Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | 9 MİLYONLUQ YALAN AYAQ TUTDU, AMMA YERİMƏDİ Adalet.az | 9 MİLYONLUQ YALAN AYAQ TUTDU, AMMA YERİMƏDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

9 MİLYONLUQ YALAN AYAQ TUTDU, AMMA YERİMƏDİ

(Kəmaləddin Heydərovun dediyi düz çıxdı)

16140    |   2011-10-06 08:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması təbii ki, bizi istəməyənləri bərk narahat edir. Hər vəchlə Azərbaycanı ləkələməyə çalışırlar. Amma nə "Wikileaks"ın şeytan ayələri, nə də digər təzyiq və böhtanlar Azərbaycanı tutduğu yoldan sapdıra bilməz. 9 milyon dollar söhbəti də nə təsadüfi, nə də elə-belə ortalığa atılmamışdı. Bi-Bi-Si bunu Azərbaycanda keçirilən Boks üzrə Dünya Çempionatının başlamasından bir gün əvvəl üfürmüşdü. Və bununla da həm Azərbaycanın inkişaf etməkdə olan idmanına, həm də ölkəmizdə keçirilən Dünya Çempionatına kölgə salmağa çalışmışdı. Çox təəssüf ki, bizim bəzi qəzetlərimiz də sevinə-sevinə bu böhtanı manşetə daşımışdı. Amma nəyə sevinirdilər, anlamadım.
   
   Və Azərbaycanın Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov da bir açıqlama vermişdi ki, bu, yalan və böhtandan başqa bir şey deyil və bu böhtanı atanlar da cavablarını alacaq.
   
   Eləcə də WSB-nın icraçı direktoru İvan Xodabəxş də bunun yalan olduğunu söyləmiş və deyilənləri təkzib etmişdi. Amma nədənsə pəyədəki eşşəyin səsinə inananlar əsl həqiqətə inanmaq istəmirlər.
   
   Buyurun, elə dünənki "Yeni Müsavat" qəzetində "Pulların Heydərovdan gəldiyinə dair sübutlar yoxdur" başlıqlı material dərc olunub. Məqalə nüfuzlu "The Foreign Policy" jurnalına istinadən yazılıb. Həmin jurnalın yazarı Karl Rehder araşdırma apararaq bildirir ki, Bi-Bi-Si-nin irəli sürdüyü ittihamlar dəlilsiz və sübutsuzdur. Yazır ki, "9 milyon dolların mənbəyinin Azərbaycan hakimiyyəti, yaxud yerli Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğuna dair ciddi sübut yoxdur".
   
   Dostlar, Bi-Bi-Si-nin dedikləri "Quran" ayələri deyil. Dövlətimizə, millətimizə, ölkəmizə atılan böhtanlara vaxtında cavab versək dövlətimiz üçün, millətimiz üçün, ölkəmiz üçün xeyirli olar və düşmən dəyirmanına su daşımarıq.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK