ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: O İLLƏRİN ARXASINCA BAXMA...

8345    |   2019-12-30 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... İllər də qatar kimidi. Gəlib keçdi, ona çatmaq olmur. Elə bil fikrimi dəqiq ifadə eləyə bilmədim. Qatara bəzən "stopkran”ı qırmaqla çatmaq olur. Amma ötən günlərə, ötən həftələrə, ötən aylara heç vaxt, heç kəs çata bilməyib. Hələ Yer üzündə elə bir oğul peyda olmayıb ki, ötən bir günü, ötən bir həftəni, ötən bir ili tutub saxlaya bilsin. Yaxud da həmin illərə dönsün. Hər şey Ulu Yaradanın ixtiyarındadı. Yalnız o nəyisə dəyişə bilər, nəyisə geri çəkər, nəyisə də qabağa ötürər...

... Hər təzə il gələndə sevinirik. Ən azından ona görə ki, yeni ilin ovqatını, ab-havasını, ətrini yaşayırıq. Qışın öz gözəlliyi, payızın öz rəngi, yazın öz ətri və yayın da öz nəfəsi var. Bunların birinin yeri səhv düşsə, dünya məhvərindən çıxmasa da, rəngini, tutumunu, çəkisini dəyişər. Və həmişə də belə deyək də, ən gözəl fəsil yazdır və yaz olsa belə bunun özü də darıxdırıcı çıxar. Və nə yaxşı ki, Yaradan hər şeyi öz yerinə, öz məqamına uyğun düzüb-qoşub! Dünya sivilizasiyası təbiətə də öz təsirini göstərir. Bəzən görürsən ki, qışın ortasında bir yaz havası hiss olunur. Yaxud yazın ortasında bir qış havasının nəfəsi duyulur. Təbiəti də bu günə qoyan, onun altını üstünə çevirən və yerbəyerindən tərpədən insanlardı. Belə deyək də, Allahın qurduğu sistemi qoparanda, dağıdanda, o dağıtdığımız dünyanın ağrı-acısı bumeranq kimi gəlib bizi tutur...

... Axı yeni ildən danışırdım. Bu yeni ilin ovqatı hamının həyatında özünü göstərməlidir. Mən yaxşı, nikbin notları deyirəm. Dekabrın 30-da saat 10:15-də metronun "Neftçilər” stansiyasından qatara mindim. İçəri keçib gözəl bir xanımın yanında əyləşdim. O qədər gözəl xanım idi ki, çoxları ona baxırdı. Amma mən başımı qaldırıb bir dəfə də olsun o xanıma baxmadım. Çünki Allah-Təala o xanımı öz sevdiyi üçün yaradıb və təbii ki, onun da sevəni var. Mən heç də o xanımın gözəlliyindən söhbət açmaq istəmirəm...

... Düşündüm ki, yeni ildi. Görüm, insanların çöhrəsində təbəssüm var, ya yox?! Başıbağlı bir qadın fikirli-fikirli gözlərini bir nöqtəyə zilləmişdi. Allah bilir o nə düşünürdü. Orta yaşlı bir qadının isə sir-sifətindən zəhər-zəhrimar tökülürdü. Başqa bir yaşlı kişinin çöhrəsində sanki həyat donmuşdu. Dedim bəlkə səhər-səhərdi, ona görə insanların ovqatı belə yaxşı deyil. Çünki indi istəyirsən varlı ol, istəyirsən kasıb, daşıdığın yük həddindən artıq çox ağırdı. Yəni insanın çiyinləri bu yükə tab gətirmir. Yükə tab gətirməyən çiyin isə həmişə ağırlığın altında olur. Heç o adam gülə bilərmi?

Qatardakı əksər gənclər isə mobil telefonla məşğul idi. Amma yaşlı bir kişinin kefi kök idi. Elə bil axşamdan yaxşı "vurmuşdu”, nəvələri də yanındaydı. Yeni il şənliyinə gedirdilər. Bunu o yaşlı kişinin danışığı və uşaqların əlindəki hədiyyələri deməyə əsas verirdi. Nə isə...

... Birdən qatarda operatorun fərqli səsi eşidildi: "Növbəti stansiya Qara Qarayev”. Sözün düzü, bu fərqli səsi eşidəndə qatardakı adamların hamısı yuxudan, fikirdən ayılırmış kimi özünə gəldi. Və çöhrələrdə bir təbəssüm yarandı. Sonrakı stansiyalarda da sərnişinlər fərqli-fərqli səslər eşitdilər. Hətta məşhur rejissor Aqil.M.Quliyevin səsi qulağımıza gəldi və stansiyanın adını qeyd etməklə yanaşı, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə sərnişinləri təbrik etdi.

... Qəzetimizin dizayneri, tələbə-dostumuz Şəmsəddin müəllimin oğlu Şamxal Şəbiyev də adi günlərdə tez-tez rusca deyirdi ki, "pozdravlyaem s novom qodom, i den solidarnosti”. Amma indi dekabrın 30-du, Gülərlə mən gözləyirəm ki, Şamxal müəllim bizi təbrik edəcək, ondan səs çıxmır. Çünki Şamxalın başı qarışıb Əbülfət Mədətoğluna, əmisinin yoldaşının rəhmətə getdiyinə görə, başsağlığı verməyə. Heç Əbülfət müəllim də bunu heç kimə bildirmək istəmir. Deyir ki, yeni il qabağı dostlarımın qanını qaraltmaq istəmirəm. Amma Gülər də, mən də, Şamxal da Əbülfət müəllimə "keçmiş olsun”, deyirik, dünyasını dəyişmiş xanımın məzarı nurla dolsun!

Məşhur tamada "Evləri köndələn yar”da Surxayzadənin (xalq artisti Yaşar Nuri) sözü ilə demiş olsaq, yeni ildə belə kədərli anları yada salmaqla kimlərinsə yarasının qaysağını qoparmaq istəmirik. Yenə Şamxal Şəbiyev mənə söz atır. Deyir ki, Faiq müəllim, yaman basıb bağlayırsan. O belə deyəndə yadıma böyük Ramiz Rövşənin "Fatmanını oğlu İsmayıl”ın şeiri düşür. Çünki Fatmanını oğlu İsmayıl da Bakıdan kəndə gedəndə basıb bağlamağı varmış. Və gəlib görür ki, heç şəhər onun düşündüyü kimi yer deyilmiş. Burda hər şey saxtaymış. Nə varmış elə kənddəymiş. Ona görə də yenidən kəndə qayıdır...

... Biz istəsək də, istəməsək də yeni il gələcək və ömrümüzə, günümüzə qədəm basacaq. Köhnə il də bizdən zaman-zaman uzaqlaşacaq. İllər gəlib keçəcək, biz insanların isə hər il ötdükcə bir yaş da ömrümüzün üstünə əlavə olacaq. Demirəm qocalacağıq ha, deyirəm ki, hər hər yeni il ömrə bir naxış vuracaq...

Bu illər ki, var çox gözəl, çox qəşəngdi. Sadəcə olaraq, hər ili gözəl yaşamaq lazımdı. Nolsun ki, üzümüz gülmür... nolsun ki, istədiymizi tapa bilmirik... nolsun ki, bazarlıq eləməyə və səbəti doldurmağa pulumuz çatmır. Əsas odur ki, canımız sağdı, ayaq üstə dura bilirik, yeriməyi bacarırıq...

... Yeriməyi bacarırıqsa, ayaq üstə dururuqsa, yaşamağı da bacarmalıyıq. Bax, belə ha! Üzünüzdə, çöhrənizdə təbəssüm yaradın! İnşallah, üzünüz güldüyü kimi, ürəyiniz də sevinər! Təki günəş olsun! Təki həyat olsun! Təki Azərbaycan olsun! Yeni iliniz mübarək!!!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK