ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Bakcell” və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib

42126    |   2019-12-28 17:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakcell” şirkəti və "ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün Yeni İl münasibətilə bayram şənliyi təşkil edib.

"ASAN Məktub” layihəsinin "Bakcell”in tərəfdaşlığı və "Personaj Agency”nin dəstəyi ilə keçirilmiş növbəti təşəbbüsünün məqsədi leykemiyadan əziyyət çəkən 35 uşağa bayram sevincini bəxş etmək idi. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil edilib, balacalara hədiyyələr təqdim olunub.

"ASAN Könüllüləri” Təşkilatının "ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində uşaqların yazdığı məktublarwww.asanmektub.azsaytına yerləşdirilir və onların arzu və istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. "Bakcell” şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. "ASAN Məktub” layihəsi ilə uzunmüddətli tərəfdaşlıq "Bakcell” şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.





İmza:

Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib

Telefonun parolunu arvada verəcəksinizsə...

“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər

Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb

Ermənilər "Google Maps"də Azərbaycana qarşı irimiqyaslı saxtalaşdırmalar edirlər

Azercell-in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

“Azercell” jurnalistləri Milli Mətbuatın 145 illiyi münasibətilə təbrik edir

Türkiyədə ilk yerli avtomobil istehsal edən zavodun inşasına başlanılıb

Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər

“Google” şirkəti Fələstini xəritəsindən sildi

Erməni hakerlər Day.az, Milli.az, Trend BİA və Azernews-a hücum ediblər

Matç zamanı robotların rəqsi azarkeşləri dəhşətə gətirdi - VİDEO

SON XƏBƏRLƏR
2020-08-09
2020-08-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.8%)
Pullsuz (12.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK