nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Məlahət Rzayevadan Etimad Əsədova ad günü hədiyyəsi: “Fevraldan sonra…Mart” Adalet.az | Məlahət Rzayevadan Etimad Əsədova ad günü hədiyyəsi: “Fevraldan sonra…Mart” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Məlahət Rzayevadan Etimad Əsədova ad günü hədiyyəsi: “Fevraldan sonra…Mart”

12547    |   2019-12-20 16:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün-20 dekabr Azərbaycanda yetərincə tanınan ictimai xadim, mübariz insan, qazi Etimad Əsədovun 56 yaşı tamam olur. Onun doğum günündə Qarabağ qazilərinin, veteranların, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin, yaxınlarının –doğmalarının iştirakı ilə tədbir keçirildi. Tədbirdə tanınmış və istedadlı jurnalist, E.Əsədovun xanımı Məlahət Rzayevanın qazi Etimad Əsədova həsr olunmuş "Fevraldan sonra…Mart” kitabının da təqdimat mərasimi oldu. Müəllifin qazimizin mübarizə yolundan, onunla bağlı xatirələrindən, təcridxanadan yazdığı məktublardan ibarət kitabı Etimadsevərlərə bir ərməğan oldu.

Qeyd edək ki, təqdimat və anım mərasimi Dövlət Himninin oxunması və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanıldı. Qarabağ qazisi və jurnalist Rey Kərimoğlunun aparıcılığıyla keçirilən tədbirdə Etimad Əsədovun şərəfli döyüşçü və qazi ömrünün parlaq səhifələrindən bəhs edildi. Etimad bəylə döyüşlərin qızğın çağında cəbhədə və sonrakı mübarizə həyatında onu yaxından tanıyanlar- Qarabağ qaziləri, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu, Azərbaycanın tanınmış hərbi diktoru Şəmistan Əlizamanlı, hüquq müdafiəçisi Novella Cəfəroğlu, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Vətən Müharibəsi Əlilləri İctiami Birliyinin sədri Firudin Məmmədov, mərhumun silahdaşları və dostları baş qazi haqqında ürək sözlərini söylədilər və hər zaman onun nurlu simasını başları üzərində olduğunu vurğuladılar.

Qeyd edək ki, Əsədov Etimad Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı. Ali təhsilli idi.

Xatırladaq ki, "Qarabağ qaziləri” İctimai Birliyinin m'rhum sədri Etimad Əsədov 2018-ci il oktyabr ayının 16-da vəfat edib.

Adalet.az tədbirdən olan fotoları təqdim edir:

Əntiqə Rəşid




















İmza:
SON XƏBƏRLƏR
2020-02-27
2020-02-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK