kəsi kababa qonaq edirəm. 18 il fasilədən sonra ata olacam! deyir.

Hadisədən bir neçə gün sonra həmin restorandakı adamlardan biri uzun fasilədən sonra ata olacağını deyən və hər kəsi kababa qonaq edən şəxsin yanında 3-4 yaşlarında bir uşaqla filmə bilet aldığını görür. Bir az daha müşahidəetdikdən sonra uşağın ona "ata” dediyini də eşidir. Bundan sonra marağı daha da böyüyür və onlara yaxınlaşaraq situasiyanı anlamağa çalışır.

Kişi utana-utana məsələnin əsasını izah edir: "Həmin gün yaxın masada yaşlı bir cütlük əyləşmişdi. Yaşlı qadın menyuya baxdıqdan sonra yoldaşına dedi ki, kaş ki kabab sifariş edə bilsəydik. Yoldaşı qadının üzünə baxmağa cəsarət etmədən ancaq sup ala biləcək qədər pullarının olduğunu dedi. Bunu eşidəndə elə bil, başımdan aşağı qaynar su töküldü. Mən də özümü yalandan telefonla danışırmış kimi göstərərək, hər kəsə kabab sifariş verdim”.

Bunları dinləyən və gözləri dolan kişi "Niyə hamıya yemək sifariş verdin” deyə soruşur. O "Mən bütün var-dövlətimin getməsinə razıyam, amma bir insanın qürurunun zədələnməsinə razı ola bilmərəm. Əgər təkcə onlar üçün sifariş etsəydim, kişi yoldaşının önündə utana bilərdi. Ona görə də hər kəs üçün sifariş etdim” deyir. 

Günay Tehranqızı




İmza:
SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK