nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN TƏRBİYƏLİ ADAMI Adalet.az | Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN TƏRBİYƏLİ ADAMI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN TƏRBİYƏLİ ADAMI

7988    |   2019-12-30 07:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünyanın dağı, daşı, gülü, çiçəyi, ormanı, düzü, səhrası... olduğu kimi, insanın da müxtəlif xarakterləri var. Və insan da bəzən elə təbiətin özünə bənzəyir; gülə, çiçəyə, dağa, daşa, qayaya oxşayır. Və bu insanlar hərəsi öz xarakteri, öz tərbiyəsi, öz hərəkətlərilə fərqlənirlər. Sözün həqiqi mənasında yaxşıları və təmizləri hər zaman, hər an barmaqla göstərirlər. Yəni belə tərbiyəli, ziyalı, əxlaqlı və savadlı insanlar min adamın içində olsa da seçilirlər...

... Onlar insanlara münasibəti, oturuşu, duruşu və ən nəhayət, səmimiyyətlərilə yadda qalırlar. Belə adamları görəndə düşünürsən ki, İlahi, nə yaxşı o insanlar var və o insanlar dünyanın ən ağır yükünü çiynində daşıyır və heç kimə də yük olmurlar. Bu insanlar hamı tərəfindən sevilir, hörmət edilir və məclislərdə yerləri yuxarı başda olur. Onları vəzifələrinə, pullarına və var-dövlətlərinə görə yox, sadəcə olaraq, təmizliklərinə, tərbiyələrinə və səmimiyyətlərinə görə hamı çox istəyir.

... Qırx ildən çox tanıdığım şair-jurnalist, istedadlı publisist, tərbiyəsinə və əxlaqına görə həmişə qarşısında baş əydiyim Mahmud Qacar da belə böyük ziyalılardan biridi. Mən çox istedadlı adamlar görmüşəm. Amma Mahmud Qacar kimi tərbiyəli, əxlaqlı, səmimi insana az-az rast gəlmişəm. Onlar barmaqla sayıla bilər və onlar heç vaxt özündənrazı, iddialı hərəkətlər etməyiblər. Əksinə, öz istedadları, zəhmətləri və işlədiyi yerdə qazandıqları nüfuzla hamının yadında qalıblar. Əlbəttə, istedad Allah tərəfindən verilir. Mənim düşüncəmlə ən böyük istedad İnsanlıqdır! Adamlıqdır! İnsanlıq və Adamlıq olan yerdə işıq olur, səmimiyyət olur və həyat sevgisi olur. O sevgi ki, ona hamının ehtiyacı var...

Mahmud Qacaq tək Füzulidə deyil, Azərbaycanda tanınan, seçilən istedadlı şairlərdən və böyük ziyalılardan biridir. Aman Allah, insan nə qədər tərbiyəli, insan nə qədər əxlaqlı və insan nə qədər gözütox olar! Allah-Təala Mahmud Qacarı sevdiyinə görə, ona bu dediyim hər şeyi qismət eləyib. Və mənə görə Mahmud Qacar dünyanın ən varlı, ən zəngin, ən dövlətli adamıdı. Dünyanın ən varlı adamını mən tələbəlik illərindən tanıyıram. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində mən I kursda oxuyanda Mahmud Qacar səhv eləmirəmsə, IV kursda oxuyurdu. Özü də elə-belə tələbə deyildi. Dərs əlaçısıydı və qrup nümayəndəsiydi. Jurnalistika fakültəsində hər tələbəni qrup nümayəndəsi təyin etməzdilər. Onun ya həyat təcrübəsi olmalıydı, ya yüksək balla ali məktəbə qəbul olmalıydı, ya da dərs əlaçısı çıxmalıydı. Təbii ki, Mahmud müəllimdə bu dediyimiz elementlərin hər biri vardı. Bəzən yuxarı kursda oxuyanlar bizə yuxarıdan aşağı baxar və saymazyana yanaşardılar. Amma Mahmud Qacar aşağı kursda oxuyanlara o qədər isti münasibət bəsləyirdi ki, bu mənə şəxsən ləzzət eləyirdi. Hətta öz sevgi və məhəbbətini gizlətməz, hansı çətinliklə üzləşdiyimizlə maraqlanardı. Bax, budur İnsanlıq... bax, budur Səmimiyyət... bax, budur Sadəlik...



... O harda işləyibsə və harda çalışıbsa, çox böyük hörmət və nüfuz qazanıb. Uzun müddət Füzulidə çıxan "Araz” qəzetində işləyib. Bir hadisə danışacam, heç bunu onun özünə də deməmişəm. Ötən əsrin 80-ci illərində Mahmud Qacar müxbir kimi Bəhmənliyə gəlir. Bəhmənlidə də mənim atam məsul vəzifədə işləyib. Mahmud gəlib onunla görüşür. Sabir adına kolxozdan pambıq yığımı ilə bağlı reportaj hazırlayır. Atam da çıxarıb onun cibinə pul qoyur. Bunu görə kimi Mahmud puldan imtina edir. Deyir Qismət əmi, mən o pulu götürə bilmərəm. Heç Mahmud da bilmir ki, ona pul verən kişi mənim atamdı. Sonradan atam deyir ki, bəs mənim də oğlum jurnalistdi. Adımı biləndən sonra Mahmud deyir ki, oğlunu yaxşı tanıyıram. Kişi nə illah eləyirsə, Mahmud pula yaxın durmur. Sonra atam bu hadisəni mənə danışdı. Dedi ki, Mahmud Qacar kəndimizə gəlmişdi, nə illah elədim nə pul götürdü, nə çörək yeməyə getdi. Hələ mən belə təmiz jurnalist görməmişəm. Bax, Mahmud Qacar öz ləyaqətini, qürurunu, jurnalist adının təmizliyini belə qoruyub.

... Tez-tez mənə zəng edir. Yazılarımla bağlı çox dəyərli fikirlərini səsləndirir. Sözün açığı, o hər dəfə zəng edəndə məni utandırır. Çünki Mahmud Qacar məndən də qat-qat istedadlı, təmiz və səmimi ziyalıdı. Onun məndən heç bir asılacağı yoxdu. Sadəcə olaraq, o qədər böyük ürəyi, o qədər böyük qəlbi var ki, hər hansı bir yazını oxuyub xoşu gələndə mənə telefon açır. Mən də sözün açığı, onun bu böyüklüyü və səmimiyyəti qarşısında aciz qalıram. Düşünürəm ki, ilahi, insan bu qədər də tərbiyəli, mədəni, səmimi olarmı?Allaha and olsun, hər dəfə mənə zəng edəndə onun qarşısında baş əyirəm. Deyirəm ki, Mahmud Qacar, mənim yazdıqlarım heç sənin bir misrana dəyməz. Amma o da təvazökarlıq edərək deyir ki, hər çiçəyin, hər gülün öz ətri olduğu kimi, hər müəllifin də öz oxucusu, öz izləyəni var. Bax, Mahmud Qacar belə bir ürəyin, belə bir qəlbin sahibidi...

Mən inanmıram ki, Mahmud balaca bir uşağın da qəlbini qıra bilər... Mən inanmıram ki, Mahmud başını qaldırıb tanımadığı bir xanıma baxa bilər... Mən inanmıram ki, Mahmud kiminsə haqqına girər... Çünki dünyanın ən təmiz, ən əxlaqlı, ən saf adamıdı Mahmud Qacar! O, adamla danışanda sıxıla-sıxıla, utana-utana söhbət eləyir... O, adamla danışanda elə ehtiyatla söz açır ki, sanki kiminsə qəlbinə dəyə bilər... O, adamla danışanda düz sənin gözünün içinə baxar və gözünün içindəki duruluğu, təmizliyi görmək istəyər... Axı, o özü çox duru, təmiz, əxlaqlı ziyalıdı. Ziyalı sözünü xüsusilə vurğulamaq istəyirəm. Ən azından ona görə ki, bu gün cəmiyyətimizdə bu cür işıqlı, mənəviyyatlı və dəyərli ziyalılar çox azdı. Ona görə də cəmiyyətimizin işığı azalıb, qaranlığı çoxalıb...

Böyük Vaqif Bəhmənlinin belə bir deyimi var: "Mən sağlında Allahına qovuşan yeganə şairəm, başqaları yalan deyir...”. Vaqif qardaşımızın səmimiyyətinə tamamilə inanıram. Çünki o özü də göy üzü kimi təmiz, saf və duru şairdi, ziyalıdı. Elə düşünürəm ki, Mahmud Qacar da sağlığında Allahına qovuşan şairlərdəndi. Mən inanmıram ki, Mahmud Qacar adi bir qarışqanı tapdalayıb keçsin... mən inanmıram ki, Mahmud Qacar kiminsə haqqına girsin... mən inanmıram ki, Mahmud Qacar balalarına, övladlarına haram çörək yedirtsin...

... O, bu yaşa qədər və bu həddə qədər Allahın köməkliyilə gəlib çatıb. Ola bilər həyatı bir az sıxıntılı olsun, dolanışıq sarıdan çətinliklər yaşasın. Amma o, ləyaqətini, qürurunu, mənliyini heç vaxt ehtiyacı olsa belə nəyəsə dəyişməyib. Bu çətin və mürəkkəb zamanda əxlaqını, ləyaqətini və şərəfini qoruyub saxlaya bilib. Yəni onu 40 il bundan öncə necə tanımışamsa, həmin Mahmud Qacardı. Həyatın sərt üzü; şaxtası, tufanı, boranı, çovğunu qarşısında sal qaya kimi dayanıb və heç kimə əyilməyib! Daha doğrusu, onu nə ehtiyac, nə çəkdiyi sıxıntılar sındırmağı bacarıb. Eşq olsun belə böyük ziyalıya, belə şairə, belə jurnalistə!

Sonda Mahmud Qacarın bir şeirilə yazıma nöqtə qoymaq istəyirəm. Deyirəm ki, ustad, Allah sənin balalarını və nəvələrini qorusun! Həmişə alnı açıq, başı uca olmusan, indən sonrakı ömrünü də elə-belə yaşayasan: ləyaqətlə, şərəflə, qürurla!

Tanıya bilmədi

Bakıda bazarların birində gənc qız əlində bir dəstə bənövşə satırdı. Doğma Qacarda ağac kölgəsində bitən boynu- bükük bənövşəni görən kimi mən onu tanıdım. Amma bənövşə məni tanımadı...

..Gah ona, gah onu satana baxdım,
Ömrün yurdsuz keçən saatına baxdım.
Üzünə utana-utana baxdım,
Tanıya bilmədi bənövşə məni.

İstədim fəryadla: "Bu mənəm" - deyəm,
"Dərdindən partlayır bu sinəm!" - deyəm.
"Bəri bax, başına mən dönüm!" - deyəm,
Tanıya bilmədi bənövşə məni.

Kol dibində bir könüllü şah idi,
İlk eşqimin, heyrətimin şahidi...
Kaş duyaydı ahım necə ah idi -
Tanıya bilmədi bənövşə məni.

Bu görüş nə acı bir görüş idi -
Yaz günündə o bu qədər üşüdü.
Zaman bizi ucalıqdan düşürdü -
Tanıya bilmədi bənövşə məni.

Kökündən qopanı - qaçanı görüb,
Şəhər havasına uçanı görüb...
Qacarı, Şuşanı, Laçını görüb -
Tanıya bilmədi bənövşə məni.

Üzüdönük o olmadı, mən oldum,
Eşqi sönük o olmadı, mən oldum.
Sinəyə yük o olmadı, mən oldum -
Tanıya bilmədi bənövşə məni.

El-obasız perikibdir yuxusu,
İşğal altda at oynadır qorxusu.
Öləziyib o əzəli qoxusu -
Tanıya bilmədi bənövşə məni.

Dağlı könlün düzə, dağa haqqı var,
Qalıb gendən baxa-baxa haqqı var...
Çox gözləyib, unutmağa haqqı var,
Tanıya bilmədi bənövşə məni.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK